Microsoft Word s?may?kitab?sas doc


partiyaya güzəştə getdilər. Bu ölkədə XDP-nin nüfuzunun



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə29/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyaya güzəştə getdilər. Bu ölkədə XDP-nin nüfuzunun 
zəiflədiyini göstərdi. Lakin bu hökumət də hakimiyyətdə çox 
qala bilmədi. Ölkədə siyasi vəziyyət gərginləşdi. Sosialist 
partiyası hökuməti məcbur etdi ki, ölkədə təcili parlament 
seçkiləri keçirsin. 1982-ci ildə dövlət büdcəsindən 600 milyard 
lir ayrıldı ki, iri kompaniyalara güzəştli kredit verilsin. Ərzaq 
məhsullarının, mənzil, nəqliyyat, elektrik enerjisi, telefon, o 
cümlədən, benzin, qaz, tibbi xidmətin qiyməti artırıldı. Bu isə 
ölkədə sosial şəraitin kəskinləşməsinə gətirib çıxartdı. 1982-ci 
ilin aprelində Romada A.Moponun öldürülməsi ilə əlaqədar 
məhkəmə prosesi oldu. 1983-cü ildə ölkənin 62 əyalətində 
axtarış nəticəsində 400 cinayətkar ünsür tutuldu. Onların 
mühakiməsi göstərdi ki, XDP Siciliya mafiyası və Neapol 
«ağcaqanadları» ilə əlaqədardır. 1983-cü ilin yanvarında 
keçirilən tətillərdə 8 milyon, mayında keçirilən tətillərdə isə 
14,5 milyon adam iştirak etdi. Tətillər nəticəsində həmkarlar 
ittifaqları əmək haqqının mütəhərrik şkalasının saxlanılmasına, 
kollektiv müqavilələr bağlamaq ixtiyarına nail oldular. 
1982-ci ilin mayında bir neçə məsələ, o cümlədən, 
qadınların əleyhinə yönəldilmiş analıq hüququnu müəyyən 
etmək məsələsi ilə əlaqədar ölkədə referendum keçirildi. 
1983-1987-ci illərdə mafiyaya qarşı, katolik kilsəsinin 
imtiyazlarının məhdudlaşdırılması uğrunda mübarizə gücləndi. 
Palermoda 500 nəfərə yaxın adam məhkəmə kürsüsündə 
əyləşdi. 
1983-cü ilin iyun ayının 26-27-də keçirilən növbə-
dənkənar parlament seçkilərində XDP cəmi 38,3% səs aldılar. 
Kommunistlər əvvəlki səslərini saxlaya bildilər. Sosialistlərin 
vəziyyəti xeyli yaxşılaşdı. Sosialist Kraksi hökumət təşkil etdi. 


217
Sosialistlər kommunistlərlə ittifaqı rədd edib koalisiyalı 
hökumət təşkil etdilər. 
1984-cü il Avropa parlamentinin seçkilərində XDP daha 
çox səs aldı. 
Kraksi hökuməti üç il hakimiyyətdə qaldı. Vəziyyət sabit 
deyildi. Hökumətin XDP-dən asılılığı hər an hiss edilirdi. 
1986-cı ilin əvvəllərində hökumət qanun layihələrini müzakirə 
edərkən azlıqda qaldığına görə həmin ilin yayında istefaya 
getdi.
1986-cı ilin iyulunda belə bir razılıq alındı ki, Kraksi o 
şərtlə hökumətə başçılıq edə bilər ki, istənilən anda xristian-
demokratlara öz yerini güzəştə getsin.
Kapitalist ölkələrinin çoxunda kommunist partiyalarının 
nüfuzlu siyasi qüvvəyə çevrilə bilməməsinin səbəblərini ilk 
dəfə açıq şəkildə İKP-nin baş katibi Palmiro Tolyatti (1893-
1964) göstərmişdi. Onun ideyasını yeni baş katib Enriko 
Berlinquer (1922-1984) inkişaf etdirdi. Onun baxışları 
«avrokommunizm» adı aldı və bir çox kommunist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin