partiyaların nüfuzu xeyli aşağı düşdü. 1991-ci ildə İtaliya
Kommunist partiyası Sol qüvvələrin demokratik partiyası adı
altında yenidən təşkil edildi. 1994-cü ilin martında keçirilən
parlament seçkilərində əsas siyasi partiyalar məğlub oldu. Bu
seçkilərdə məşhur milyonçu Berluskoninin başçılıq etdiyi
«İrəli, İtaliya» partiyası, federalist Bossinin başçılıq etdiyi
«Şimal liqası», neofaşistlərin və millətçilərin «Milli alyans»
təşkilatı «Azadlıq evi» blokunu təşkil edərək səslərin
əksəriyyətini yığdı. Bu üç partiyanın qruplaşması nəticəsində
Berluskoni İtaliyanın baş naziri oldu. 1994-cü ilin mayında isə
219
onu Rolano Pdano əvəz etdi. O, xristian demokratlar
partiyasının liderlərindən idi. 1994, 1996-cı illər parlament
seçkiləri ərəfəsində «Zeytun ağacı», «Azadlıq qütbü» və
«Şimal övladları» bloku yaradıldı.
M.D.Alemanın “sol mərkəz” hökuməti (1998-2001-ci
illər).
XX əsrin 90-cı illərində İtaliyada əsas siyasi qüvvələrin
sağ qanadı “Azadlıq ev” koalisiyası, digərləri isə “Oliva
koalisiyası” (“Sol mərkəz koalisiyası”) təşkil etdilər və onların
arasında seçkilərdə hakimiyyət uğrunda mübarizə başladı.
1996-cı il parlament seçkilərində “sol mərkəz” koalisiyası
qələbə çaldı və blokun lideri Romani Prodinin başçılığı altında
yeni hökumət təşkil edildi. O, 2,5 il hakimiyyətdə qaldı və
1998-ci ilin oktyabrında hökumət böhranı ilə əlaqədar istefa
verdi. Yenə də hökumət “sol mərkəz” blokundan təşkil edildi.
Ilk dəfə Qərbi Avropada keçmiş kommunist M.D
′Alema
hökumətin başçısı oldu.
2000-ci ilin aprelin 18-də keçirilən inzibati idarələrə
seçkilərdə 8 vilayətdə sağlar qələbə çaldılar. Qüvvələr
nisbətinin sağların xeyrinə dəyişməsi ilə əlaqədar bu hökumət
də istefa verdi.
Sağlar prezidentdən dərhal parlamenti buraxmağı tələb
etdilər. Lakin 1999-cu ilin mayında prezident seçilmiş
K.Çampi yeni seçkilərə qədər parlamenti buraxmayacağını
bildirdi. Djuliano Amotanın başçılığı altında yeni hökumət
təşkil edildi. O da, “sol mərkəz” blokundan idi. “Sol mərkəz
hökumətləri dövründə ölkədə 1 milyon iş yeri açıldı.
Özəlləşdirmə davam etdirildi. Silahlı qüvvələrdə islahat
keçirildi, hərbi mükəlləfiyyət təxirə salındı, müqavilə ilə
xidmət tətbiq edilməyə başladı. İtaliya Avropa vahid valyuta
sisteminə daxil oldu.
İtaliya hökuməti Rusiya iqtisadiyyatının keçid dövründə
olduğunu dərk edərək ona kredit ayırmağa razılıq verdi.
220
Italiya 1999-cu ildə Serbiyanın bombalanmasında iştirak
etməsə də, öz bazalarını NATO-nun aviasiyası üçün açdı.
S.Berluskoni hökuməti (2001-2006-cı illər). 2001-ci ilin
mayında parlament seçkiləri keçirildi. Sağ mərkəz - “Azadlıq
evi” bloku qələbə çaldı. “Azadlıq evi” bloku S.Berluskoninin
“İrəli, İtaliya”, Canfranko Fini başçılıq etdiyi “Milli alyans” və
Umberto Bossinin başçılıq etdiyi “Şimal liqası” partiyasından
təşkil edilmişdi.
İtaliya xalqı hakimiyyətdə işgüzar adam istəyirdi. Belə
bir adam onların nəzərində İ.Berluskoni idi. O, ölkənin ən varlı
adamı kimi məşhur idi. Onun 14 mlrd. lir kapitalı əsasən
mədəniyyət və istirahət sahəsinə qoyulmuşdu. O, iri şəxsi
telekanalı olan Mednaset”in sahibi idi. Reklamlardan 60% gəlir
əldə edirdi. O özünün kapitalı ilə cəmiyyətdə və hakimiyyətdə
tanınırdı.
Seçkilərdən sonra Berluskonu hökumət təşkil etdi. 2002-
ci ilin dekabrında kral ailəsinə vətənə qayıtmağa icazə verildi.
Bu dövrdə İtaliyanın iqitsadi vəziyyəti o qədər də xoşa gələn
deyildi. FİAT, Parmalat, Alitaliya kimi iri firmalarda işçilər
kütləvi surətdə işdən azad edilməyə başladılar. Berluskoni
hökumətinin keçirdiyi təhsil islahatı müəllimlər və şagirdlər
tərəfindən ciddi tənqid edilməyə başladı. Vilayətlərə böyük
muxtariyyət verən inzibati islahatlar keçirildi. İrsi vergilər
təxirə salındı. Bu islahat ən çox şimal üçün əlverişli olduğuna
görə nəinki müxalifət, hətta bir sıra görkəmli siyasətçilər
(L.Skalfaro, F.Kossiqa, Dj. Andreotti) tərəfindən də ciddi
tənqidə məruz qaldı. Hətta Vatikan da statusa görə İtaliyannın
daxili işlərinə qarışmağa səlahiyyəti çatmasa da, özünün bu
islahatı bəyənmədiyini bildirdi. 1989-1996-cı illərdə ölkədə
keçirilən məhkəmə proseslərini nəzərə alaraq belə
“xoşagəlməz” hallardan yaxa qurtarmaq üçün hökumət 2003-
cü ildə parlamentin belə bir qanun qəbul etməsinə nail oldu ki,
dövlətin beş yüksək vəzifəli şəxsi (prezident, iki spiker,
221
konstitusiya məhkəməsinin sədri və nazirlər kabinetinin
başçısı) məhkəmə toxunulmazlığı hüququna malikdir.
2005-ci ilin noyabrında konstitusiya islahatı haqqında
qanun verildi. O, köklü surətdə İtaliyanın dövlət quruluşunu
dəyişdirdi. İslahatın layihəsi sağ mərkəz partiyalar tərəfindən
dəstəkləndi. Mərkəzin səlahiyyətlərinin bir qismi tədricən yerli
hakimiyyət orqanlarına verilirdi. Əməli olaraq İtaliya federativ
dövlətə çevrildi. Vilayətlər ictimai asayiş, səhiyyə, təhsil və
ətraf mühitin qorunması üçün müstəsna dərəcədə
kompensasiya aldılar. Qanuna əsasən 1948-ci il konstitusiya-
sının 60-cı maddəsinə əlavə edildi. Qanun Almaniyadakı kimi
senatı vilayətlərin nümayəndəli orqanına çevrildi. Deputat və
senatorların sayı azaldıldı. Baş nazirin səlahiyyətləri
gücləndirildi. O, nazirləri sərbəst təyin edə və vəzifəsindən
kənarlaşdıra, prezidentə parlamenti buraxmağı təklif edə
bilərdi. Prezident seçilmək üçün əvvəl 50 ən aşağı yaş həddi
hesab edilirdisə, indi 40 yaş ən aşağı yaş həddi götürülürdü.
Seçki islahatı haqqında da qanun qəbul edildi. Qərara
alındı ki, mojaritar sistem proporsional sistemlə əvəz edilsin.
Seçkilərdə 4%-lik həddi keçən partiyalar parlamentə yer ala
bilərdilər.
2005-ci ilin aprelində keçirilən qubernatorların regional
seçkisində müxalifət seçki keçirilən 13 vilayətdən 11-də qalib
gəldi. Beləliklə də, nəticədə 20 vilayətdən 16-sı müxalifətin
əlində olmuş oldu. Bu hadisədən sonra bir sıra nazirlər istefa
verdilər. Hökumət böhranı başlandı. 2005-ci ilin mayın 11-də
S.Berluskoni istefa verdi. Növbəti seçkilərə bir il qaldığından
S.Berluskoninini başçılığı altında yeni hökumət təşkil edildi.
Pparlament seçkiləri ərəfəsində hakim koalisiyanın
reytinqi xeyli aşağı idi. 2005-ci ilin noyabrın 25-də ümummilli
tətil oldu. Onun səbəbi ölkənin 2006-cı il büdcəsindən narazılıq
idi. Seçkiqabağı Berluskoni hökuməti mənzillərin pulsuz
özəlləşdirilməsi haqqında təklif irəli sürdü. Lakin tezliklə
222
söhbətin əhalinin evlərindən deyil, dövlətin tikdiyi ucuz və
yararsız tikintilərdən getdiyi aydın oldu.
Xarici siyasətdə S.Berluskoni hökuməti üçün ən çətin
problem İraq böhranı idi. Italiya İraqda müharibəni dəstəklədi
və İraqa 3000 əsgər və zabit göndərdi. Onlardan 27-si həlak
oldu.
Berluskoni Türkiyə, Rusiya, Ukrayna, Balkan ölkələri,
İsrail da daxil olmaqla Böyük Avropa yaratmaq layihəsini irəli
sürdü. İtaliya 2002-ci ilin yanvarın 1-dən bütün maliyyə
əməliyyatlarında “avro” zonasına daxil oldu. Italiya Aİ-nin
genişlənməsinni dəstəklədi.
Berluskoni Rusiyaya və onun liderinə rəğbət bəsləyirdi.
O, Rusiyanıın Ümumdünya Ticarət təşkilatına daxil olmasının
tərəfdarı idi. İtaliya BMT-nin TŞ-nın daimi üzvlərinin sayının
Almaniya, Yaponiya və digər ölkələr hesabına artmasına qarşı
çıxış edirdi.
Bu dövrdə Azərbaycan Respublikası ilə də əməkdaşlıq
davam edirdi. 2003-cü ilin dekabrında İtaliyada Azərbaycan
Respublikasının səfirliyi fəaliyyətə başlamışdır. 2005-ci ilin
Azərbaycan Respublikasının prezidenti İ.Əliyev İtaliyaya rəsmi
səfər etmiş, iki ölkə arasında əməkdaşlıq haqqında sənədlər
imzalanmışdır.
R.Prodi hökuməti (2006-2008-ci illər). 2006-cı ilin
aprelində keçirilən parlament seçkilərində “sol mərkəz” İtitfaqı
qələbə çaldı. 2006-cı ilin mayında keçirilən prezident
seçkilərində qələbə çalan Corco Napolitano Romano Prodiyə
hökumət təşkil etməyi həvalə etdi. Prodinin özünün
Dostları ilə paylaş: |