Microsoft Word s?may?kitab?sas doc


partiya iki hissəyə parçalandı. Onun üzvlərinin bir hissəsi



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə34/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiya iki hissəyə parçalandı. Onun üzvlərinin bir hissəsi 
Demokratik Mərkəz İttifaqı partiyasını təşkil etdilər və başçısı 
Adolf Suares oldu. Digərləri isə «Xalq alyansı» təşkil etdilər.
İspaniyada demokratiyaya keçid 1975-ci ildə başladı, 
1979-cu ilə qədər davam etdi. Kral demokratik dəyişikliklərə 
dinc, tez və qəti yolla keçməyi qərarlaşdırdı. O, Franko 
tərəfdarlarının güclü olduğunu bilirdi və bu işdə ehtiyatlı 
hərəkət edirdi. Franko rejiminin demontajı ilk növbədə Arias 
Navarranın başçılıq etdiyi köhnə hökumətin üzvlərinin istefaya 
göndərilməsi və Adolfo Suaresin başçılığı altında yeni 
hökumətin yaradılması ilə başladı.
1976-cı ildə ölkədə ilk dəfə əvvəlki 10 ildə olmadığı 
qədər tətil hərəkatı baş verdi. Xalq kraldan demokratik 
islahatlar tələb edirdi. 1976-cı ildə «Siyasi islahatlar haqqında 
Qanun» qəbul edildi. Həmin qanuna əsasən Kortes iki 
palatadan ibarət olmalı idi. Aşağı palata olan deputatlar palatası 


232
350, yuxarı palata olan senat isə 208 nəfəri əhatə etməli idi. 
Həmçinin ölkədə fikir plüralizminə, əqidə azadlığına geniş yer 
verilirdi. Əhalinin ümumi seçki hüququ qanunla təsbit olundu. 
1977-ci il iyunun 15-ində ölkədə ilk dəfə Xalq cəbhəsi 
dövründə olduğu kimi, parlament seçkiləri keçirildi. Seçicilərin 
90%-i frankizmin ədeyhinə olduğunu bildirdilər. Demokratik 
mərkəz ittifaqı 33,9%, İSFP-i 29,2%, İKP 9,2%, Sosialist Xalq 
partiyası 4,3%, «Xalq alyansı» 8,2% səs aldılar. Adolfo 
Suaresin başçılığı altında yeni hökumət təşkil edildi. 1977-ci 
ildə ölkənin iqtisadi vəziyyəti birdən-birə pisləşdi. İşsizlərin 
sayı 1,3 milyona çatdı. İqtisadi inkişaf 6,6%-dən 1%-ə endi. 
Bu, hökuməti qəti addımlar atmağa məcbur etdi. 1977-ci ilin 
oktyabrında Nazirlər Kabinetinin yerləşdiyi bina olan 
Madriddəki Monkloada həmkarlar ittifaqının və sol partiyaların 
nümayəndələri ilə hökumət arasında qarşılıqlı razılıq haqqında 
pakt imzalandı. Bu pakt tarixə Monkloa paktı kimi daxil oldu. 
Sənədə görə həmkarlar ittifaqı və sol partiyalar tətillərin 
azalmasını, hökumət isə qiymətlərin artmasının qarşısını 
almağı öhdəsinə götürdü. Ümumi amnistiya haqqında qanun 
verildi. 1977-ci idə müəssisələrin istehsal komitələrinə seçkilər 
keçirildi. Fəhlə komissiyaları bu seçkilərdə səslərin 43%-ni 
aldı.
1978-ci ildə yeni konstitusiya layihəsi hazırlanmağa 
başladı. 1978-ci il dekabrın 6-da konstitusiya referendum yolu 
ilə 88% səslə bəyənildi. 1979-cu ilin yanvarında o, qüvvəyə 
mindi. Konstitusiyaya görə İspaniya konstitusiyalı monarxiya 
elan olundu və onun hüquqi, demokratik və muxtar qurumları 
əhatə edən bir dövlət olduğu göstərildi. Ali qanunverici orqan 
olan kortes iki palatadan – deputatlar palatası və senatdan 
ibarət idi. Konstitusiyaya görə kral dövlətin, hökumətin başçısı, 
İspaniya silahlı qüvvələrinin baş komandanı idi. O, kortesi 
buraxa və senatın üzvlərinin 1/5 hissəsini özü təyin edə bilərdi. 
Konstitusiyaya əsasən Katoloniya, Bakslar ölkəsinə və 
Qalisiyaya muxtariyyət verildi. Onların öz parlamentləri və 


233
hökuməti fəaliyyət göstərməyə başladı. Konstitusiya bütün 
demokratik azadlıqları, mülkiyyətin və şəxsiyyətin toxunul-
mazlığını özündə təsbit etdi. Xuan Karlos isə demokratik 
dövlətin kralı oldu. 1980-ci ilin yanvarında Katoloniya və 
Bakslar ölkəsinin, 1981-ci ildə isə Qalisiya və Andoluziyanın 
daimi muxtariyyəti haqqında status qüvvəyə mindi. Lakin 
Konstitusiya qüvvəyə minəndən sonra Bask millətçiləri 
içərisində baskların əyalətində ispan əsgər və polislərinə işğalçı 
kimi baxan və onların buradan çıxarılmasını və burada 
müstəqil dövlət yaradılmasını tələb edən ekstremist qanad 
meydana gəldi. Ekstremistlər terror yolunu tutdular. Onların 
terrorçu «Eta» təşkilatı fəallaşdı. 
İspaniya XX əsrin 80-90-cı illərində. Konstitusiya 
qüvvəyə minəndən sonra qarşıda yeni seçkilər dururdu. Buna 
hazırlaşan İSFP öz qurultayında marksizmdən imtina etmək 
niyyətində olduğunu bildirdi. Karillo başda olmaqla İKP də 
«avrokommunizm» tərəfdarı olduğunu göstərərək, hökumətlə 
əməkdaşlıq etməyə hazır olduğunu elan etdi. 1979-cu ilin 
martındakı seçkilərdən sonra kortesdə qüvvələr nisbəti az 
dəyişildi. Keçid dövrü qurtardı. 1979-cu il seçkilərindən sonra 
DMİ və onun lideri A.Suaresin nüfuzu sürətlə aşağı düşməyə 
başladı. Şərait mürəkkəbləşdi. 1980-ci il bask speratizminin 
terrorçuluğunun kulminasiyası oldu. İşsizlik 2,8 milyon adamı 
əhatə etdi. Baş nazir isə zəif fəaliyyət göstərirdi. İqtisadi 
inkişaf ləngidi. 1980-ci ilin sentyabrında qəbul edilən «Məş-
ğulluq vəzifələri haqqında» qanun da gözlənilən nəticəni 
vermədi. Əmək haqları və pul nişanları buraxılışı üzərindəki 
nəzarət də inflyasiyanın qarşısını ala bilmədi. Dövlət istehsal 
investisiyasını stimullaşdırdı. Xüsusilə energetika və tikinti 
sahəsinə daha çox vəasit ayrıldı. Lakin bütün bu tədbirlər çox 
az səmərə verdi. Qara metallurgiya, gəmiqayırma, toxuculuq və 
ayaqqabı sənayesində durğunluq özünü daha çox göstərdi. 
Baş verən iqtisadi və siyasi böhran nəticəsində A.Suares 
1981-ci ilin yanvarın 29-da istefaya getməyə məcbur oldu. 


234
Yeni hökumətin baş naziri Sosial Demokrat Mərkəz parti-
yasının lideri olan Kolvo Sotelo oldu. Lakin «bunkerdən olan 
adamlar» təslim olmurdular. Onlar öz təbliğatlarında bu 
faktlardan istifadə edirdlilər ki, ölkədə frankizm dövründə 
olmayan kütləvi işsizlik, milli azlıqların muxtariyyət iddiası və 
terrorizm kimi hadisələr baş verir. Generalitet və jandarm (İs-
paniyada o, «mülki qvardiya» adlanır) dairələrində hökuməti 
devirmək və hərbi diktatura qurmaq məqsədilə qəsd hazırlan-
mışdı. Hökumətin bu barədə məlumatı olsa da, təhlükəni 
zərərsizləşdirmədi.
1981-ci il fevralın 23-də korteslərin iclası gedən zaman 
polkovnik-leytenant Texero-Molina başda olmaqla qvardiya-
çılar iclas zalına soxuldular. Onlar general X.Milans de Baskla 
razılaşaraq dövlət çevrilişi etmək istədilər. Lakin qornizonun 
əksər hissəsi onları müdafiə etmədi. Kral televiziya ilə bildirdi 
ki, o, Konstitusiyada nəzərdə tutulmuş və xalq tərəfindən 
referendumla bəyənilmiş demokratik prosesi zorla dayandır-
maq üçün heç bir təşəbbüsə yol verməyəcəkdir. Xuan Karlosun 
qəti mövqeyi qəsdçiləri dayandırdı. Onlar öz planlarının 
icrasını davam etdirməyə cəsarət etmədilər, qoşunlar Madrid 
üzərinə yerimədi. 1981-ci il fevralın 27-də bütün siyasi 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin