Microsoft Word s?may?kitab?sas doc


partiyasının olmaması onun mövqeyini zəiflədirdi. Hökumətin



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının olmaması onun mövqeyini zəiflədirdi. Hökumətin 
tərkibinə keçmiş kommunistlər, sol xristian-demokratlar və 
“yaşıllar” daxil oldular. Ölkənin daxili və xarici siyasət 
məsələlərində onların arasında yekdillik mümkün olmadı.
2007-ci ilin əvvəllərində hökumətdə böhranı başlandı. 
Fevralın 21-də xarici siyasət haqqında hökumət qətnaməsi 
qəbul edilmədi. Bu qətnamədə İtaliyanın hərbi hissələrinin 


223
Əfqanıstanda iştirakı, İtaliyada ABŞ-ın hərbi bazalarının 
yaradılmasına icazə vermək və s. məsələlərdən danışılırdı. O, 
parlamentin hökumətə etimad göstərməsini təmin etmək üçün 
ilk növbədə “sol mərkəz” qüvvələrinin sırasını möhkələndirdi. 
Nəticədə özünə sərbəst hərəkət etməyi təmin etmiş oldu. O, 
ölkədə iqtisadiyyyatı və maliyyə sistemini dirçəltməyi bacardı. 
Seçkilər haqqında qanunun islahatını keçirmək məsələsində 
razılığa nail olundu. 
2008-ci ilin yanvarında İtaliya yenidən siyasi böhran 
həddinə çatdı. Ədliyyə naziri Klemente Mastella (“Avropa 
uğrunda demokratların ittifaqı” partiyasının lideri) istefaya 
getdi. O, yeddi cinayət işi törətməkdə günahlandırıldı. Onun 
partiyasından parlamentdə üç senator var idi. Nazirin 
istefasından sonra parlamentdə qüvvələr nisbəti dəyişdi
parlament bu dəfə Prodi hökumətinə etimad göstərmədiyi üçün 
o, istefaya getməli oldu. Prezident parlamenti buraxdı və 2008-
ci ilin aprelində növbədənkənar parlament seçkiləri elan etdi. 
R.Prodi hökuməti seçkilərə qədər fəaliyyət göstəməli oldu. 
2009-cu ilin may ayının 18-də seçki qanunvericiliyi haqqında 
referendum keçirildi.
Prodi hökuməti dövründə də İtaliya öz xarici siyasətinə 
sadiq qaldı. NATO və Aİ ilə əməkdaşlığı davam etdirdi. 
Kosovonun müstəqilliyini tanıdı. Aİ-nin islahatı haqqında 
Lissabon müqaviləsini imzaladı. 
S.Berluskoni hökuməti. 2008-ci ilin aprelin 13-14-də 
keçirilən parlament seçkilərində seçkilər ərəfəsində yenidən 
təşkil edilmiş S.Berluskoninin başçılıq etdiyi “Xalq azaddır” 
sağ mərkəz koalisiyası qələbə çaldı. 
Müharibədən sonrakı İtaliya tarixində ilk dəfə sol 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin