218
1983-cü ilin martında İKP-nin XVI qurultayı oldu. 1985-
ci ildə Berlinquer öldü, İKP-nin baş katibi A.Nata seçildi.
1986-cı ildə İKP-nin 1,6 milyon üzvü var idi.
İtaliya bu dövrdə ilk növbədə AİB çərçivəsində iqtisadi,
elmi-texniki, mədəni əməkdaşlığı davam etdirirdi. 80-ci illərdə
İtaliya razılıq verdi ki, orta mənzilli ABŞ raketləri onun
ərazisində yerləşdirilsin. İtaliya firmalarına 1986-cı ildə icazə
verildi ki, ABŞ-ın «Strateji müdafiə təşəbbüsü» proqramında
iştirak etsinlər. İtaliya Moskva olimpiadasını baykot etmək
kampaniyasına qoşuldu. ABŞ-ın Polşaya tətbiq etdiyi
sanksiyaya İtaliya da razılıq verdi. Bu dövrdə «Antonovun işi»
ilə əlaqədar olaraq İtaliya-Bolqarıstan münasibətləri pisləşdi.
Antonov Romadakı aviasiya kompaniyasında işləyirdi. Heç bir
sübut olmadan onu Roma papasına qarşı sui-qəsd hazırlamaqda
təqsirləndirib həbs etdilər. O, bolqar vətəndaşı idi. 1985-ci ildə
Romada keçirilən məhkəmə prosesində o, bəraət aldı və
Bolqarıstana getdi.
İtaliya XX əsrin 90-cı illərində və XXI əsrin
əvvəllərində. XX əsrin 90-cı illərində də İtaliya müasir sənaye
ölkəsi olaraq qalırdı. Bununla belə, Cənubda gerilik davam
etməkdə idi. 1992-ci ildə «Təmiz əllər» adını almış iri miqyaslı
məhkəmə proseslərinə 20 min adam cəlb edilmişdi.
Hakimiyyətin yuxarı eşalonlarında və iri siyasi partiyaların
rəhbərliyində kütləvi korrupsiya faktları aşkarlandı. İri siyasi
Dostları ilə paylaş: