Microsoft Word s?may?kitab?sas doc


partiyaların fəaliyyəti qadağan edildi. Qanunverici və



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə46/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyaların fəaliyyəti qadağan edildi. Qanunverici və 
idarəedici hakimiyyət prezident və xuntanın əlində cəmləşdi. 
Xuntanın təhlükəsizliyini təmin etmək üçün 100-ə qədər dekret 
verildi. Qısa bir müddətdə sənayenin əsas sahələrinin 95%-i 
xarici kapitalistlərin əlinə keçdi.
Xunta Argentinanın suverenliyinə böyük zərbə vurdu. 
1968-ci ildə tətillərdə 8 milyon adam iştirak etdi. 1969-cu ildə 


283
Kordova şəhərində xalq üsyanı baş verdi. Ölkədə iqtisadi 
vəziyyət pisləşdi. Hökumət əleyhinə çıxışlar başlandı. «Milli 
azadlıq uğrunda vətəndaş cəbhəsi» yaradıldı və 1973-cü ildə o, 
«Xustisialist azadlıq cəbhəsi»nə çevrildi. Onqanyanın siyasəti 
xalq kütlələri içərisində yenidən Peronun ideyalarına qayıdış 
yaratdı.
1973-cü ildə Peronun tərəfdarlarından olan Kampora 
prezident seçildi. Kampora dərhal Peronu ölkəyə çağırtdırdı və 
öz vəzifəsini ona verdi. 1973-1975-ci illədə Peron yenidən 
prezident oldu. Normal həyat qaydaları bərpa olundu. 
İqtisadiyyatda dövlət bölməsi möhkəmləndirildi, neft sənayesi 
milliləşdirildi, əmək qanunvericiliyi genişləndirildi, aqrar 
islahat hazırlandı. 1975-ci ildə Peronun vəfatından sonra bu 
vəzifəni onun arvadı Mariya Peron tutdu. Hər tərəfdən 
təzyiqlər başlandı. Faşist vıə terrorçu təşkilat olan Argentina 
Antikommunist Alyansı (AAA) öz fəallığını gücləndirdi. 1976-
cı il martın 24-də baş verən hərbi çevriliş nəticəsində prezident 
general X.P.Videla oldu. O, parlamenti buraxdı, 48 siyasi 
partiya və demokratik təşkilatın fəaliyyəti qadağan edildi. 
Kütləvi təqiblər başlandı. İqtisadi sahədə xüsusi mülkiyyət 
möhkəmləndi. Ölkəyə xarici kapital geniş şəkildə cəlb edildi. 
Gəlir azad surətdə xaricə axmağa başladı. Dövlətin neft 
kompaniyaları üzərində inhisarı ləğv edildi. 
Argentina XX əsrin 80-90-cı illərində. 80-ci illərin 
əvvəlində Argentinanın iqtisadi vəziyyəti surətlə pisləşdi. 
Topdansatış ərzaq məhsulları 10% aşağı düşdü. 1981-ci ildə 
hökumət xarici texnologiyanın idxalı üzərində nəzarəti 
götürdü.1982-ci ildə sənaye məhsulu istehsalı 5,5% azaldı. 
Real əmək haqqı 13% endi. Ölkənin xarici borcları 1982-ci 
ildəki 22,3 mlrd. dollardan 1985-ci ildə 50 mlrd. dollara çatdı.
1981-ci ilin martında Videlanı general Viola əvəz etdi. 
Viola həmin ilin dekabrında öz yerini general Qalteriyə verdi. 
1982-ci il iyulun 1-dən isə onu istefada olan general Binion 
əvəz etdi. Ölkədə fəhlə və demokratik hərəkat gücləndi. Bütün 


284
siyasi partiyalar dəyişikliklər tələb edirdi. Lakin xunta güzəştə 
getmək istəmirdi.
1981-ci ilin iyununda demokratik vahid cəbhə təşkil 
edildi. Qalterinin hərbi rejimi sabitləşdirmək cəhdi baş tutmadı. 
1982-ci ilin martında ölkədə kütləvi tətillər başlandı. 1982-ci 
ilin aprelində Folklend (Malvin) adaları üstündə İngiltərə ilə 
münaqişə başladı və Argentinanın məğlubiyyəti ilə başa çatdı.
Bu, xuntanın beynəlxalq aləmdə nüfuzunu aşağı saldı. Siyasi 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin