partiyaya daha çox deputat yeri tutmağa imkan verdi.
Sonrakı ildə Konstitusiyada belə bir dəyişiklik edildi
ki, əmək qabiliyyətli əhali dövlət tərəfindən işlə təmin
edilsin. Xəstəliyə və qocalığa görə maddi təminat hüququ
verildi. Bununla birlikdə başlıca istehsal vasitələrinin
milliləşdirilməməsi, NATO-ya üzv olmaq xalqın narazılığına
səbəb oldu.
Sol sosialistlərin mövqeyini müdafiə edən hissə
Norveç fəhlə partiyasından ayrılaraq 1961-ci ildə Sosialist
Xalq Partiyasını təşkil etdi. Bu Norveç Fəhlə Partiyasının
323
vəziyyətini bir qədər çətinləşdirdi. 1961-ci il seçkilərində o,
dörd mandat itirdi və stortinqdə mütləq çoxluq təşkil
etməkdən məhrum oldu. Eyni zamanda Sosialist Xalq
Partiyası 2 mandat aldı. Müxalifət Norveç Fəhlə Partiyası
ilə bərabər mandat aldı. Bununla əlaqədar olaraq fəhlə
hökuməti bir sıra populyar tədbirlər həyata keçirdi. 1962-ci
ildə həmkarlar təşkilatları və sahibkarlarla razılıq əsasında
xidmətə görə pensiyalara əlavələr edildi. Onun 3
2 hissəsini
sahibkarlar ödəməli idilər. Qadınlarla kişilərin hüququ
bərabərləşdirildi. 1961-1965-ci illərdə sosial təminat 60 faiz
artırıldı. 1965-ci ildən Norveçdə haqqı ödənilən bir aylıq
məzuniyyət tətbiq edildi.
Norveç Fəhlə Partiyasının nüfuzu zəiflədi. “Kinqsbey”
şaxtasındakı qəza rezanans yaratdı, 21 adam öldü.
Müxalifətdəki sağ qüvvələr bundan istifadə edərək
hökuməti təqsirləndirdi ki, dövlət müəssisələrinin texniki
təhlükəsizliyini yaxşı təmin etməmişlər. Ona görə 1965-ci
ildə növbəti seçkilərdə bu partiya məğlub oldu. Yeni
koalisiyalı hökumətə mərkəz partiyasının lideri Per Borten
başçılıq etdi. Hökumətin tərkibinə həmçinin mühafizə-
karların, liberalların, xristian - demokratların nümayəndələri
daxil oldu. Yeni hökumət sahibkarlar üçün əlverişli olan
vergi islahatları keçirtdi, müəssisələrin demokratik idarəsi
layihəsini işləyib hazırladı. Lakin burjua partiyaları
içərisində birlik yox idi.
Sağ qüvvələrinin təzyiqi altında Borten hökuməti
məcbur oldu ki, 1967-ci ildə sosial təminatın yeni, vahid
sisteminə keçsin.
Uşaqlara 16 yaşına qədər müavinət verilməyə başladı.
“Sinfi əməkdaşlıq” siyasəti ziddiyətləri yumşaltdı.
Vergilərin və qiymətlərin qalxması, işsizliyin hələ də
qalması “vəhşi” tətillərə gətirib çıxartdı. 1952-1956-cı
illərdə xüsusilə tikinti və meşə sənayesində böyük tətillər
oldu.
324
Antimüharibə hərəkatında gənclərin iştirakı artdı.
1965-ci ildə Vyetnamla həmrəylik komitəsi yaradıldı.
1967-ci ilin payızında BMT-nin Baş Məclisinin
sessiyasında Norveçin xarici işlər naziri Vyetnamın
bombalanması əlehinə çıxdı. 50-ci ilərin ortalarında SSRİ
ilə münasibət normallaşmağa başladı. 1955-ci ilin
noyabrında Qerxerdsen Sovet İttifaqına gəldi. 1955-1958-ci
illər üçün ticarət sazişi bağlandı. 1956-cı ildə mədəni
əməkdaşlıq, Barents dənizində qəza-xilasetmə xidməti
haqqında da sazişlər bağlandı. Norveç söz verdi ki, ABŞ-ın
raketlərini öz ərazisində yerləşdirməyəcək.
60-cı illərdə Norveç yüksək inkişaf etmiş kapitalist
dövlətləri ailəsinə daxil oldu. Ölkənin milli ərzaq
məhsulları 1977-ci ildə 2 dəfə artdı. Adambaşı düşən milli
gəlirin artmasına görə Norveç Qərbi Avropada 3-cü yeri
tutdu.(İsveç və İsveçrədən sonra)
Norveç XX əsrin 70-90-cı illərində. 1970-1977-ci
illərdə dağ-mədən sənayesi məhsulu buraxılışı artdı. Neft və
qaz sənayesində məhsul 4,4 dəfə artdı. 1975-ci ildə Norveç
neft ixrac edən ölkələr sırasına daxil oldu. 1972-ci ildə
“Statoyl” kompaniyası təşkil edildi.
Kənd təsərrüfatı, balıqçılıq, dəniz ticarəti müvəf-
fəqiyyətlə inkişaf edirdi. Mərkəzləşmə və təmərküzləşmə
gücləndi. Əhalinin sosial strükturunda dəyişiklik baş verdi.
1973-cü ildə sənaye və nəqliyyatda özüməşğulolan əhali
43, 8 % xidmət, ticarət, maliyyə, idarəetmədə 44,8 %, kənd
təsərrüfatı sənayesində isə 11,4 % təşkil edirdi.
70-ci illərdə Norveç iqtisadiyyatında iri kapitalist
ölkələrinə nisbətən çətinlik az oldu. 1977-1978-ci ildə
iqtisadiyyat aşağı düşdü, sənayenin artımı dayandı, işsizlik 2
% artdı. 1978-ci il “Tandberq” radioelektrik konserni faktiki
iflasa uğradı. “Ümumi bazara” girməklə əlaqədar partiyalar
arasında debat başladı. 1971-ci ilin fevralında Borten
istefaya getdi. Hökumətə Bratelli (N FP) başçılıq etdi.
325
1971-ci ilin mayında NFP öz qurultayında 70-ci illər
üçün fəaliyyət proqramını qəbul etdi. 1972-ci ilin
sentyabrın 25-də keçirilən referendiumda əhalinin 53,5 faizi
ümumi bazara daxil olmağın əlehinə çıxdı. Bratelli bundan
sonra istefaya getdi və NFP müxalifətə keçdi və
Demokratik Sosialistlər Partiyası kimi rəsmiləşdi. 1972-ci
ilin sentyabrından 1975-ci ilin oktyabrına qədər
hakimiyyətdə olan 3 burjua partiyası (Mərkəz, Venstre,
Xristian-xalq) AİB-ə daxil olmağın əlehinə oldular. 1973-cü
il mayın 14-də Norveç AİB-lə sərbəst ticarət haqqında
müqavilə bağladı, lakin AİB-ə daxil olmadı.
1973-cü ilin parlament seçkilərində NFP 35 % səs
aldı. Bratelli yenidən hökumət təşkil etdi. 1976-cı ilin
yanvarında o, öz yerini NFP-nin parlament fraksiyasının
sədri O, Nurdliyə güzəştə getdi.
70-ci illərdə stortinq istehsal demokratiyası haqqında
qanun qəbul etdi. 1974-1975-ci illərdə bunun analogiyası
olan qanunlar tikintiyə, xidmət sahələrinə, maliyyə
orqanlarına da aid edildi.
1978-ci ilin sentyabrında qiymətlər donduruldu. 1979-
cu ilin oktyabrında qiymətlər və əmək haqqının nizama
salınması haqqında qanun qəbul edildi. Fəhlələrin
mübarizəsi nəticəsində pensiya yaşı 1973-cü ildən 67 yaşa
endirildi. 1976-cı ilin mayın 1-dən 60 yaşından yuxarı
adamlar beş həftəlik məzuniyyət ala bilərdi. 1977-ci ilin
aprelin 1-dən 40 saatlıq iş həftəsi zəhmətkeşlərin bütün
təbəqələrinə aid edildi. Həmkarlar ittifaqı siyasi mübarizəyə
qoşuldu.
Norveç 1975-ci ildə ATƏM-ə daxil oldu. BMT-də
Norveç SSRİ-nin bir çox sülh təkliflərini müdafiə etdi.
İnkişaf etməkdə olan ölkələrlə münasibətlər yaxşılaşdı.
Onlara iqtisadi kömək göstərildi. SSRİ ilə Norveç arasında
20-yə qədər saziş bağlandı. 60-70-ci illərdə Norveçin hərbi
xərci 2 dəfə artdı. 1978-ci ildə NATO-nun hərbi
326
xərclərinin 3 faiz artmasına tərəfdar oldu. Hərbi manevr
üçün onun ərazisi istifadə edilməyə başladı. Həmçinin o,
Finlandiyanın, Şimali Avropanı nüvəsiz zonaya çevirmək
təklifinə razılıq vermədi.
1981-1982-ci illərdə Norveçdə iqtisadi durğunluq
özünü göstərdi. Metallurqiya və ağac emalı sənayesi ağır
vəziyyətə düşdü. Tələb olunan malların qiyməti artırıldı,
inflyasiya, işsizlik artdı. 1236 müəssisə iflasa uğradı.
1980-cı ilin əvvəlində qiymətlərin dondurulması ləğv
edildi. İqtisadi durğunluqla əlaqədar NFP-dən narazılıq
artdı.
1983-cü ildə ölkənin iqtisadi vəziyyəti yaxşılaşmağa
başladı. Neft və qaz sənayesinin inkişafı imkan verdi ki
Norveç 1984-cü ilin sonunda, bütün xarici borclarını ödəsin.
Adambaşına düşən elektrik enerjisinə görə Norveç
kapitalist dünyasında birinci yeri tutdu. Norveç hökuməti
yenə də başlıca diqqəti sosial –iqtisadi problemlərə verdi.
1981-ci ilin sentyabrında seçkilərdə bu partiya 10 yer
itirdi Bu zaman baş nazir Xarlen Brundtand istefa verdi,
kabinetə Xeyre (mühafizəkarlar) partiyasının lideri Villok
başçılıq etməyə başladı.
.
1982-ci ildə sosial xərclər ixtisar edilməyə və hərbi
xərclər artırılmağa başladı. Hökumət zəhmətkeşləri
səbirliliyə və mötədilliyə çağırdı.
1983-cü ilin iyununda 3 partiyadan (Xeyre, NXP,
Mərkəz) ibarət koalisiyalı hökumət təşkil edildi. 1986-cı ilin
mayında ölkəni hökumət böhranı bürüdü. Nazir Villokun
«İqtisadiyyatı sağlamlaşdırmaq» lahiyəsi stortinqdə bəyənil-
mədi. Koalisiyalı hökumət istefaya getməyə məcbur oldu.
Parlament seçkilərindən sonra yenidən hökumətə NFP
lideri Q.Xarlem Brundtland başçılıq etdi. Norveç
zəhmətkeşləri hökumətin iqtisadiyyatı sağlamlaşdırma
layihəsini bəyənmədilər. Onlar iş həftəsinin uzadılmasını və
əmək haqqının azaldılmasının əleyhinə çıxdılar.
327
1986-cı ilin aprelində ölkədə kəskin əmək münaqişəsi
oldu.
1981-ci ildə 89 % norveçli silahsız zona yaratmağa
tərəfdar oldu. 1982-ci ildə Şimali Avropanın nüvəsiz
zonaya çevirmək çağırışını 600 min norveçli imzaladı.
Stortinq belə bir qərar çıxartdı ki, istər sülh, istərsə də
müharibə dövründə nüvə silahı onun ərazisində
yerləşdirilməsin.
Bununla belə 80-cı illərdə də Norveç ABŞ-ı müdafiə
edirdi. 1980-cı ildə o, ABŞ qoşunlarını maddi və texniki
təminatı sahəsində şərtlər haqqında saziş bağladı. 1981-ci
ildə bağladığı sazişə görə Norveç ərazisində ABŞ-ın ağır
silahlar üzrə anbarı yaradıldı. Bununla belə, Norveç
kimyəvi silahların istehsalına qarşı çıxır və bildirirdi ki.
onu öz ərazisinə qoymayacaq. O kosmosda silahlanmanın
da əleyhinə çıxdı. O, SSRİ və digər sosialist ölkələri ilə də
əlaqələri inkişaf etdirirdi.
1983-cü ildə Sovet-Norveç ticarət dövriyyəsi 180
milyon rubl olmuşdur. 1986-cı ilin dekabrında Norveçin
baş naziri Xarlem Brundtland SSRİ-yə rəsmi səfər etdi.
İSVEÇ
İsveç İkinci dünya müharibəsindən sonrakı ilk illərdə.
Müharibə dövründə İsveç bitərəfliyini saxladı. İxrac çoxaldı.
Sənayesi artdı. Müharibə edən ölkələrdə əlverişli ticarət apardı.
Müharibə dövründə hər üç tankdan biri Almaniyada İsveç
filizindən hazırlanırdı. İşsizlərin sayı azaldı.
Ölkə üçün müharibədən sonra iqtisadi rəqabət tam
xoşagələn oldu. Onlar Avropa ölkələrinə sənaye və tikinti
materialları göndərməyə başladılar. Xarici ticarət artdı. 1946-
cü ilin sonunda dövlət bankında onun valyuta ehtiyatı 3 mlrd.
328
kron oldu. 20-dən çox ölkəyə kapital qoydu və orada
müəssisələr tikdi. Dünya bazarında ABŞ-la rəqabət gücləndi.
Bununula belə, ABŞ İsveçə güclü iqtisadi təzyiq
göstərirdi. O, ABŞ-la ABŞ üçün əlverişli maliyyə əməliyyatları
aparmağa məcbur oldu. Bu onun qızıl ehtiyatlarını 6 dəfə
azaltdı. 1948-ci ildə ABŞ onu «Marşal planı»na qoşulmağa
məcbur etdi. Daxili siyasi vəziyyət nisbətən sabit idi.
1945-ci il parlament seçkiləri nəticəsində riksdaqda
mütləq əksəriyyəti sosial-demokratlar və kommunistlər
tutdular. Burjua partiyaları olan kəndli, mühafizəkarlar, Xalq
Dostları ilə paylaş: |