Microsoft Word s?may?kitab?sas doc


partiyası səslərin üçdə birini qazandı. DSDP və Mühafizəkarlar



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə62/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası səslərin üçdə birini qazandı. DSDP və Mühafizəkarlar 
partiyası ciddi məğlubiyyətə uğradılar. Venstre, yəni liberallar 
12% səs aldılar. Liberal P.Xartlinqin başçılığı altında təşkil 
edilən hökumət 1974-cü ilin sonuna qədər hakimiyyətdə qaldı. 
1974-1975-ci illərdə Danimarkada iqtisadi böhran 
başlandı. Ölkənin istehsal gücü 75%-ə qədər azaldı. Ölkədə 
155 min işsiz var idi. Hökumət dövlət xərclərini ixtisar etmək 
yolunu tutaraq sosial ehtiyaclara çəkilən dövlət xərclərini 
azaltdı və dolayı vergiləri artırdı.
Xartlinq parlamenti buraxdı və yeni seçkilər təyin etdi. 
1975-ci ilin yanvarın 9-da keçirilən seçkilərdə sosial-
demokratlar uğur qazandılar. Fevralın 13-də A.Yorgensenin 
başçılığı altında sosial-demokrat hökuməti təşkil edildi. Bu 
hökumət kollektiv əmək sazişlərini uzatdı, əmək haqlarını 
dondurdu, sahibkarlara əlavə güzəştlər verdi. 1976-cı ildə 


346
«İqtisadiyyatın sağlamlaşdırılması» adı altında folketinq bir 
sıra qanunlar qəbul etdi və xüsusi sahibkarlara kömək etmək 
üçn 1 mlrd. kron vəsait ayrıldı. 
1976-cı ildə Danimarka tədricən iqtisadi böhrandan 
çıxmağa başladı. Öz mövqeyini möhkəmləndirmək üçün 
sosial-demokratlar 1977-ci ilin fevralında növbədənkənar 
seçkilər təyin etdilər və bu seçkilərdə böyük uğur qazandılar. 
Yenə də sosial-demokratların birpartiyalı hökuməti təşkil 
edildi. Ölkədə anti böhran tədbirləri həyata keçirmək üçün 
sosial-demokrat hökumətinin tərkibinə liberallar da daxil 
edildi. 70-ci illərin sonunda ölkənin iqtisadi vəziyyəti bir qədər 
yaxışlaşdı. 
70-ci illərdə də Danimarka NATO-nun hərbi manev-
rlərində iştirak etməkdə idi. Bununla belə, o, 1975-ci il Hel-
senki müşavirəsinin Yekun aktını imzaladı. Lakin 70-ci illərin 
sonunda ABŞ-ın təzyiqi altında Danimarka hökuməti 
ortamənzilli raketləri Qərbi Avropa ölkələrində yerləşdirmək 
haqqında NATo-nun qərarını müdafiə etdi. 
Danimarka hökuməti Baltik dənizi zonasında normal 
münasibətlərin inkişafı və mökhəmlənməsinə səy göstərirdi. 
Bununla belə, o, Finlandiyanın Avropanın şimalını nüvəsiz 
zona elan etmək təklifini müdafiə etmədi. 1970-ci ildə 
Danimarka SSRİ ilə iqtisadi və elmi-texniki əməkdaşlıq 
haqqında saziş bağladı. 1975-ci ildə SSRİ-yə Danimarka 
kraliçası II Marqarita rəsmi səfər etdi. Digər sosialist ölkələri 
ilə də əməkdaşlıq genişləndi. Danimarka 1970-ci ildə 
Albaniya, 1971-ci ildə Vyetnam Demokratik respublikası, 
1973-cü ildə ADR və KXDR-lə diplomatik münasibətlər 
yaratdı. 
Danimarka XX əsrin 80-90-cı illərində. 80-ci illərin 
əvvəllərində ABŞ və Qərbi Avropada iqtisadiyyatın pisləşməsi 
Danimarkaya da təsir etdi. 1981-1982-ci illərdə ölkədə böhran 
başladı. Ancaq 1984-cü ildən ölkənin iqtisadi vəziyyəti 
yaxşılaşmağa başladı. «İqtisadiyyatı sağlamlaşdırmaq» üçün 


347
1980-ci ilin aprelində Yorgensen hökuməti uzunmüddətli 
iqtisadi proqram irəli sürdü. İxrac sahələrinin inkiaşfına xüsusi 
diqqət yetirilməsi nəzərdə tutulurdu.
İqtisadi problemlərin həllinə yanaşma üsulları ilə 
əlaqədar folketinqdə ziddiyyətlər gücləndi və 1981-ci ilin 
dekabrında növbədənkənar parlament seçkilərinin keçirilməsi 
ilə nəticələndi. Seçkilər nəticədə yenə də sosial-demokratların 
birpartiyalı hökumətinin 1982-ci ilin sentyabrına qədər haki-
miyyətdə qalmasına səbəb oldu. 
1982-ci ilin sentyabrında keçirilən parlament seçkiləri 
nəticəsində mühafizəkarlar partiyasının lideri P.Şlyüterin 
başçılığı altında burjua partiyalarının nümayəndələrindən ibarət 
koalisiyalı hökumət təşkil edildi. Hökumətin «sərt qənaət» xətti 
müxalifət tərəfindən kəskin tənqid edildi. 1984-cü ilin yanvarın 
10-da təcili keçirilən növbədənkənar seçkilər hökumət 
koalisiyasının mövqeyini daha da gücləndirdi. 
Danimarkanın xarici siyasəti ilk növbədə onun NATO və 
AİB-də iştirakı ilə müəyyən edilirdi. Həmçinin SSRİ və 
sosialist ölkələri ilə də normal münasibətlər davam etdirilirdi. 
1983-cü ilin noyabrında folketinq Avropanın şimalında nüvəsiz 
zona yaratmaq təşəbbüsünü bəyəndi. 1984-cü ildə Qrenlan-
diyanın Danimarkanın tərkibində daxili muxtariyyət hüququ-
nda qalaraq, öz ərazisini nüvəsiz zona elan etməsi böyük əks-
sədaya səbəb oldu.
90-cı illərin birinci yarısında Danimarka iqtisadiyyatında 
yüksəliş artdı. Danimarkada sənayenin inkişafının mühüm 
xüsusiyyətlərindən biri olan ixtisaslaşdırılmış nadir istehsal 
sahələrinin mövcud olması bu dövrdə daha çox özünü göstərdi. 
90-cı illərdə də Danimarka NATO-nun üzvü kimi öz 
öhdəliyini yerinə yetirirdi. Həmçinin ABŞ, Qərbi Avropa, 
Şimali Avropa, Rusiya və Mərkəzi, Şərqi və Cənub-Şərqi 
Avropa ölkələri ilə əlaqələrin inkişafına da xüsusi diqqət 
yetirirdi. Danimarka BMT, ATƏT, Avropa İttifaqı və Avropa 
Şurası tərkibində də səmərəli fəaliyyət göstərirdi. 


348
XII. Cənubi Avropa dövlətləri 
YUNANISTAN 
İkinci Dünya müharibəsinin 
Yunanstan üçün nəticələri
İkinci Dünya müharibəsi ölkəyə böyük fəlakət gətirdi. 
Əhalinin 8%-i həlak oldu. Sənaye və kənd təsərrüfatı istehsalı 
aşağı düşdü. Xarici ticarət kəsiri artdı. Ölkə iqtisadiyyatında 
hakim mövqeni inhisarçı ticarət kapitalı, iri torpaq sahibləri, 
bankirlər, kral ailəsi tuturdu. Ölkə əhalisinin əksəriyyətini 
təşkil edən kəndlilər əsasən icarədarlar idi. Fəhlə sinfi sayca az 
olsa da, azadlıq mübarizəsində əsas rol oynayırdı. Hədsiz sağ 
mövqedə duran partiyalar «Qara blok» cəbhəsi təşkil etdilər. 
Onların içərisində ən nüfuzlusu Xalq (populist) partiyası idi. 
«Qara blok» cəbhəsinə 1945-ci ilin martında kollaborasionist 
general Qonastas da daxil oldu. Milli liberal partiyanın xeyli 
hissəsi də bu cəbhəyə qoşuldu. Mərkəz partiyası və liberallar 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin