partiyalar Yeni Demokratiya İttifaqı və PASOKdur.
358
NİDERLAND (HOLLANDİYA) KRALLIĞI
İkinci dünya müharibəsi qurtardıqdan sonra
Niderlandın iqtisadi və siyasi vəziyyəti
1945-ci ilin mayında Niderland faşist işğalçılarından azad
edildi. Ölkə müharibə nəticəsində öz milli sərvətinin üçdə
birini itirdi. 500 min ölən və əsir alınan oldu. Niderlanda dəyən
maddi zərər 5,6 milyard dollar oldu. Dövlət borcları 28 milyard
hulden təşkil edirdi.
Sənayedə istehsalın səviyyəsi müharibədən əvvəlki illə
müqayisədə 50%, kənd təsərrüfatında isə 60% aşağı düşdü.
Zəhmətkeşlərin maddi vəziyyəti də ağırlaşdı. Zəruri
tələbat malları çatışmırdı. Vergilər iki dəfə artırılmışdı. 100
min nəfər tam, 200 min nəfər isə qismən işsiz idi. Vəziyyəti
çətinləşdirən səbəblərdən biri də Niderlandın öz müstəm-
ləkələrini itirməsi idi.
Niderland inkişaf etmiş sənaye-aqrar ölkə idi. Onun
iqtisadiyyatı xeyli dərəcədə xarici xammal və satış bazar-
larından asılı idi. Yüksək inkişaf etmiş kənd təsərrüfatı xeyli
dərəcədə ixrac üçün istiqamətləndirilmişdi. Müharibə qurtar-
dıqdan sonra yüksək gəlir gətirən və az xərclə mümkün olan
sənaye sahələrinin bərpasına xüsusi diqqət yetirildi. Ölkə xarici
istiqrazlara da ehtiyac hiss edirdi. Hakim dairələr İngiltərə ilə
ənənəvi əlaqələrini bərpa etdilər. Müharibədən sonra
Niderlanda ABŞ kapitalının müdaxiləsi sürətləndi. Artıq 1946-
cı ilin əvvəllərində 200 min yaşayış evi, 400 min ha torpaq
sahəsi yararlı hala salındı, 2.5 min km. dəmiryolu bərpa
olundu. Sənaye müəssisələrinin bərpası və modernizasiyası
getdi. 1948-ci ilin sonuna yaxın Niderland sənaye və kənd tə-
sərrüfatı malları istehsalında müharibədən əvvəlki səviyyəyə
çatdı.
Müharibədən sonrakı illərdə əhalinin geniş təbəqələrində
ümumi demokratik əhval-ruhiyyə gücləndi. Kütlələr demok-
ratiyanın bərpasını tələb edirdilər. Bununla əlaqədar Nider-
359
landda faşist «milli-sosialist hərəkat» partiyasının fəaliyyəti
qadağan edildi.
Ölkədə müharibədən əvvəlki burjua partiyalarının
yenidən formalaşması prosesi getdi. 1945-ci ilin mayında
ənənəvi partiyaların siyasətindən narazı olanlar birləşib
Niderland Xalq Hərəkatı (NXH) partiyasını təşkil etdilər. 1946-
cı ildə keçmiş Katolik partiyası əsasında Katolik Xalq Partiyası
(KXP) yarandı. Sosial-demokratların əksəriyyət hissəsi
Niderland xalq partiyası ilə birləşib 1946-cı ilin fevralında
Əmək Partiyasını (ƏP) təşkil etdilər. Müharibə qurtardıqdan
sonra Niderland Kommunist partiyasının sıralarında 250 min
nəfər var idi.
Demokratik qüvvələr siyasi, iqtisadi və sosial sahədə
mütərəqqi islahatlar keçirilməsini tələb edirdilər. Fəhlə sinfinin
tətilləri hökuməti ciddi güzəştlərə getməyə məcbur etdi.
Londonda yerləşən Niderland mühacir hökuməti istefaya getdi.
1945-ci ilin iyununda təşkil edilən yeni hökumətə NXH-nin
lideri V.Sxermerqord rəhbərlik etməyə başladı. Yeni hökumət
əmək haqlarını 25% artırdı. Ərzaq mallarının qiymətlərinin
qalxmaması üçün tədbirlər gördü. Hər il fəhlələrə ikihəftəlik
məzuniyyət müəyyən edildi. Bu dövrdə keçirilən maliyyə
islahatları varlı təbəqələrin mənafelərinə toxunurdu. Hökumət
ölkədəki sosial gərginliyi zəiflətmək üçün bu islahatları
keçirməyə məcbur idi.
1946-cı ilin mayın 17-də ölkə parlamenti olan Baş
Ştatlara keçirilən seçkilərdə Katolik və Əmək partiyaları uğur
qazandılar. Kommunistlər isə 10 deputat yeri tutdular. Ölkədə
sosialist və katoliklərin Z.Baylin başçılığı ilə koalision höku-
məti təşkil edildi.
Bu hökumət inhisarçı kapitalın mövqeyini möhkəm-
ləndirdi. Ölkəyə xarici, ilk növbədə ABŞ kapitalının müdaxi-
ləsi gücləndi. İqtisadiyyatı xarici bazar üçün istiqamətlən-
dirmək, İndoneziyada ağalığı bərpa etmək xətti götürüldü.
360
Niderland bitərəflik siyasətindən əl çəkərək digər
kapitalist ölkələri ilə inteqrasiyaya xüsusi diqqət verməyə
başladı. 1948-ci ildə o, Benilüks valyuta-kömrük ittifaqına
girdi, «Marşall pranı»na qoşuldu. Qərb və Şimali Atlantika
blokuna daxil oldu. Niderland ərazisində ABŞ-ın hərbi və raket
bazaları yerləşdirilməyə başlandı.
1945-ci ilin sentyabrın 29-dan Niderland ABŞ və
İngiltərənin hərbi köməyi ilə İndoneziya ilə müharibə aparsa
da, orada öz ağalığını bərpa edə bilmədi. 1949-cu ilin
noyabrında Niderland hökuməti İndoneziyanın müstəqilliyini
tanımağa məcbur oldu.
Niderland «soyuq müharibə» illərində. 50-ci illərdə
Niderlandın iqtisadiyyatı yüksələn xətlə inkişaf etdi. İxraca
göndərilən məhsulların yüksək keyfiyyətlə istehsalı artdı.
Maşınqayırma, o cümlədən, nəqliyyat avadanlığı, qara
metallurgiya, avtomobil istehsalı, elektronika, kimya, yeyinti
və metal emalı kimi sənaye sahələri əhəmiyyətli dərəcədə
inkişaf etdi. Niderland gəmilərinin tonnajı 3 dəfə artdı.
Niderlandın dəniz donanması kapitalist ölkələri içərisində
beşinci yeri tuturdu. 1959-cu ildə ölkədə 1773 min ton neft
istehsal edilirdi. Adambaşına düşən kimya sənayesi
məhsullarına görə ölkə dünyada üçüncü yeri tuturdu. 50-ci
illərin sonunda Niderlandın Qroninqen əyalətində zəngin qaz
yataqları aşkara çıxarıldı. 1971-ci ildə Hollandiyada 48,3
milyard kub m. qaz çıxarılırdı. Adamaşına düşən qaz
istehsalına görə Niderland dünyada birinci yeri tutdu.
50-ci illərdə Niderlandın iqtisadi inkişafı müəyyən
çətinliklərlə qarşılaşmalı oldu. Belə ki, 1953-cü ildə ölkənin
cənub əyalətlərini su basması nəticəsində maddi zərər 0.9 mlrd.
hulden (dövlət büdcəsinin 25%-i) oldu.
50-ci illərdə Niderland Avropa polad və kömür, Avropa
İqtisadi birliyinə və digər kapitalist ölkələrinin birgə
təşkilatlarına üzv oldu. Digər ölkələrlə inteqrasiya ölkə
iqtisadiyyatının yenidən qurulmasına səbəb oldu. Bu inteqrasi-
361
yada Niderland tabe tərəf kimi çıxış edirdi. İqtisadi inkişafda
xarici bazarlar üçün istehsal mühüm rol oynayırdı. Mühüm
istehsal sahələrinin məhsulunun 22-50%-i ixraca gedirdi.
Ölkənin ixracının 30%-ni kənd təsərrüfatı məhsulları təşkil
edirdi.
1960-cı ildə sənaye məhsulu istehsalı müharibədən
əvvəlkinə nisbətən iki dəfədən çox artdı.
60-cı illərdə ölkədə istehsalın hər il orta inkişaf tempi
7%-dən yüksək idi. İqtisadiyyatın inkişafının sənaye istiqaməti
milli gəlirdə kənd təsərrüfatının payının azalmasına səbəb oldu.
1959-cu ildə kənd təsərrüfatının payı cəmi 11,7% təşkil edirdi.
Kənd təsərrüfatında ölkə əhalisinin cəmi 13%-i çalışırdı ki, bu
da müharibədən əvvəlkinə nisbətən iki dəfə az idi. Bununla
belə kənd təsərrüfatında yüksək inkişaf etmiş kapitalist
münasibətləri formalaşdı. Onun məhsuldarlığı əhəmiyyətli
dərəcədə artdı. Niderland bir çox kənd təsərrüfatı və
heyvandarlıq məhsulları istehsalına görə dünyada birinci yeri
tutdu. AİB-də kənd təsərrüfatı məhsullarının ixracına görə
birinci yer ona məxsus idi.
İstehsalın və kapitalın mərkəzləşməsi və təmərküzləşməsi
prosesi gücləndi. Bir neçə iri beynəlxalq kompaniyaların, o
cümlədən ingilis-holland neft kompaniyası olan «Royyal datç-
Şell»in, marqarin yağı istehsalı üzrə ingilis-holland konser-
ninin, sabun və texniki piylər istehsal edən «Yunilever»in, süni
ipək istehsalı üzrə Qərbi Almaniya - Hollandiya inhisarı olan
«AKYU»nun, radio aparatı və radio avadanlığı istehsalı üzrə
holland-amerikan konserni olan «Filins»in, Hollandiya
kompaniyası olan «Hooqovens»in ölkədə ağalığı gücləndi.
İnteqrasiya prosesi xırda sahibkarlığın iflasını sürətləndirdi.
1964-1974-cü illərdə 40 min xırda və orta müəssisələr iflasa
uğradı. Amsterdam və Rotterdam kommersiya bankları birləşdi
və bu birləşmə əsasında «Alqemene bank Niderland» yarandı.
Bu yeni maliyyə korporasiyasının əlində bütün xüsusi
bankların aktivinin ¾ hisəsi birləşdi. 1969-cu ildə iki böyük
362
holland firması olan «AKYU» və «Koninkleke Zaut Orqanon»
(KZO) birləşib AKZO adlandı.
Tezliklə bu kompaniya kimyəvi lif məhsulları istehsalına
görə dünyada ikinci yeri tutdu.
Beynəlxalq inhisarlara Hollandiyada fəaliyyət göstərmək
üçün əlverişli şərait yarandı. ABŞ-ın 500 iri korporasiyasından
100-dən çoxu Niderlandda öz filiallarını yaratdılar. ABŞ-ın
neft inhisarları Hollandiyanın neft emalı sənayesinin 50%-nə
nəzarət edirdi. 60-cı illərdə AFR-in də bu ölkəyə birbaşa
kapital qoyuluşu 7 dəfə artdı, AİB ölkələri ilə ticarətdə
Niderlandın ixracının 49.5%-i, idxalının isə 47%-i AFR-in
payına düşürdü.
Ölkənin iqtisadi həyatında dövlətin rolu yüksəldi. Dövlət-
inhisarçı kapitalı gücləndi. Hollandiya inhisarçılarının gəliri
çoxaldı.
Ölkənin siyasi həyatında əvvəlki kimi Katolik xalq
Dostları ilə paylaş: |