Microsoft Word s?may?kitab?sas doc


partiyasının nüfuzunun düşdüyünü göstərdi



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə67/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının nüfuzunun düşdüyünü göstərdi. 
1972-ci il seçkilərində Əmək partiyası daha çox səs 
alaraq ilk dəfə hökumət koalisiyasında aparıcı partiya oldu. 
Hökumət böhranının ən uzun sürən dövründə hökumətə sosial-
demokratlar rəhbərlik etdilər. 70-ci illərdə siyasi qeyri-sabitlik 
davam etdi. 1977-ci il seçkiləri ərəfəsində Əmək Partiyasına 
qarşı Katolik Xalq partiyası, Antinqilab partiyası, Xristian 
tarixi ittifaq partiyası «Xristian-demokratik çağırış» blokunda 
birləşdilər. Əmək partiyası seçkilərdə qələbə qazanmasına 
baxmayaraq koalisiyalı hökumət yarada bilmədi. 1977-ci ilin 
dekabrında A.Aqtın başçılığı altında klerikal və liberallardan 
ibarət koalisiyalı hökumət təşkil edildi. Bu hökumətin daxili 
siyasətdə iqtisadiyyatı canlandırmaq üçün gördüyü tədbirlərdən 


365
biri sosial ehtiyaclara və təhsilə çəkilən xərcləri ixtisar etməsi 
idi. Lakin hərbiyə çəkilən xərclər çoxaldı. Ölkədə tətil və sülh 
tərəfdarları hərəkatı artdı. 1979-cu ilin dekabrın 6-da parlament 
əksəriyyət səslə ölkədə ABŞ raketlərinin yerləşdirilməsinə 
qarşı çıxdı. 
1971, 1975, 1976 və 1978-ci illərdə SSRİ ilə Niderland 
arasında ticarət, iqtisadi, sənaye, texniki əməkdaşlığın 10 il 
müddətinə inkişafı, elmi və mədəni əməkdaşlıq haqqında 
sazişlər imzalandı. Niderlandla MXR, ADR, VDR arasında 
diplomatik münasibətlər yaradıldı. 1975-ci ildə o, Helsinki 
müşavirəsində iştirak etdi və onun Yekun Aktına qol çəkdi. 
BMT-nin sülhməramlı tədbirlərini müdafiə etdi. 
Niderland XX əsrin 80-90-cı illərində. 80-ci illərin 
əvvəlində Niderlandın iqtisadi vəziyyəti pisləşdi. 1980-1982-ci 
illərdə o, güclü iqtisadi böhran keçirdi. 1981-1982-ci illərdə 
sənaye istehsalının həcmi 4,5%, emal sənayesində isə istehsal 
23% aşağı düşdü. 1980-1983-cü illərdə 28669 firma iflasa 
uğradı. 1983-cü ildə işsizlərin sayı 1980-ci illə müqayisədə 
təxminən 2,5 dəfə artaraq 829 min nəfərə çatdı. 
Hökumət böhrandan çıxmaq yolları axtarmağa başladı. 
Bu illərdə Kuvorden yaxınlığında 35 mlrd.kub m. həcmində 
təbii qaz yataqları aşkara çıxdı. Şimal dənizinin Niderlanda 
düşən hissəsində isə neft yataqları ilə yanaşı 87 mln. kub m. 
həcmində qaz yataqları da tapıldı. 1983-cü ildən sonra ölkə 
iqtisadiyyatında qismən canlanma müşahidə edilməyə başladı. 
İqtisadi böhran hökumət daxilində də ixtilafları 
gücləndirdi. 1981-ci ilin may ayının 26-da keçirilən parlament 
seçkilərindən sonra ancaq sentyabr ayının 11-də xristian-
demokratlar, əməkçilər və demokratik sosialistlərdən ibarət 
koalision hökumət təşkil edildi. Lakin çox fəaliyyət 
göstərmədi. 1982-ci ilin sentyabrında keçirilən növbədənkənar 
parlament seçkiləri ölkənin siyasi həyatında sola doğru meyli 
nümayiş etdirdi. Əmək partiyası daha çox səs aldı. Xristian-
demokratlardan və sosial-demokratlardan ibarət hökumət təşkil 


366
edildi. Ona xristian-demokratlardan R.Lyubbers başçılıq etdi. 
Yeni hökumət «iqtisadiyyatın canlandırılmas» xəttini götürdü. 
«Sərt qənaət» siyasəti hökumətin həmkarlar ittifaqı ilə 
münasibətlərini də kəskinləşdirdi. Ölkədə ən mühüm siyasi 
hadisələrdən biri 1983-cü ilin fevralın 17-də yeni 
Konstitusiyanın qəbul edilməsi oldu. Bu konstitusiya XIX 
əsrdən mövcud olan köhnə konstitusiyanı əvəz etdi. Ölkənin 
dövlət quruluşu əvvəlki kimi konstitusiyalı monarxiya olaraq 
qaldı. Qanunverici hakimiyyət krala və iki palatalı parlamentə 
məxsus idi. Parlament seçkiləri dörd ildən bir keçirilir. 1980-ci 
ilin aprelin 30-da dövlətin başçısı kraliça Beatriksdir. İcraedici 
hakimiyyət başda baş nazir olmaqla Nazirlər kabinetinə 
məxsusdur.
1983-cü ilin avqustun 31-də parlamentin birinci 
palatasına keçirilən seçkilər fikir müxtəlifliyini bir daha 
nümayiş etdirdi. 1986-cı ilin mayında keçirilən parlament 
seçkilərindən sonra Xristian-demokratik çağırış, Azadlıq və 
Xalq partiyasının nümayəndələrindən ibarət R.Lyubbersin 
başçılığı altında koalisiyalı hökumət təşkil edildi. 
80-ci illərdə ölkədə demokratik hərəkat və sülh uğrunda 
mübarizə gücləndi. Niderland öz xarici siyasətində mühüm 
diqqəti NATO və AİB çərçivəsində əməkdaşlığa verirdi. 1981-
ci il noyabrın 16-da hökumət neytron silahının əleyhinə 
olduğunu bildirdi. 1982-ci ilin fevralında parlament kimyəvi 
silahların öz ölkəsində yerləşdirilməsinə və Hollandiya silahlı 
qüvvələrində ondan istifadəyə qarşı çıxdı. 1983-cü ildə 
parlament NATO-nun nüvə proqramında Niderlandın iştirakını 
əhəmiyyətli dərəcədə azaltmaq haqqında qətnaməni bəyəndi. 
80-ci illərdə də Niderland SSRİ və digər sosialist ölkələri 
ilə iqtisadi, elmi-texniki və mədəni sahədə əməkdaşlığı davam 
etdirdi. 
90-cı illərin əvvəllərində 1989-cu ildə təşkil edilmiş 
«yaşıllar-sollar» birliyinin ölkədə nüfuzu gücləndi. Ölkədə 
1994 və 1998-ci illərdə keçirilmiş parlament seçkilərində 


367
Əmək partiyası qələbə çaldı. Əmək partiyasının lideri V.Kok 
hər iki hökumətə başçılıq etdi.
Niderland hazırda yüksək inkişaf etmiş sənayeyə və yük-
sək məhsuldar kənd təsərrüfatına malik bir ölkədir. O həm də 
əmək məhsuldarlığının və əmək haqqının yüksək səviyyəsi ilə 
də öndə gedən qabaqcıl dünya dövlətlərindən biridir. Ölkə 
özünün gülləri ilə də büdcəsinə xeyli gəlir gətirir. 


368
İSVEÇRƏ KONFEDERASİYASI 
İkinci dünya müharibəsindən sonra ölkənin iqtisadi 
və siyasi vəziyyəti 
İsveçrə ənənəvi bitərəfliyini saxlayaraq İkinci dünya 
müharibəsində iştirak etmədi. Lakin o müharibə dövründə 
faşist bloku dövlətləri, xüsusilə Almaniya ilə əməkdaşlıq edirdi 
ki, bu da antifaşist koalisiyası üzvlərinin böyük narazılığına 
səbəb olurdu.
Müharibədən sonra İsveçrənin iqtisadi vəziyyəti əlverişli 
idi. Sənaye məhsulu istehsalının həcmi yüksək sürətlə artdı, 
iqtisadiyyata kapital qoyuluşu çoxaldı, kredit-bank 
əməliyyatları və ixrac genişləndi. Maşınqayırma, elektrotex-
nika, kimya, yeyinti sənayesində iri inhisarlar ağalıq edirdi. 
Maşınqayırmada «Zultser», «Georq Fişer», elektrotexnikada 
«Braun, Boveri», yeyinti sənayesində «Nestle», kimya səna-
yesində «Siba», «Qeyqi», «Sandos» tanınmış inhisarlar idi. 
Ölkənin bütün maliyyə-iqtisadi həyatı «Kredi Syuns» kimi üç 
iri bankın əlində cəmləşmişdi. İsveçrə kapitalı xarici dövlətlərə, 
xüsusilə Latın Amerikası ölkələrinə fəal müdaxilə edirdi. 50-ci 
illərin sonunda İsveçrənin 19 trestinin dünyanın 80 ölkəsində 
921 filialı fəaliyyət göstərirdi. 
Ölkənin siyasi həyatında dörd partiyanın - radikal-
demokrat, mühafizəkar-katolik, kəndli-sənətkar-byurqer və 
sosial-demokrat partiyasının koalisiyası hökmranlıq edirdi.
İsveçrə xarici siyasət sahəsində bitərəfliyini davam 
etdirirdi. Bu səbəbdən də o, BMT-yə daxil olmadı. Lakin o 
YUNESKO və BMT-nin digər orqanlarına daxil oldu. 1946-cı 
ilin martın 18-də SSRİ ilə İsveçrə arasında diplomatik münasi-
bətlər bərpa edildi. 
Müharibədən sonrakı ilk illərdə fəhlə və demokratik 
hərəkatların yüksəlməsi müşahidə edilirdi. 1944-cü ilin oktya-
brında Sürixdə İsveçrə əmək partiyası (İƏP) təşkil edildi. 


369
İsveçrə XX əsrin 50-60-cı illərində 
50-ci illərdə İsveçrədə iqtisadiyyat sürətlə inkişaf etdi. 
Sənayenin aparıcı sahələri maşınqayırma, avadanlıq, kimya və 
elektrotexnika idi. Ölkə dünya saat istehsalına görə birinci yeri 
tutdu. Ölkədə hər il orta hesabla 65 milyon ədəd saat 
buraxılırdı. Sənaye topdansatış milli məhsulun 47%-ni verirdi. 
İşləyən əhalinin 1 milyonu və ya 50%-i sənaye fəhlələri idi. 
İsveçrənin ixracında 95% yeri sənaye malları tuturdu. Əhalinin 
10%-i kənd təsərrüfatında, 40%-i isə xidmət sahəsində 
çalışırdı. İsveçrə sənaye ölkəsi olduğunu təsdiqlədi, sənaye 
istehsalının həcminə görə kapitalizm dünyasında 11-12-ci yeri 
tutdu. Ölkədə turizm «sənaye»si də geniş inkişaf etdi. 
Dünyanın maliyyə mərkəzlərindən biri kimi İsveçrənin 
vəziyyəti möhkəmləndi. Ona müxtəlif ölkələrin kapitalı 
axmağa başladı. 50-ci illərin ortalarında xarici ölkələrin İsveçrə 
bankında qoyduğu pulun miqdarı 5-6 mlrd. frank idi. 
İsveçrə də öz növbəsində başqa ölkələrə kapital qoyurdu. 
1950-1969-cu illərdə onun xaricə kapital qoyuluşu 10 mlrd 
frankdan 24.5 mlrd franka çatdı. Onların çoxu kapitalist 
ölkələrinin inkişafına sərf olunurdu. İqtisadi «çiçəklənmə» 
dövrü 1963-cü ildə hökumətin etiraf etdiyi kimi «həyəcanlı 
situasiya» ilə əvəz olundu. Bu məsələ ilə əlaqədar olaraq 1964-
cü ildə fövqəladə dekretlər qəbul edildi. Xarici kapitalın ölkəyə 
axını məhdudlaşdırıldı, sahibkarlara verilən bank kreditləri 
azaldıldı, yeni tikililərin həcmi ixtisar edildi. 
İqtisadiyyatda vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq 
60-cı illərin sonunda hökumət fövqəladə vəziyyəti təxirə saldı. 
Kənd təsərrüfatı ləng inkişaf edirdi. Ölkədə fasiləsiz olaraq 
«qiymətlərin qayçısı» (kənd təsərrüfatı məhsullarına aşağı, 
sənaye mallarına isə yüksək qiymət qoyulması) saxlanılırdı. 
1939-cu illə müqayisədə kəndli təsərrüfatlarının sayı 1955-ci 
ildə 14% aşağı düşdü. 


370
İsveçrədə 50-ci illərdə iş həftəsi 47-50 saat idi. Ölkədə 
hələ məzuniyyət və sosial sığorta haqqında qanunvericilik yox 
idi. Ona görə də İsveçrədə sosial vəziyyət getdikcə gərgin-
ləşirdi. 800 minə yaxın xarici fəhlələrin vəziyyəti daha ağır idi. 
Ultra sağ qüvvələr şovinist əhval-ruhiyyəni qızışdıraraq xarici 
fəhlələri ölkədən qovmaq istəsələr də, demokratik qüvvələrin 
təzyiqi ilə hökumət buna mane olmağa məcbur oldu. Dörd 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin