364
Bununla belə, Niderland hökuməti 1962-ci ildə Qərbi
İrianaın İndoneziyaya verilməsi haqqında sazişi, 1968-ci ildə
atom silahının yayılmaması haqqında müqaviləni imzaladı.
1970-ci ildə isə təhlükəsizlik və əməkdaşlıq məsələlərinə həsr
edilmiş Ümumavropa müşavirəsinin çağrılması ideyasını mü-
dafiə etdiyini bildirdi. Niderlandın sosialist ölkələri ilə
münasibətləri yaxşılaşdı.
Niderland XX əsrin 70-ci illərində. 1970-ci ildə
Niderlandda iqtisadi yüksəliş davam edirdi. Lakin tezliklə
iqtisadi enmə müşahidə edilməyə başladı. 1970-1975-ci ildə
Hollandiyanın ticarət donanması 20%-dən çox ixtisar edildi.
1974-cü ildə inflyasiya artdı, energetika böhranı başladı,
iqtisadi çətinliklər yarandı. Limburqda sonuncu kömür şaxtası
bağlandı. 1975-ci ildə işsizlərin sayı 206 minə çatdı.
Rotterdamın yük dövriyyəsi aşağı düşdü. 1975-ci ildə sənaye
məhsulu 5% aşağı düşdü. 3.5 min firma iflasa uğradı. 70-ci
illərin ikinci yarısında iqtisadiyyat zəif də olsa, inkişaf etməyə
başladı. Ölkədə dövlət bölməsinin çəkisi artdı. Hollandiya
kapitalının xarici ölkələrə müdaxiləsi genişləndi.
Ölkənin siyasi həyatında sabitlik pozuldu. 1971 və 1972-
ci il parlament seçkiləri ölkədə Katolik Xalq Hərəkatı
Dostları ilə paylaş: