371
arasında «saat müharibəsi» adı ilə məşhur olan narazılığın
yaranmasına səbəb oldu.
Müharibədən sonra İsveçrədə BMT-nin Avropa
Ümumdünya səhiyyə təşkilatı, Beynəlxalq əmək təşkilatı,
Beynəlxalq elektrorabitə ittifaqı, Ümumdünya meteorologiya
təşkilatı, Beynəlxalq Qırmızı
Xaç Cəmiyyəti , BMT-nin ticarət
və inkişaf təşkilatı və digərlərinin iqamətgahı yerləşirdi.
Burada həmçinin Avropa azad ticarət assosiasiyasının, Tariflər
haqqında baş sazişlərin, Beynəlxalq olimpiya komitəsinin,
Ümumdünya poçt ittifaqının da orqanları fəaliyyət göstərirdi.
Burada eyni zamanda bir çox beynəlxalq
görüşlər keçirilirdi və
bu hal indi də davam edir.
50-ci illərdə İsveçrənin NATO ölkələri ilə əlaqələrinin
genişlənməsi onun hərbi büdcəsinin də artmasına səbəb oldu.
Ölkənin hərbi büdcəsi 1959-cu ildə 977 mln. franka çatdı ki, bu
da dövlət xərclərinin 40%-ni təşkil edirdi. «Soyuq müharibə»
şəraitində İsveçrənin sosialist ölkələri ilə əlaqələri zəif idi.
Onlarla ticarət dövriyyəsi cəmi 3% təşkil edirdi. Lakin 60-cı
illərdə sosialist ölkələri ilə münasibətlər xeyli yaxşılaşdı. 1967-
ci ildə Moskva-Sürix hava yolu açıldı.
İsveçrə XX əsrin 70-ci illərində
70-ci illərin əvvəllərində baş verən iqtisadi böhran İsveç-
rəyə o qədər də təsir etmədi. Bu dövrədə ölkənin iqtisadiyyatı
yüksək sürətlə inkişaf edirdi.
İsveçrədə istifadəyə verilmiş dörd atom elektrik
stansiyası ölkədə istifadə edilən bütün elektrik enerjisinin ¼-ni
verirdi. 1973-cü ildə Niderland-İtaliya qaz kəmərinin çəkilişi
başa çatdı. Bu kəmərin İsveçrə
ərazisindən keçməsi ölkənin
təbii qazla təmin edilməsini daha da asanlaşdırdı.
1974-cü ildə ölkədə iqtisadi inkişafda ləngimə başlandı.
Sənaye məhsulu istehsalının həcmi 1975-ci ildə 13% endi.
Xüsusilə saat və metal emalı sənayesinin məhsulları
azaldı. Ticarət dövriyyəsi aşağı düşdü. Sənayedə işləyən
372
fəhlələrin sayı 10% azaldı. 1975-ci ildə işsizlərin sayı 26 minə,
qismən işsizlərin sayı isə 137 minə çatdı. 100 min xarici
vətəndaş işini itirərək 1975-ci ildə İsveçrəni tərk etdi.
Qiymətlər qalxdı, inflyasiya gücləndi. İsveçrə çox çətinliklə
1974-1975-ci illərdə iqtisadi böhrandan çıxa bildi. 70-ci illərin
ikinci yarısında ölkədə iqtisadi inkişaf ləng gedirdi.
İqtisadi böhranla əlaqədar olaraq 1974-1975-ci
illərdə
hökumət bir sıra qanunvericilik aktları işləyib hazırladı və
onlar parlament tərəfindən bəyənildi. Sosial təminat üçün
ayrılmış dövlət xərcləri ixtisar edildi, vergilər artırıldı. Bu isə
tətillərə gətirib çıxartdı. Həmkarlar ittifaqları hökumətin bu
siyasətini kəskin tənqid etdi. 1974-cü ilin dekabrın 8-də ölkədə
dolayı vergilərin artırılmasını nəzərdə tutan maliyyə islahatı ilə
əlaqədar referendum keçirildi. Ölkə əhalisinin
əksəriyyəti bu
islahatın əleyhinə olduğunu bildirdi. 1976-cı ildə zəhmətkeş-
lərin təzyiqi altında hökumət 12 aydan 18 aya qədər qismən
işsiz qalanlar üçün müavinatın ödənmə müddətini uzatdı. 1978-
ci ildə keçirilən referendumda əhali qocalığa və şikəstliyə görə
təminatı yaxşılaşdırmaq haqqındakı tədbirləri bəyəndiyini
bildirdi.
70-ci illərdə İsveçrə əmək partiyasının və Kommunist
Dostları ilə paylaş: