Microsoft Word s?may?kitab?sas doc


partiyasının Flamand qanadının nümayəndələri başda



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə71/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının Flamand qanadının nümayəndələri başda
olmaqla Tinğemansın başçılığı ilə hökumət təşkil olundu. 
O, vəd etdi ki, ölkənin problemlərini həll etməyə
çalışacaqdır.
1975-ci ildə Belçıkada güclü iqtisadi böhran baş
verdi. Sənaye istehsalı 1974-cü illə müqayisədə 10 % aşağı
düşdü. Böhran uzun sürdü. Hətta 1980-cı ildə də bir sıra
sahələr 1973-cü il səviyyəsinə qalxa bilməmişdi. 
İqtisadi çətinlikləri aradan qaldırmaq üçün Belçikada
təsərrüfatın hərbiləşdirilməsi gücləndi. 1978-ci ilə yaxın
hərbi xərclər böyük bir rəqəmə, 78 milyard franka çatdı.
Zəhmətkeşlərin iqtisadi vəziyyətinin ağırlaşması ilə
əlaqədar olaraq Belçikada sosial vəziyyət kəskinləşdi. 1975-
1976-cı illərdə ölkəni tətil hərəkatı bürüdü. 1977-ci ildə
tətillərdə 1 milyon adam iştirak etdi. 
Sosialist partiyasında sola doğru dönüş yarandı. Onun
proqramında banklar və energetika bölməsi üzərində dövlət
nəzarətinin qoyulması, ictimai nəqliyyatı inkişaf etdirmək
və s. nəzərdə tutulmuşdu.
Belə bir şəraitdə Tinğemans hökuməti zəhmətkeşlərin
maraqlarına cavab verən bir sıra sosial-iqtisadi tədbirlər
həyata keçirdilər. 
1976-cı ildə “İqtisadiyyatı sağlamlaşdırmaq tədbirləri
haqqında” qanun qəbul edildi. 1977-ci ilin martın 9-da
parlament buraxıldı, aprelin 17-də növbədənkənar 
parlament seçkiləri keçirildi. SXP 36 % səs aldı, sosialistlər
isə 27 % səs aldılar. Tingemans SXP, BSP, Xalq İttifaqı
və Demokratik cəbhənin iştirakı ilə koalision hökumət
təşkil etdi. Hökumət vəd etdi ki, iqtisadi vəziyyət
yaxşılaşdırılacaq, inzibati-mədəni muxtariyyət həyata 
keçiriləcək. Lakin bu barədə hazırlanan hökumət layihəsi
siyasi partiyalar arasında kəskin fikir ayrılığına səbəb oldu. 


381
1978-ci ilin noyabrındakı siyasi böhran Tingemans
hökumətinin istefaya getməsi ilə nəticələndi. 
Dekabrın 17-də ölkədə yenidən növbədənkənar 
parlament seçkiləri keçirildi. Bu seçkilər siyasi qüvvələrin
yerləşməsində əsaslı dəyişiklik yaratdı. 
1979-cu ilin aprelin 3-də V.Martens koalision
hökumət təşkil etdi. Bu hökumət “İqtisadiyyatın 
sağlamlaşdırılması” siyasətini zəhmətkeşlərin hesabına 
həyata keçirməyə başladı. Dövlət islahatları keçirmək cəhdi
hökumət böhranı ilə qarşılandı. 
70-ci illərdə Belçika da ATƏM-in təşkilində iştirak
etdi. O, Vyetnamda və Yaxın Şərqdə müharibənin 
dayandırılması tərəfdarı oldu. 
Belçikanın hakim dairələri yenə də Avropa İqtisadi 
Birliyi çərçivəsində inteqrasiyanın tərəfdarı idilər. 1975-ci
ilin dekabrında AİB-ə daxil olan dövlətlərin tapşırığı ilə
Tinğemans «Avropa Şurasının təşkili haqqında» məruzə
hazırladı. 
NATO-da Belçika öz təhlükəsizliyinin təminatçısı kimi
iştirak edirdi. 1978-ci ildə NATO-ya daxil olan ölkələrlə
birlikdə Belçika da Zairin daxili işlərinə qarışmaqda iştirak
etdi. 1979-cu ildə Belçika NATO-nun yenidən silahlanması
xəttini bəyəndi. 
Belcikanın bu illərdə SSRİ ilə, digər sosialist ölkələri
ilə də əlaqələri genişləndi. 1971-ci ildə Monqolustan və
Çinlə, 1972-ci ildə ADR, 1973-cü ildə Vyetnamla 
diplomatik münasibətlər yaratdı. 1974-cü ildə isə Moskvaya 
Belçika kralı Baduen səfər etdi SSRİ ilə Belçika-
Lüksemburq ittifaqı arasında əməkdaşlığa dair saziş
imzalandı. 


382
Belçika XX əsrin 80-90-cı illərində 
80-cı illərin əvvəlindəki iqtisadi böhran Belçikanı
çox bərk sarsıtdı. 1980-1983-cü illərdə sənaye məhsulu 9 %
aşağı endi. İstehsalın düşməsi sənayenin bütün sahələrini
əhatə etdi. Böhran ən çox özünü əlvan və qara metallurgiya, 
neft, kimya, avtomobilqayırma, dəri-ayaqqabı, toxuculuq, 
maşınqayırma sənayesində göstərdi. Belçika frankının dəyəri
aşağı düşdü. 
1983-cü ildə 510 min adam işsiz idi. Minlərlə firma
iflasa uğradı. Kənd təsərrüfatı məhsulları da azaldı. 
Daxili siyasi vəziyyət də kəskinləşdi. 1983-cü ildə üç
dəfə böhranlı vəziyyət yarandı. Əmək haqqı donduruldu, 
pensiyalar azaldıldı, işsizlərə verilən yardımlar ixtisar
edildi. Hökumət qara metallurgiya sənayesini yenidən təşkil
etmək üçün əlavə maliyyə vəsaiti ayırdı. 
1983-cü ildə dövlət quruluşu islahatının birinci
mərhələsi keçirildi. 
Valloniya və Flandriyada icraedici hakimiyyət
orqanları təşkil edildi. Nəticədə ölkədə mürəkkəb və
nəhəng sistem-qanunverici və icraedici hakimiyyət orqanları
sistemi yaradıldı. 
1981-ci ilin martın sonunda iqtisadi çətinliklərdən
yaxa qurtara bilməyən Martens hökuməti istefa verdi. Yeni
hökumətə Xristian Xalq Partiyasının lideri M.Eyskens
başçılıq etdi. Bir neçə aydan sonra o da istefaya getməli
oldu. 1981-ci ilin noyabrın 8-də Belçikada növbədənkənar
parlament seçkilri keçirtdi. Seçkilər təkcə nümayəndələr
palatasına, senata deyil, Flandriya, Valloniya və Brüsseldəki 
regional qanunvericilik orqanlarına da keçirildi.
V.Martens 1981-ci ilin dekabrın 17-də yaradılan
koalision hökumətə başçılıq etdi. Yeni hökumət də
“İqtisadiyyatın sağlamlaşdırılması” metodlarını dəyişdirmədi. 
Lakin böhranın dərinləşməsi parlamenti 1982-ci ilin 


383
yanvarında hökumətə fövqəladə səlahiyyətlər verməyə
məcbur etdi. Onlar xüsusi bölməyə maliyyə yardımını
genişləndirmək və əhalinin alıcılq qabiliyyətini aşağı
salmaq məqsədi ilə bir sıra kompleks tədbirlər həyata 
keçirdilər. 
1982-ci ilin fevralın 21-də Belçika frankının
devalyasiyası keçirildi ki, bu da sadə adamların büdcəsinə
zərbə vurdu. Bu tədbirlər nəticəsində Belçika mallarının
dünya bazarında rəqabət qabiliyyəti yüksəldi və ölkənin
maliyyə vəziyyəti yaxşılaşdı. 1985-ci ilin noyabrında
keçirilən parlament seçkiləri əvvəlki sağ mərkəz koalisiyalı
hökumətin V.Martens başda olmaqla hakimiyyətdə 
qalmasına səbəb oldu.
Böhran şəraitində zəhmətkeşlərin tətil mübarizəsi
gücləndi. 80-cı illərdə antimüharibə hərəkatının geniş
miqyas alması xarakterik hal idi. Amerika raketlərinin
Belçikada yerləşdirilməsi kəskin etiraz mitinqlərinə səbəb
oldu. 1985-ci ilin oktyabrın 20-də 100 minlərlə antimüha-
ribə manifesti keçirildi. 
Bütün bunlarla bərabər Belçika hökuməti daim
NATO-ya və AİB- ə sədaqətini nümayiş etdirirdi. 1985-ci
ilin martında o, NATO-nun təzyiqi ilə ölkədə ABŞ qanadlı
raketlərinin yerləşməsinə razılıq verdi. 
1989-cu ildə ölkədə dövlət quruluşunun islahatı
keçirildi. Ölkənin federativ quruluşundakı xüsusiyyətlər
nəzərə alındı. 1993-cü ildə Belçikanın yeni kralı II Albert
oldu. 1994-cü ildə ölkə konstitutsiyasında dəyişikliklər
edildi. 1995-ci ildə keçirilən parlament seçkilərində Sosial-
xristian partiyası qələbə qazandı. Onun lideri E.L.Dean
koalisiyalı hökumət təşkil etdi. 90-cı illərin ikinci yarısında
ölkənin iqtisadi inkişafı sürətləndi. Belçikanın istehsal etdiyi
məhsullar özünün yüksək texniki səviyyəsi ilə fərqlənirdi. 
90-cı illərdə də Belçika NATO-da fəaliyyətini davam
etdirməklə yanaşı ATƏT, Aİ, BMT və digər beynəlxaq


384
təşkilatların fəaliyyətində də yaxından iştirak edirdi. Müasir
dövrdə Belçikanın xarici siyasətində Avropa ölkələri ilə
inteqrasiya mühüm yer tutur. 
PORTUQALİYA 
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə 
ölkənin iqtisadi və siyasi vəziyyəti. Müharibə qurtardıqdan 
sonra da Portuqaliya faşist ölkəsi olaraq qalırdı. Onun başında 
Salazar dururdu. Öz bitərəfliyini saxlamaqla bərabər ölkə 
müharibə edən ölkələrə strateji xammal satmaq yolu ilə öz 
valyuta ehtiyatarını xeyli artırdı. İnhisarçı kapitalın mövqeyi 
gücləndi. «Fabrik ittifaqı kompaniyası»nın əlində sənayenin, 
bank və müstəmləkə kompaniyalarının əsas hissəsi 
toplanmışdı. «SAKOR» kompaniyası da böyük inhişasar 
birliyi idi. Qaz və elektrik kompaniyasına «Yunayden bank» 
maliyyə qrupu rəhbərlik edirdi. Bunların hamısı xarici kapitalla 
əlaqədar idi. 
Avropa ölkələri içərisində Portuqaliya yenə də geri 
qalırdı. Onun inkişaf etmiş metallurgiya və maşınqayırma 
sənayesi yox idi. Xırda və yarımkustar sənaye üstünlük təşkil 
edirdi. Kənd təsərrüfatında iri mülkədarlar hökmranlıq edirdi. 
Müharibədən sonra xarici kapitalın ölkəyə müdaxiləsi 
gücləndi. Xüsusilə, ABŞ-ın müdaxiləsi artdı. Bütün bunlar isə 
sənaye istehsalını ləngidirdi. 
Zəhmətkeşlərin maddi vəziyyəti də ağır idi. XX əsrin 50-
ci illərinin ortalarında əhalinin hər nəfərinə düşən gəlir 200 
dollardan çox artmamışdı. İnflyasiya güclü idi, əhalidən alınan 
vergilər artırılmışdı.
Kəndlilərin 2/3-sinin torpağı yox idi. Ölkədə 950 min 
kənd təsərrüfatı fəhləsi, 700 min xırda kəndli var idi. 96% 
kəndli təsərrüfatları çox az torpağa sahib idilər. Yoxsulluq və 
işsizlik əhalinin bir hissəsinin ölkəni tərk etməsinə səbəb
olurdu. 


385
Müharibədən sonra xammal və material göndərə 
bilmədiyinə görə Portuqaliyanın iqtisadi vəziyyəti pisləşdi. 
1950-ci ildə şaxta və mədənlərin 78%-i fəaliyyətini dayandırdı. 
Milli ərzaq məhsulları 11% ixtisar edildi. 1938-ci illə 
müqayisədə 1949-cu ildə Portuqaliyanın pul vahidi olan 
eskudonun dəyəri xeyli aşağı düşdü. Dünyada gedən 
demokratik hərəkatlar Portuqaliyaya da təsir etdi. Faşist 
rejiminin böhranı dərinləşdi. Salazar diktaturasına qarşı fəhlə 
sinfi mübarizəyə başladı. Həmçinin bütün demokratik və 
müxalifətdə olan qüvvələr də fəallaşdılar. 
Hökumət antifaşist qüvvələri parçalamaq üçün manevr 
etdi. 1945-ci ilin sentyabrında Salazar hökuməti elan etdi ki, o 
«məhdud demokratiya»ya, rejimini «liberallaşdırılması»na 
keçir. Noyabr ayında parlament seçkiləri keçirmək qərara 
alındı. Senzuranı ləğv etmək, amnistiya keçirmək, müxalifətə 
seçkilərdə iştirak etməyə icazə vermək qərara alındı. Lakin 
seçki kampaniyasının qısa müddətdə keçirilməsi buna imkan 
vermədi. Müharibə dövründə təşkil edilmiş Milli antifaşist 
birliyi hərəkatının yerinə leqal Demokratik birlik hərəkatı 
yaradıldı. O, 100 min imza topladı ki, partiyalar leqallaşsın. 
Lakin hökumət verdiyi vədi yerinə yetirmədi. Onda demokratik 
blok baykot taktikasını irəli sürdü ki, bu da Milli məclisə 
Salazarın «Milli ititfaq» partiyası tərəfdarlarını seçilməsinə 
səbəb oldu. Salazarın «liberallaşma» siyasəti antifaşist 
qüvvələrin çıxışlarını dayandırmadı. 1946-cı ildə kütləvi 
nümayişlər keçirildi. Ordunu həyəcan bürüdü 1948-1949-cu 
illərdə hökumət PKP-yə qarşı «Xaç yürüş»ünə keçmək 
haqqında tədbir gördü. 40-cı illərin sonunda burjuaziyanın bir 
hissəsi demokratik hərəkatı tərk etdi. 
1949-cu ilin fevralında Portuqaliyada prezidenti seçkiləri 
keçirildi. Müxalifət general Nortana da Mantunun prezidentliyə 
namizədliyini irəli sürdü. Prezident rejimin tərəfdarı marşal 
Karmon oldu. Seçkilərdən sonra Demokratik birlik hərəkatının 


386
fəaliyyəti dayandı. Tezliklə məhdud dairədə Milli-demokratik 
hərəkat təşkil edildi. Kommunistlər gizli fəaliyyətə keçdilər. 
Xarici siyasət sahəsində Salazar rejimi Qərb dövlətlərinə 
doğru yönəlmişdi. Rejim İngiltərə Portuqaliya dostluğunu 
möhkəmləndirərək İngiltərənin iqitsadiyyatda mövqeyi 
saxlansa da, tezliklə Portuqaliyanın xarici siyasətində ABŞ-ın 
rolu artdı. O, atlantizm siyasətinə cəlb edildi. 
1948-ci ilin fevralında ABŞ Portuqaliyanın ərazisində 
aviabaza yaratmağa razılıq aldı. 1948-ci ilin sentyabrında o, 
«Marşal planı»na qoşuldu. 1949-cu ildə NATO-nun üzvü oldu. 
İngiltərənin mövqeyi ikinci yerə keçdi. 
Demokratik qüvvələrin XX əsrin 50-ci illərin faşist 
rejiminə qarşı mübarizəsi. Bu dövrdə Portuqaliyanın 
sənayeləşməsi gücləndi. Bu ölkənin sosial-siyasi qüvvələr 
nisbətinin dəyişməsinə səbəb oldu. İstehsalın təmərküşləşməsi 
və mərkəzləşməsi gücləndi. 
1953-1958-ci illərdə altillik plan qəbul edildi. Sənayenin 
aparıcı sahələrinə kapital qoyuluşu gücləndi. Ümummilli sahə 
korporasiyaları təşkil edildi. Topdansatış milli ərzaq 41% artdı. 
Kənd təsərrüfatında durğunluq müşahidə olunurdu. Bu da 
əhalinin narazılığına səbəb olurdu. Zəhmətkeşlərin vəziyyəti 
ağır idi. Lissabon, Port, Afurad, Setubalda nümayişlər 
keçirildi. Mübarizə nəticəsində fəhlə sinfi 1956-cı ildə əmək 
haqlarının 10-30% artırılmasına nail oldu. 
Hakimiyyət müxalifətə qarşı təqib və terroru davam 
etdirirdi. 1951-ci il prezident seçkilərində faşist rejiminin 
tərəfdarı Kraveyro Lopes prezident seçildi. Ölkədə «sabitlliyi» 
saxlamaq bəhanəsi ilə 1954-1955-ci illərdə «Assosiasiyalar 
haqqında», 1956-cı ildə «Təhlükəsizlik tədbirləri haqqında» 
verilmiş qanunlar antinhisar qüvvələri parçaladı. Lakin 50-ci 
illərin ikinci yarısında əhalinin fəallığı hökuməti Tarrafaldakı 
«ölüm düşərgəsini» bağlamağa məcbur etdi. Bu düşərgə Yaşıl 
Burun adasında idi. 


387
1958-ci il prezident seçkilərində sol respublikaçılar 
Umberto Dalqadunu, sol müxalifət isə vəkil Arlindu Visentinin 
namizədliyini irəli sürdü. Lakin admiral Ameriko Tomson 
prezident seçildi. Seçkilər vaxtı demokratik qüvvələrin 
fəaliyyəti Salazarı rejiminin mənafeyi naminə tədbirlər 
görməyə tələsdirdi. Konstitusiyada dəyişiklik edildi ki, 
prezidenti xalq yox, elçilərin kolleksiyası seçsin. Orduda 
senzura qoyuldu. Qəhvəyə tələbatla əlaqədar Anqola xalqının 
istismarı gücləndi. Anqolada neft və dəmir filizinin çıxarılması 
artdı, milli-azadlıq mübarizəsi amansızlıqla yatırıldı. 
Portuqaliya hökuməti dənizarxası əyalətləri olan Qoa, Damana 
və Dionun Hindistanla birləşməsinə qarşı çıxdı. Lakin 1954-cü 
ilin iyulunda Damana Hindistanla birləşdi. 1961-ci ilin 
dekabrında hind ordusu Portuqaliya müstəmləkəçilərini Qoa, 
Damana, Diudan qovub çıxartdılar. Bu Portuqaliya müstəmləkə 
imperiyasının dağılmasının başlanğıcını qoydu.
Bu dövrdə Portuqaliyaya Qərbi Almaniyanın kapitalının 
axını gücləndi. 1959-cu ildə onların arasında dostluq haqqında 
müqavilə bağlandı. 1955-ci ildə Portuqaliya BMT-yə daxil 
oldu. 1960-cı ildə ölkə Avropa Azad ticarət Assosiasiyasına 
daxil oldu. 
Faşist diktaturası böhranının dərinləşməsi. 60-cı 
illərdə faşist rejiminin böhranı dərinləşdi. Bunun bir səbəbi də 
dünyada demokratik qüvvələrin təsirinin artması idi. 
Portuqaliya müstəmləkə sistemi dağılmağa, antifaşist hərəkat 
yüksəlməyə başladı. 
Portuqaliyanın iqitsdi inkişafı bu dövrdə nisbətən 
yüksələn xətlə gedirdi. Hər il orta hesabla milli ərzaq 
məhsulları 6,2%, əmək məhsuldarlığı 7,2% artdı. İqtisadiyyatın 
strukturunda dəyişiklik yarandı. Neft-kimya, poladəritmə, 
elektrik və radio-texnika, avtomobil sənayesi xeyli inkişaf etdi. 
Xarici kapitalın nüfuzu gücləndi. 1965-ci il qanunu ilə ona 
böyük üstünlüklər verildi. Turizm və hərbi istehsalla bağlı 


388
sahələrə xüsusi diqqət yetilirməyə başladı. Lakin bununla belə 
ölkədə yenə də çoxlu xırda müəssisələr var idi. 
Faşist rejimindən ölkə əhalisinin narazılığı bu dövrdə 
daha da artdı. 1961-ci ilin yanvarında başda müxalifət xadimi 
E.Qalva olmaqla antifaşist qrup «Santa Marion» laynerini tutdu 
ki, bu da dünyada böyük əks-səda verdi. 1961-ci ilin 
yanvarında keçmiş prezident marşal Kraveyro ilə müdafiə 
naziri general Batelya Monqol dövlət çevrilişinə cəhd etdilər. 
1961-ci ilin yanvarında ölkədə böyük siyasi nümayiş keçirildi. 
1962-1963-cü ildə də belə nümayişlər keçirildi. 
Bu dövrdə Portuqaliya müstəmləkələrində də milli-
azadlıq hərəkatı gücləndi. 1961-cı ilin fevralında Anqolada 
milli zülmə qarşı silahlı mübarizə başlandı. 1963-cü ildə 
Qvineyada, 1964-cü ildə Mazambikdə də azadlıq mübarizəsi 
gücləndi.
Alvaro Kunyal 1961-ci ilin martında Portuqaliya 
Kommunist partiyasının baş katibi seçildi. 1962-ci ildə Milli-
azadlıq vətənpərvərlik cəbhəsi təşkil edildi. 1964-cü ildə onun 
çərçivəsində İnqilabi Hərbi Komitə təşkil edildi. Bu antifaşist 
qüvvələrin təşkilində mühüm addım idi. Salazarçılar kütləvi 
həbsləri davam etdirirdilər. 1963-cü ildə Tarrafalda «ölüm 
düşərgəsi»ni təkrar açdılar. Bütün ictimai təşkilatların, o 
cümlədən Yazıçılar ittifaqının fəaliyyəti qadağan edildi. 
Demaqoq şüarlardan istifadə etdilər ki, güya müstəmləkələrdə 
Vətənin mənayefi naminə müharibə aparırlar. Portuqaliya 
Birləşmiş Ştatları yaratmaq təşəbbüsü də uğursuz oldu.
Antifaşist, demokratik inqilab. Faşist rejiminə qarşı 
mübarizəni gücləndirən o oldu ki, 1968-ci ilin sentyabrın 26-da 
baş nazir yerini demokratiya tərəfdarı olan Maron Kaztanu 
tutdu. O, Lissabon universitetinin rektoru olmuş, dəfələrlə nazir 
vəzifələrində çalışmışdı. «Liberal» mövqedə idi. O, elan etdi 
ki, siyasi rejim dünya kapitalist dövlətlərinin rejiminin reallığı 
ilə uyğunlaşdırılmalıdır. O, «Milli ititfaq» faşist partiyasını 
«Milli xalq hərəkatı» adlandırdı. Gizli polis olan PİDE- 


389
Təhlükəsizlik baş idarəsi adlandırıldı. Mətbuatda senzura 
zəiflədi, müxalifət öz fəaliyyəti üçün geniş imkanlar aldı. 
İnhisar təsərrüfatını modernizə etmək, Qərbi Avropa 
inteqarsiya prosesinə qoşulmaq xətti götürüldü. Kaloniyalarla 
müharibəni qurtarmaq yolları tapmaq, müstəmləkələri 
saxlamaq cəhdi uğursuz oldu. 60-cı illərin sonunda ölkənin 
dövlət büdcəsinin 40%-i hərbi xərclərə gedirdi. Afrikada 
Portuqaliya qoşunlarının sayı 150 min idi. 1971-ci ilin iyulunda 
Portuqaliya hökuməti dənizarxası əyalətlərinə siyasi 
müxtariyyət və dövlət titulu verməyə məcbur oldu. Lakin bu 
heç nəyi dəyişmədi. 
70-ci illərin əvvəllərində Portuqaliyada vəziyyət gər-
ginləşdi. Ölkədə tətil və həmkarlar hərəkatı gücləndi. 1970-ci 
ildə həmkarlar ititfaqının «intersindikal» təşkilatı yaradıldı. 500 
mindən yuxarı həmkarlar ititfaqı üzvü 1974-cü ildə 
hakimiyyətin nəzarətindən çıxdı. Əsgərlər və zabitlər də 
rejimdən narazı idilər. «Kapitanlar hərəkatı», sonra isə «Silahlı 
Qüvvələr hərəkatı» meydana gəldi. 
Kommunistlərin təşəbbüsü ilə demokratik seçki komissi-
yası meydana çıxdı. Sonra onun əsasında Portuqaliya demokra-
tik hərəkatı yarandı. 1974-cü ilin aprelində antifaşist qüvvələr 
Aveyro şəhərində Portuqaliya demokratik müxalifətinin 2000 
nümayəndəsinin iştirak etdiyi konqres keçirdilər. Ölkədə 
inqilabi şərait yaranmış oldu.
1974-cü ilin aprelin 25-də ölkədə antifaşist, demokratik 
inqilab baş verdi. İnqilab hərbi qüvvələr hərəkatının üsyanı ilə 
başladı. İnqilab dinc formada davam edirdi. Ona görə də o 
tarixə «Qərənfillər inqilabı» adı ilə daxil oldu. Bu inqilab 
zamanı üsyançılar və şəhərlilər öz silahlarını və paltarlarını 
qırmızı qərənfillərlə bəzəmişdilər. Faşist rejimi devrildi, 
müvəqqəti hakimiyyət orqanı olan – Milli qurtuluş şurası və 
müvəqqəti inqilabi hökumət təşkil edildi. Onun tərkibinə 
hərbiçilər, kommunistlər, sosialistlər, digər cərəyanların 
nümayəndələri daxil oldular. Faşist aparatı təcili surətdə ləğv 


390
edildi. Təşkilatlar leqal fəaliyyət göstərməyə başladılar. 
Zəhmətkeşlərin vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər 
görülməyə başladı.
Xarici siyasətdə ən mühüm addımlardan biri 1974-cü ilin 
iyunun 9-da SSRİ ilə demokratik əlaqələr yaradılması idi. 
1974-cü ilin sentyabrın 28-də Lisabondakı əksinqilab çevrilişə 
qarşı demokratik qüvvələrin yürüşü təşkil edildi. General 
Spinolun yerinə ölkənin yeni prezidenti general Fransisko de 
Koşta Qomeş seçildi. Sağ ünsürlər aparatdan uzaqlaşdırıldı. 
Baş nazir general Vaska Qonsalviş oldu. 
Qvineya, Yaşıl Burun, Mazambik, Anqola, San-Toma və 
Prinsip adalarına müstəqillik verildi. 
1975-ci ilin martın 11-də general Siqnola və onun 
tərəfdarlara hərbi qiyama cəhd göstərdilər. Bu hadisədən sonra 
Milli Qurtuluş şurası öz fəaliyyətini dayandırdı, yeni orqanlar, 
o cümlədən, İnqilabi Şura yaradıldı. 1975-ci ilin aprelin 11-də 
siyasi partiyalarla Silahlı Qüvvələr hərəkatı birgə hərəkat 
platformasını işləyib hazırladılar. Dərin siyasi və sosial iqitsadi 
dəyişikliklər nəzərdə tutulurdu. 
Hökumət bir neçə müəssisənin milliləşməsi haqqında 
dekret verdi. Dəmiryolu, gəmiçilik kompaniyası, aviokom-
paniya, elektroenerji, polad, neft və neft məhsullarının 
satılması, iri bank və sığorta kompaniyaları milliləşdirildi. İri 
inhisarlar ləğv edildi. İslahat 1200 min ha torpağı olan 
latifundiyaçılara da toxundu. Cənubda aqrar islahat nəticəsində 
latifundiyaçıların müsadirə edilmiş torpaqlarıi dövlət 
mülkiyyətinə çevrildi. 400 kooperativ yaradıldı. Xırda kəndli 
torpaq sahibliyinin üstünlük təşkil etdiyi şimalda islahat 
keçirilmədi. 
Müəssisələrdə fəhlə nəzarəti haqqında qanunvericilik 
təsdiq edildi. «İntersindikal» yeganə həmkarlar təşkilatı oldu. 
1975-ci ilin aprelin 25-də Milli Məclisə seçiklər keçirildi. 
Əhalinin 80%-i HQH-na səs verdi. Lakin daxili və beynəlxalq 
irtica buna mane olurdu. 1975-ci ilin sentyabrın əvvəllərində 


391
Qonsalviş hökuməti istefaya getdi, onun yerini Pinufudu 
Azivedunun müvəqqəti hökuməti tutdu. HQH-da parçalanma 
başladı. İnqilabi şuradan demokratik əhval-ruhiyyəli zabitlər, o 
cümlədən Vaska Qonsalviş kənar edildi. 1975-ci ilin sentyabrın 
24-də 230 min adam tətil etdi. 1976-cı ilin noyabrında bütün 
ölkədə kütləvi nümayiş keçirilirdi. Bu inqilabın nailiyyətlərini 
qorudu. 1976-cı ilin aprelin 2-də Müəssisələr Məcilsi 
Konstitusiyanı təsdiq etdi. Qanunverici orqan dörd il 
müddətinə seçilən parlament idi. Konstitusiyaya görə ali 
qanunverici orqan respublika Assambleyası idi. 18 yaşdan 
yuxarı hamıya seçki hüququ verildi. Respublika prezidenti eyni 
zamanda İnqilabi Şuranın sədri və ali baş komandan idi. O, baş 
naziri təyin edirdi. 
1976-cı ilin aprelin 25-də respublika assambleyasına 
keçirilən seçkilərdə sosialist, kommunist partiyaları əksəriyyət 
yer aldı. 1976-cı ilin iyulunda general R.Eaneş prezident 
seçildi. 
Sağ dairələr mübarizəni davam etdirirdi. Sosialist 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin