Microsoft Word s?may?kitab?sas doc


Partiyasının lideri Mariu Soareş qələbə çaldı



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə73/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


Partiyasının lideri Mariu Soareş qələbə çaldı. 
Hökumətin isə başında S.A.K. Silva dururdu.
Xarici siyasətdə NATO ilə əlaqələr genişləndi. ABŞ-ın 
Azor adalarında hərbi sahədə iştirakı gücləndi. Portuqaliya 
1985-ci ildə AİB-ə daxil oldu. 
Portuqaliya öz keçmiş müstəmləkələri ilə əlaqələrin 
inkiaşfına xüsusi diqqət yetirirdi. 
Mazambik, Braziliya ilə iqtisadi əlaqələrin inkişafına 
xüsusi diqqət yetirilirdi. 80-ci illərdə sosialist ölkələri ilə 
əlaqələr xeyli inkişaf etdi. ABŞ-ın təsiri altında SSRİ ilə 
əlaqələr məhdudlaşdırıldı. Portuqaliya Moskva olimpiadasında 
baykotda iştirak etdi. 
1995-ci ildə keçirilən parlament seçkilərində yenə də 
sosialist partiyası qələbə çaldı. Partiyanın liderlərindən 
A.Anteresin başçılığı altında hökumət təşkil edildi. 90-cı 
illərdə Portuqaliya iqitsadiyyatında yenilləşmə prosesi getdi 
Xarici siyasətdə Portuqaliya yenə də NATO və Aİ çərçivəsində 
əməkdaşlığa daha çox üstünlük verirdi. 


394
XIII. AVROPA VƏ AMERİKA 
ÖLKƏLƏRİNİN ƏSAS İNKİŞAF MEYLLƏRİ 
1. İdeologiyaların qarşıdurması və üç dünyanın təşkili 
Xarici siyasətin ideologiyalaşdırılması problemi. XX 
əsrin əvvəllərindən beynəlxalq münasibətlər dövlətlərin daxili 
işlərinə qarışmamaq və milli suverenlik prinsipləri üzərində 
quruldu. 
Siyasət həmişə ideologiya ilə sıx bağlı olduğuna görə XX 
əsrdə əmələ gələn köklü dəyişikliklərdən biri insan şüuru 
uğrunda mübarizənin beynəlxalq siyasətin mühüm tərkib 
hissələrindən birinə çevrilməsi idi. Bu əsrin birinci 
onilliklərində sosial-reformizm, faşizm və bolşevizm arasında 
barışmaz münaqişələr mövcud idi. Alman faşizmi və onun 
müttəfiqləri üzərində qələbədən sonra dünyada sosial-reformist 
kapitalizm və inqilabi sosializm qaldı. İkinci dünya 
müharibəsindən sonra ideoloji qarşıdurma iki blok arasında 
getməyə başladı ki, bunlardan birinə ABŞ, digərinə isə SSRİ 
başçılıq edirdi. 
«Soyuq müharibə dövründə ideoloji qarşıdurma özü 
təzyiqgöstərici əhəmiyyət kəsb edirdi. Burada söhbət bu və ya 
digər dövlətdə sosializmi və ya kapitalizmi məhv etməkdən 
gedirdi. 
Xarici siyasətin ideologiyalaşdırılması qarşılıqlı 
şübhələnməyə, etibar etməməyə, düşmənçiliyə, əks tərəfə qarşı 
psixoloci və təbliğat divarı və pərdəsi təşkil etməyə gətirib 
çıxarırdı. Geosiyasi planda dünya iki qütbə bölünmüşdü. 
XX əsrin II yarısında müstəmləkələrin ləğvi 
prosesinin başa çatması. İkinci dünya müharibəsi Avropanın 
dünyanın mərkəzi olması fikrinə son qoydu, vahid dünya 
birliyinin bütün planet miqyasında vacibliyini göstərdi. 
Müstəmləkə sistemi dağılmağa və onlarla yeni dövlətlər 
yaranmağa başladı. 


395
XX əsrin 40-cı illərinin əvvəllərində Suriya və Livan 
müstəqil oldular. 1947-ci ildə İngiltərə Hindistanı dini 
əlamətlərə görə Hindistan və Pakistana bölərək onlara 
dominion hüququ verdi. XX əsrin 50-60-cı illərində Əlcəzair, 
Tunis, Mərakeş fransızlardan, 50-70-ci illərdə Ədən, Küveyt, 
Bəhreyn ərəb knyazlıqları ingilislərdən müstəqillik aldılar. 
1960-cı il tarixə «Afrika ili» kimi daxil oldu. İngiltərə, İtaliya, 
Fransa və Belçikanın müstəmləkəsi olan 17 dövlət həmin ildə 
suverenliyə nail oldu. 1973-1975-ci illərdə keçmiş Portuqaliya 
müstəmləkələri də azadlıq qazandılar. 1989-cu ildə isə 
Afrikada yeganə müstəmləkə kimi hələ də qalan Namibiya 
siyasi müstəqillik əldə etdi. 1997-ci ildə Honkonq İngiltərənin, 
1999-cu ildə Asiyada Çinin şərqində yerləşən Makao 
müstəmləkəsi Portuqaliyanın tabeliyindən çıxdı və yenidən 
Çinə qaytarıldı. 
Müstəqillik qazanmış dövlətlər beynəlxalq birliyin tam 
hüquqlu üzvü oldular. 
Şərqin müstəmləkə sistemindən azad olmuş ölkələrini üç 
qrupa – kapitalist ölkələri, Avropa qitəsində olmayan digər 
sosialist ölkələri, sosialist istiqamətli ölkələr qrupuna bölmək 
olardı. 
XX əsrin 60-70-ci illərində sosialist istiqamətli ölkələrdə 
inqilabi-demokratik partiyalar yarandı ki, onlar da ölkədə 
sosialist xarakterli dərin sosial-iqtisadi islahatlar həyata 
keçirdilər. 
Üç dünyanın təşkili. Beləliklə, XX əsrin ortalarında 
dünya birliyi iqtisadi inkişaf səviyyəsi, həyat tərzi, 
dünyagörüşü cəhətdən fərqlənən üç müxtəlif dünyaya bölündü. 
Bunlardan biri Avropa və Şimali Amerikanın inkişaf etmiş 
kapitalist ölkələri, Yaponiya və Asiyanın bir neçə kapitalist 
ölkəsi idi ki, onlar iqtisadi inkişafda yüksək nailiyyətlər 
qazanmışdılar. Bu əsas ölkələr dünyanın «mərkəzi» hesab 
olunurdular. SSRİ daxil olmaqla sosialist ölkələri ikinci 
dünyaya aid edilirdi. 


396
Üçüncü qrupa isə Asiya, Afrikanın yenicə müstəqillik 
qazanmış ölkələri və Latın Amerikası ölkələri daxil idi. Bu 
ölkələr iqtisadi və sosial sahələrdə inkişaf etmiş ölkələrdən 
xeyli geridə idilər. Ona görə də bu ölkələrin qarşısında duran 
birinci dərəcəli vəzifə iqtisadi müstəqilliyə nail olmaq idi. 
Bunun üçün isə geriliyi aradan qaldırmaq və xalq təsərrüfatını 
sürətli xəttə keçirmək vacib idi. Çünki iqtisadi müstəqillik 
ancaq siyasi müstəqilliyi möhkəmləndirə bilərdi. Bu ölkələrə 
həm inkişaf etmiş kapitalist, həm də SSRİ başda olmaqla 
sosialist ölkələrinin maliyyə və iqtisadi kömək etmələri onların 
öz maraqlarından irəli gəlirdi. 
İnkişaf etmiş kapitalist ölkələri XX əsrin 70-ci illərinin 
sonu 80-ci illərin əvvəllərində müasir dünyanın 
4
1
hissəsini, 
sosialist ölkələri 37 %-ni (16 ölkə, 1,7 milrd əhali), üçüncü 
dünya ölkələri isə 38 %-ni əhatə edirdi. 
2. Siyasi inkişafın xüsusiyyətləri 
Sosial-demokratlar demokratik islahatların 
təşəbbüsçüsüdürlər 
İkinci dünya müharibəsindən sonra inkişaf etmiş zonanın 
sosial-siyasi formalaşması, hər şeydən əvvəl cəmiyyətin 
həyatının müxtəlif sahələrində dövlətin rolunun daha da 
artması əlaməti altında gedirdi. Bu isə xeyli dərəcədə onunla 
müəyyən olunurdu ki, başlıca sosial-siyasi qüvvələr bu və ya 
digər formada keynsiançılıq və ümumi rifah (firavanlıq) dövləti 
prinsiplərini qəbul edirdilər. 
Qərbi Avropada sosial islahatların başlıca təşəbbüsçüləri 
sosial-demokratlar oldular. Bu islahatlar içərisində 
iqtisadiyyatın bir sıra sahələrinin milliləşdirilməsi, sosial 
proqramların genişləndirilməsi, iş vaxtının qısaldılması və s. 
göstərmək olar. Bu islahatların keçirilməsinə təkan verən əsas 


397
amil isə güclü iqtisadi inkişaf idi. Məhz güclü iqtisadi inkişaf 
firavanlıq dövlətinin yaranması və möhkəmlənməsi üçün şərait 
yaratdı. 
İkinci Dünya müharibəsindən sonra Almaniyada 
faşizmin, SSRİ-də bolşevizmin təcrübəsindən ibrət dərsi alan 
sosial demokratlar real siyasətə keçdilər. Onlar marksizmdən 
uzaqlaşaraq hüququ dövlətin daimi qiymətliliyini tanımalı 
oldular. 1951-ci ildə təşkil edilən və 42 sosialist və sosialist-
demokrat partiyasını birləşdirən Sosialist İnternasionalının 
qəbul etdiyi Frankfurt bəyannaməsində demokratik sosializmin 
başlıca dəyərləri öz əksini tapmışdır. Bu bəyannamədə 
Avstriya Sosialist partiyasının 1958-ci ildə qəbul etdiyi 
proqramında və Almaniya sosial-demokrat partiyasının 1959-
cu il Hodesberq proqramında irəli sürülən başlıca 
müddəalardan, məsələn, proletariat diktaruası, sinfi mübarizə, 
xüsusi mülkiyyət, istehsal vasitələrinin ictimailəşdirilməsi və s-
dən ibarət müddəalardan imtina edilmişdi. 80-ci illərin sonuna 
qədər sosial-demokratların bütün milli dəstələri bu yolu qəbul 
etdilər. 
Liberalizm və mühafizəkarlıq. İkinci dünya 
müharibəsindən sonra bir sıra səbəblər üzündən liberal 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin