392
Portuqaliya XX əsrin 80-90-cı
illərdə
80-ci illərin əvvəllərində iqitsadi artım sürəti zəiflədi.
Ancaq 1983-cü ildə iqtisadiyyat bir qədər canlandı.
Kənd təsərrüfatında da vəziyyət kəsiknləşdi. Taxıl,
şərab, yağ istehsalı azaldı. Ölkədə 460 min işsiz var idi.
İnflyasiya gücləndi. Xarici borclar artıraraq 1983-cü ildə 14,5
milyard dollar oldu. 1983-cü ildə İngiltərə, ABŞ, Yaponiya
bankları Portuqaliyaya 300 milyard dollar məbləğində istiqraz
verdilər.
Siyasi həyatda da mühafizəkar qüvvələr fəallaşdılar.
1980-ci ilin yanvarında «Demokratik alyans»
başda Sa Karney
olmaqla hökumət təşkil etdi. Hökumət torpağı və müəssisələri
əvvəlki sahiblərinə verməyə başladı. S.Karney hökuməti 62
kənd təsərrüfatı kooperativini qovaraq 250 min ha torpağı
əvvəlki sahiblərinə qaytardı. İnqilabi prosesə ciddi ziyan dəydi.
1980-ci ilin oktyabrın 5-də ölkədə yeni parlament
seçkiləri keçirildi. Əksər səsi yenə də alyans aldı. Romalyo
Eaniş yenə də prezident seçildi.
1980-ci ilin dekabrın 4-də Portuqaliyanın
baş naziri Sa
Karney aviasiya qəzası nəticəsində həlak oldu. Hökumətə
sosial-demokrat partiyasının lideri Pintu Balsamau başçılıq
etdi. O, əvvəlkilərin siyasətini davam etdirdi. 1981-ci ilin
aprelində Alyans parlamentə Konstitusiyaya yenidən baxmaq
haqqında qanun layihəsi təqdim etdi.
Orada təklif olunurdu ki,
İnqilabi Şura buraxılsın və hakimiyyət hökumətin əlində
mərkəzləşsin. Prezidentin hüquqları məhdudlaşdırılsın. Qanun
layihəsinin müzakirəsi Portuqaliyanın siyasi həyatının
mərkəzində dayandı. 1982-ci
ilin avqustunda parlamentdə
əksəriyyət bunu bəyəndi. İnqilabi şuranın yerinə Dövlət Şurası
və Konstitusiya məhkəməsi təşkil edildi. Bu sağların yeni bir
qələbəsi idi.
1982-ci ilin fevral və mayında 1974-cü ildən sonra birinci dəfə
Portuqaliyada ümummilli tətil oldu. Alyansın nüfuzu düşdü.
393
1983-cü ilin aprelin 25-də
keçirilən parlament
seçkilərində sosialist partiyası birinci yerə çıxaraq 36,3% səs
aldı. SD ilə birgə koalisiyalı hökumət təşkil edildi. Sosialist
Soareş baş nazir oldu. Bu hökumət öz qarşısına vəzifə qoydu
ki, milliləşməni azaltsın, xüsusi kapitalın
mövqeyini bərpa
etsin. Zəhmətkeşlərin sosial-iqitsadi hüquqlarını
məhdudlaşdırsın. Bu kütlələrin narazılığına səbəb oldu.
Hökumət ölkənin iqtisadi vəziyyətini yaxşılaşdıra bilmədi.
İşsizlik, aşağı həyat səviyyəsi qalırdı. 1985-ci ilin iyununda
SDP koalisiyadan çıxdı.
1985-ci ilin iyununda Portuqaliyada hökumət böhranı
başladı. 1985-ci ilin oktyabrında təcili parlament seçkiləri
keçirildi. Sosial demokratlar nisbətən çox səs aldılar. 1986-cı
ilin fevralın 16-da keçirilən prezident seçkilərində Sosialist
Dostları ilə paylaş: