partiyaya qələbə qazandırdı. Koalisiyon hökumətə Sosial-
xristian partiyasının lideri Eyskens başçılıq etdi. 1950-ci
ilin martın 12-də hökumətin keçirdiyi referenduma əsasən
əhalinin 57,8 %-i kralın ölkəyə qayıtmasına səs verdi. Bu
hadisədən sonra parlament III Leapoldun ölkəyə qayıtması
haqqında qərar verildi.
III Leapold 1950-ci ilin iyununun 22-də ölkəyə
qayıtdı.
III Leapold oğlu Baduenə taxtı güzəştə getdi. O, isə
taxta 1951-ci ilin iyulunda çıxdı.
Belçika XX əsrin 50-60-cı illərində
Belçika “soyuq” müharibə dövründə Qərblə və ABŞ-
la sıx bağlı idi. O, həmçinin Benilüks ölkələrinin kömrük-
iqtisadi ittifaqında iştirak edirdi. Belçika Avropa Kömür və
Polad Birliyinə və “Ümumi bazara” daxil oldu. Ölkənin
siyasi həyatında 3 hakim partiya- Sosialist, Sosial-xristian
və Liberal partiya hökmran idi. Koalisiyalı hökumət bu üç
partiyadan təşkil edilirdi. 1954-cü ilin seçkilərində Sosial-
xristian partiyası daha çox səs qazandı, hökumətə yenə də
Van–Aker başçılıq etdi. 1958-ci il seçkilərindən sonra
Sosial-xristian və Liberal partiyasının nümayəndələrindən
ibarət hökumət təşkil edildi. Baş nazir Sosial-xristian
partiyasından Eyskens oldu .
1958-ci ilin sonunda Belçika iqtisadiyyatını böhran
bürüdü. Böhran ən çox ənənəvi sahələrə-kömür, toxuculuq və
377
metallurgiyaya toxundu. Dövlət borcları 250 min frankdan
1960-cı ildə 370 milyard franka çatdı. Bu valyuta-maliyyə
sistemini pisləşdirdi. «Flamandriya məsələsi» kəskinləşirdi.
Hərbi xərclər 1949-cu ildə 7,65 milyard frankdan
1960-cı ildə 21,4 milyard franka çatdı.
Konqoda “Yunion M. dyu O- Katanqa.” tresti
hökmranlıq edirdi. Bu trest mis istehsalına görə kapitalizm
dünyasında üçüncü yeri tuturdu. Bu inhisara dünya kobalt
sənayesi istehsalının 60 %-i, dünya keramika istehsalının
80 % daxil idi. Belçikanın Konqoya kapital qoyuluşu 1960-
cı ildə 150 milyard franka çatdı.
50-ci illərin sonundakı böhran Belçikada dövlət-
inhisarçı kapitalın inkişafını sürətləndirdi. Yeni sahələrə
kapital qoyuluşu artdı. 1959-cu ildə qəbil edilmiş qanun
xüsusi korporasiyalara gəlir vergisini azaltdı.
1959-cu ildə Belçikaya xarici kapital axını 2,5
milyard təşkil edirdi. 1959-cu ilin fevralında 8 kömür
şaxtasının bağlanması haqqında hökumət qərar qəbul etdi.
Bu etiraza səbəb oldu.
1960-cı ilin noyabrında Eykens hökumətinin irəli
sürdüyü “Iqtisadi inkişaf, sosial proqres və maliyyənin
sağlamlaşdırılması” haqqında qanun layihəsində ölkədə
vergilərin artırılması məsələsi böyük etiraza səbəb oldu.
Borinaj, Leyj, Şarlerua şəhərlərində mitinqlər keçirildi.
Eykens hökuməti istefaya getməyə və yeni parlament
seçkiləri keçirməyə məcbur oldu.
1961-ci ilin mayında Sosial –xristian və Belçika
sosialist partiyası ilə birlikdə yeni Lefevra-Spaaka
hökuməti təşkil edildi. Bu hökumət fəhlələr əleyinə
yönəldilmiş dörd qanun layihəsi qəbul etdi.
60-cı illərdə Belcikada istehsalın mərkəzləşməsi
gücləndi. Topdansatış milli məhsul ildə 4,8 % artdı. Kapital
qoyuluşu və ixrac xüsusilə artdı. Kimya, metal,maşınqayırma
sənayesi inkişaf edirdi.
378
Xarici inhisarçı kapital, xüsusilə ABŞ inhisarı ölkənin
kimya sənayesini 50%-nə, neft emalının 70 %-nə,
elektronikanın 100 %-nə ağalıq edirdi.
60-cı illərdə Belçika qeyri-sabit inkişaf edirdi. Hərbi
xərclər dövlət büdcəsində kəsrə səbəb oldu. 1965-ci ildə
dövlət borcu 485 milyard frank təşkil etdi. Vergilər 1960-
cı illə müqayisədə 1966-cı ildə 33 % artdı
Xalqın əksəriyyətinin hökumətdən narazılığı 1966-cı
ilin martında Sosial–xristian, Ədalət və Mütərəqqi partiyaların
hökumətə gəlməsinə səbəb oldu. B.Buykans hökumətin
başçısı oldu.
O, maliyyəni sağlamlaşdırmaq proqramını irəli sürdü.
Bu əmək haqqının dondurulması, sosial xərclərin
azaldılması hesabına olmalı idi. Bununla bərabər hökumət
qanun qəbul etdi ki, sosial sığorta yaxşılaşdırılsın, minimum
əmək haqqına təminat verilsin.
Bu hökumət az fəaliyyət göstərdi. 1968-ci ilin
noyabrın 31-də seçkilərində Sosial-Xristian partiyası cəmi
370 min səs aldı. 132 gün hökumət böhranı hökm sürdü.
1968-ci ilin iyunun 17-də yenidən Eykensin başçılığı ilə
Sosial-xristian və BSP-nin yeni hökuməti təşkil edildi.
Belçika. NATO, ABŞ və Qərbin bütün tədbirlərində
iştirak edirdi. O, Misirə qarşı təcavüzü bəyəndi. 1960-cı ildə
Konqo öz müstəqilliyini elan etsə də, 1963-cü ilə qədər o,
Konqoya müdaxiləni davam etdirdi.
60-cı illərin ikinci yarısında Belçika öz xarici
siyasətini müsbətə döğru dəyişdi. 1966-cı ildə o, NATO-nun
sürətlə silahlanmasına qarşı çıxdı. Sosialist ölkələri ilə
yaxınlaşma başladı. 1970-ci ilin sonunda ticarət haqqında
Belçika-Sovet sazişi imzalandı.
Siyasi həyatda ən böyük problem Valloniyanın
inkişafı ilə əlaqədar milli məsələ idi. Həmçinin bu dövrdə
Flandriyada sürətli sənayeləşmə getdi, Valloniyada
iqtisadiyyat tənəzzül etdi. Hələ 1929-cu ildə flamandlar öz
379
dillərinin ikinci rəsmi dil olmasına nail olmuşdular. 1961-ci
ildə flamandlar ölkə əhalisinin 51 %-ni, vallonlar 33 % -ni
təşkil edirdilər. Milli münaqişə hər iki siyasi partiyanın da
iki qanada bölünməsinə səbəb oldu.
1970-ci ilin sonunda Eykens hökuməti Konstitusiyaya
yenidən baxaraq fransız, flamand, alman mədəni
cəmiyyətlərinin olması və buna uyğun üç dilin olmasını,
Brüsseldə isə iki dilin olmasını qanuniləşdirdi. Üç regional
hakimiyyət orqanları - Flandriya, Valloniya və Brüssel üzrə
orqanlar təşkil edildi.
Belçika XX əsrin 70-ci illərində
Belçikanın Qərbi Avropa dövlətləri ilə inteqrasiyası
ona gətirib çıxartdı ki, onun asılılığı artdı, milli
suverenlikdən qismən məhrum oldu, xarici kapitalın onun
iqtisadiyyatına nüfuzu gücləndi. Artıq 1975-ci ildə xarici
investisiyanın ümumi həcminin yarısından çoxu ABŞ-ın
əlində cəmlənmişdi. Qərbi Avropa kapitalının da mövqeyi
gücləndi. Xarici kapital sənayenin bütöv sahələrinə nəzarət
edirdi. (neft emalı, elektronika, avtomobil və s.)
1974-cü ildə demək olar ki, əhalinin 20 %-i
xaricilərin müəssisələrində çalışırdılar. 70-ci ilərdə Belçika
iqtisadiyyatında inflyasiya, valyuta və energetika böhranı
kimi xoşagəlməz hallar yarandı.
Zəhmətkeşlərin vəziyyəti pisləşdi. Milli məsələ üzrə
fikir ixtilafları hökumətin istefasına səbəb oldu. 1971-ci ilin
dekabr ayının 7-də Belçikada təcili parlament seçkiləri
keçirildi. Yeni koalision hökumətə yenidən Eykens başçılıq
etdi. Siyasi sabitliyin olmaması ona gətirib çıxartdı ki,
1972-ci ilin noyabrın 22-də Eykens-Koolsa hökuməti
istefaya getdi.
1973-cü ilin yanvarında Lebyurtunun ( BSP)
hökuməti də istefaya getdi. 1974-cü ilin martında Belçikada
380
təcili parlament seçkiləri keçirildi, Sosial-Xristian
Dostları ilə paylaş: |