Microsoft Word s?may?kitab?sas doc


partiyası təşkil edildi. Onlar 1952-ci ilin noyabrından 1956-cı



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə64/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası təşkil edildi. Onlar 1952-ci ilin noyabrından 1956-cı 
ilin əvvəllərinə kimi hakimiyyətdə oldular. Bu partiya ölkədə 
polis rejimi yaratmağa cəhd edirdi. 1946-cı ilin yanvarında 
SSRİ-nin təklifi ilə Yunanıstan məsələsi BMT-nin 
Təhlükəsizlik Şurasının gündəliyinə salındı. Burada əsas 
məsələ Yunanıstana ABŞ-İngiltərə müdaxiləsinə son qoymaq 
idi. Paris sülh konfransında SSRİ-nin köməyi ilə Dodekanez 
adaları Yunanıstana verildi. 
İqtisadi, siyasi, hərbi cəhətdən ölkə imperialist 
dövlətlərindən, ilk növbədə ABŞ-dan asılı vəziyyətə düşdü. 
1948-ci ildə o Marşal planını qəbul etdi, 1952-ci ildə isə 
NATO-ya daxil oldu. 1953-cü ilin oktyabrın 12-də yunan-


352
amerikan hərbi sazişi bağlandı. Bu sazişə əsasən hər şey ABŞ-
ın nəzarəti altına keçirdi. Yunanıstanın bütün iqtisadi və 
maliyyə həyatına nəzarət etmək üçün ABŞ iqtisadi missiyası 
ölkəyə gəldi. Mühüm təbii ehtiyatlar (boksit, marqans, qalay, 
dəmir filizi, daş kömür, neft və s. amerikan inhisarlarının əlinə 
keçdi.
1953-cü ildə Ankarada, 1954-cü ildə Bisdada 
Yunanıstan, Türkiyə və Yuqoslaviya Balkan paktı yaratmaq 
haqqında müqavilə bağladılar. 1955-ci ildə Kiprlə əlaqədar 
Yunanıstan və Türkiyə arasında münasibət gərginləşdi və 
Balkan paktı real əhəmiyyətini itirdi. 
Yunanıstan Karamanlis hökumətinin sağ müha-
fizəkar rejimi dövründə (1955-1963-cü illər). 1955-ci ildə 
general Papaqosun ölümündən sonra «Yunan yığımı» parti-
yasının lideri Karamanlisin müvəqqəti hökuməti təşkil edildi. 
1956-cı ilin fevralın 10-da yeni parlament seçkiləri elan edildi. 
Seçki ərəfəsində bütün demokratik qüvvələr birləşib «De-
mokratik ittifaq» təşkil etdilər və seçkilərdə 52% səs aldılar. 
Lakin antidemokratik seçki qanununa əsasən «Yunan yığımı» 
bazası əsasında yaradılmış Milli radikal ittifaqı daha çox 
deputat yeri aldı. Nəticədə yenə də yeni hökumətə Karamanlis 
başçılıq etdi. 50-ci illərin II yarısında Yunanıstanda sinfi 
qüvvələrin yerləşməsində mühüm dəyişiklik başladı. Yunan 
Demokratik Partiyasının (YDP) nüfuzu artdı. Seçkilərdən sonra 
müxalifətçi burjuaziya Papandreu başda olmaqla «Mərkəz 
ittifaqı» partiyasını təşkil etdi.
Yunanıstanın hərbiləşdirilməsi prosesi sürətləndi. 1951-
1961-ci illərdə hərbi ehtiyatlara 40 milyard drahma (1,3 
milyard dollardan artıq) pul xərcləndi. 1959-cu ilin mayın 6-da 
yunan-amerikan sazişi bağlandı. ABŞ Yunanıstana raket silahı 
göndərdi. Krit adasında NATO-nun raket «təlim» mərkəzinin 
tikintisi başlandı. Yunanıstan ərazisində həmçinin AFR-in 
hərbi bazası təşkil edildi. Yunanıstan «Ümumi bazar»a daxil 
olan ölkələrlə əlaqələri genişləndirdi. Ölkəyə sürətlə Qərbi 


353
Almaniya kapitalı daxil olmağa başladı. Xarici borclar artdı. 
Ölkədə faşistləşmə sürətləndi. Ölkədə uzun müddət antide-
mokratik qanunlar və fövqəladə vəziyət davam etdi. 1952-ci 
ildə YKP-nin MK-nın üzvü Belodannis öldürüldü.
1962-ci ildə parlament «Ölkənin təhlükəsizliyinə aid 
məsələləri nizama salmaq haqqında» qanun qəbul etdi. Ha-
kimiyyətə icazə verildi ki, Konstitusiyanın fəaliyyətini dadan-
dırsın, ölkədə hərbi vəziyyət elan etsin. 
Yunanıstanın xarici kapitalistlərə güzəştə getməsi, ölkə 
daxilindəki vəziyyət sosial qarşıdurmanı gərginləşdirdi. Av-
ropada ən aşağı əmək haqqı olan ölkələrdən biri Yunanıstan 
idi. Ölkədə 200 min iş var idi. Xalq kütlələrinin mübarizəsi 
davam edirdi. İrticanın hücumu gücləndi. 1963-cü ilin mayın 
22-də sülh uğrunda mübarizə komitəsinin vitse-prezidenti, 
parlamentin deputatı Qriqoris Lambrinos vəhşicəsinə Öl-
dürüldü. Bu hadisə ilə əlaqədar təşkil edilən etiraz mitinqində 
500 min adam iştirak edirdi. 
Yunanıstan Q.Papandreunun hökumətinin hakimiy-
yəti dövründə (1963-1965-ci illər). 1963-cü il seçkilərində 
parlamentdə «Mərkəz İttifaqı» partiyası əksəriyyət qazandı və 
Q.Papandreunun başçılığı altında hökumət təşkil edildi. Lakin 
o, hakimiyyəti tək idarə etmək istəməyib 1964-cü ilin fevralın 
15-də yeni seçkilər etdi. Mərkəzçilər 53% səs aldılar. 
Q.Papandreu hökuməti ölkənin demokratikləşməsinə 
yönəldilmiş mütərəqqi tədbirlər gördü. Kənd təsərrüfatına 
xüsusi diqqət yetirildi. Əmək haqqı qismən artırıldı, doqquz 
illik təhsil məcburi oldu. Təhsil pulsuz oldu. Patraxda üçüncü 
universitet açıldı.
Xarici siyasət sahəsində satillet yox, bərabər hüquqlu 
müttəfiq rolunda çıxış etməyə çalışdı.Balkan dövlətləri ilə 
münasibət normal məcraya düşdü. Bununla belə yenə də YKP-
nin fəaliyyəti qadağan idi. Sağ mühafizəkar dairələr dövlət ap-
paratında saxlanılırdı. Hər halda bu dövrdə demokratik 
qüvvələr öz fəaliyyətini genişləndirdi. Həmkarlar ittifaqı 


354
üzərində dövlət nəzarəti zəiflədi. Demokratik hərəkatda 
«Lambrakin demokratik gəncləri» təşkilatı mühüm rol 
oynayırdı. Ölkədə vəziyyəti gərginləşdirən səbəblərdən biri 
Yunanıstanın müdafiə naziri Qarufaliasın NATO-nun 
qərargahında 1965-ci ilin mayındakı çıxışında Vyetnama qoşun 
göndərməyə hazır olduğunu bildirməsi idi. 
Lakin Papandreu bunun qəti əleyhinə çıxdı və hərbi 
nazirdən istefa tələb etdi. Belə olduqda mühafizəkar qüvvələr 
ABŞ-ın köməyi ilə 1965-ci il iyulun 15-də «saray çevrilişi» 
təşkil etdilər. Kral Konstantin Papandreu hökumətini istefaya 
göndərdi və onu daha yola gedən Paraskevopulosun hökuməti 
ilə əvəz etdi. 1965-ci ilin iyulun 18-də demokratik qüvvələrin 
vahid cəbhəsi yaradıldı və o, yeni seçkilər təyin edilməsinə nail 
olundu. 1965-ci ildə Yunanıstanda tətillərdə 1,5 milyon adam 
iştirak etdi. 
Hərbi diktaturanın qurulması 
1967-ci ilin aprelin 21-də müzafizəkar hərbçilər haki-
miyyəti öz əllərinə aldılar. Hakimiyyətə «qara polklovniklər» 
(polkovniklər: Papadopulos, Makarezos, generallar Patikos və 
Spandidakis) gəldilər. 1952-ci il Konstitusiyası ləğv edildi. 
Dövlət aparatı və orduda təmizlik aparıldı. Kral 
mühacirət etdi. hökumətin başında Papadopulos durdu. 
General-leytenant Zoitakis ölkənin naibi öldü. 1968-ci 15 
sentyabr referendumundan sonra yeni konstitusiya qüvvəyə 
mindi. Yunanıstan konstitusiyalı monarxiya oldu. 1963-cü ildə 
1972-ci ilədək ölkəyə xarici kapital axını 11 dəfə artdı. 
Ordunun sayı, hərbi obyektlərin tikintisi artırıldı. ABŞ-ın 
Yunanıstanda 7 hərbi bazası və 5 qoşun mərkəzi fəaliyyət 
göstərirdi. Yunanıstanın istənilən limanından ABŞ öz hərbi 
məqsədləri üçün istifadə edə bilərdi. Krit NATO-nun raket 
bazasına çevrildi.


355
Ölkənin iqtisadi vəziyyəti ağırlaşdı. Təkcə 1968-1970-ci 
illərdə Yunanıstanı 250 min adam tərk etdi. 1972-ci ildə 
Yunanıstanı iqtisadi, enerji və valyuta böhranı bürüdü.
1972-ci ilin iyulunda Zoitakisin yerinə Papadopulos naib 
təyin oldu.
Karamanlis dövlət çevrilişi etmək istədi. Belə bir şəraitdə 
Papadopulos islahat proqramı ilə çıxış etdi. 1973-cü ilin iyunun 
1-də Yunanıstan parlamentli respublika elan edildi. 
Yunanıstanın prezidenti Papadopulos oldu, vitse-prezident 
Anqelis oldu. 1973-cü ilin oktyabrın 8-də mütərəqqi partiya 
lideri Markezinis hökumətin başçısı oldu. 1973-cü il noyabrın 
23-də hərbi dairələr hərbi xuntanı xilas etmək üçün çevriliş 
etdilər. Prezident general Qizikis oldu, baş nazir isə 
Andrunokulos oldu. 1974-cü ilin noyabrında Afinada tələbə 
həyəcanı başlandı. Diktatura xarici avantüraya əl atdı. Kiprdə 
hərbi çevriliş oldu, prezident Makariosu devirdilər. Bu 
Türkiyənin Kiprin işinə qarışmasnıa və Kiprin iki yerə 
parçalanmasına səbəb oldu.
Hərbi xuntanın devrilməsi. Mülki hakimiyyətin qu-
rulması. 1974-cü ilin iyulun 23-də Xunta hakimiyyətdən 
getməyə məcbur oldu. Karamanlis yeni mülki hökumət təşkil 
etdi. Amnistiya verildi, bütün partiyalar, o cümlədən Kommu-
nist Partiyasının fəaliyyətinə icazə verildi, ordu təmizləndi, 
Yunanıstan Kipr Respublikası ilə həmrəyliyini bildirdi. 
Yunanıstan NATO-nun hərbi təşkilatından çıxdığını elan 
etdi. Zəhmətkeşlərin bir neçə təbəqələrinin maaşı artırıldı. 
Sosialist ölkələri ilə əlaqələr yaxşılaşdırıldı. Karamanlisin 
başçılığı ilə «Yeni demokratiya» partiyası yaradıldı.
Mavrosun hökuməti dövründə «Yeni qüvvələr» partiyası 
təşkil edildi. Papandreu «Ümumyunan sosialist hərəkatı» 
(PASOK) partiyasını yaratdı. Demokratik qüvvələr «Vahid sol-
lar» birliyini təşkil etdilər. Keçmiş müdafiə naziri Qarufaluas 
«Milli demokratik ittifaq» pratiyasını təşkil etdi. 


356
1974-cü ilin noyabrın 17-də yeni parlament seçkiləri 
keçirildi. «Yeni demokratiya» partiyası əksəriyyət qazandı. 
Sağlara 1% səs verildi. 1974-cü ilin dekabrın 8-də keçirilən 
dövlət quruluşu haqqında referendumda əhalinin 69%-i 
respublika idarə formasına səs verdi. 1974-cü il konstitusiyası 
ilə Yunanıstan prezidentli parlamentli respublika oldu. 
Prezident parlament yolu ilə 5 ilə seçilirdi. O, fövqəladə 
vəziyyət elan edə, xüsusi tribunal təşkil edə bilərdi. Birinci 
prezident Tsasos, hökumətin başçısı isə Karamanlis oldu. Bir 
palatalı parlamentə 300 deputat seçilməli idi.
70-ci illərdə iqtisadiyyat yüksələn xətlə inkişafa başladı. 
Dövlət bölməsi artdı. 1975-ci ildə xunta üzvləri üzərində məh-
kəmə prosesi başlandı. Bununla belə zəhmətkeşlərin bir sıra 
hüquqları məhdudlaşdı. 1976-cı ildə parlament tətilləri qadağan 
etdi. 1978-ci ildə terrorizmlə mübarizə haqqında qanunla 
demokratiya da məhdudlaşdırıldı. Ali məktəblər üzərində 
hökumətin nəzarəti gücləndi. Ölkədə narazılığın artdığını görən 
Karamanlis 1977-ci il noyabrın 20-də parlament seçkiləri ke-
çirdi. Birinci yerə yenə «Yeni demokratiya», ikinci yerə PA-
SOK çıxdı. Karamanlis 1978-ci ilin yazında yeni hökumət təş-
kil etdi. 
Mütərəqqi yunan həmkarlar ittifaqları «PASOK»la 
əməkdaşlığı artırdı. Xarici siyasətdə hökumət ən çox ABŞ-la 
yaxınlaşdı. 1975-ci ilin fevralında Yunanıstanda ABŞ bazala-
rının statusu məsələsi ətrafında müzakirələr aparıldı və bu, 
müsbət nəticəsini göstərdi. ABŞ bazalarının ləğv edilməsinə 
razılıq verdi. 1976-ci ilin aprelində Yunanıstan və ABŞ 
arasında hərbi əməkdaşlıq haqqında saziş bağlandı, ABŞ ona 
hərbi kömək etməyi öhdəsinə götürdü. NATO ilə danışıqlarda 
Karamanlis bildirdi ki, Kipr böhranı həll edilərsə, Yunanıstan 
NATO-dan çıxmaq haqqında qərarına yenidən baxar. 1979-cu 
ildə NATO-nun Avropada amerikan raketlərini yerləşdirmək 
təklifini Yunanıstan bəyəndi. Egey və Kipr məsələsində 
Türkiyə ilə ixtilaflar aradan qaldırıldı. 1975-ci ildə SSRİ ilə 


357
Yunanıstan arasında gəmiçilik sazişi, 1977, 1979-cu illərdə 
yeni sazişlər bağlandı. 1979-cu ilin oktyabrında Karamanlis 
SSRİ-yə gəldi. Monqolustan, Vyetnamla diplomatik əlaqələr 
yaradıldı. 
Yunanıstan XX əsrin 80-ci-90-cı illərdə. 80-ci illərdə 
Yunanıstan iqtisadi çətinliklərlə qarşılaşdı. 1980-ci ildə iqtisadi 
inkişaf sürəti düşdü. Bu vəziyyət 1983-ə qədər davam etdi. Sə-
naye məhsulları 8,5 faiz aşağı düşdü. Kənd təsərrüfatı 
məhsulları istehsalı 4,4% azaldı, işləyən əhalinin 8,3 %-i işsiz 
idi. 
Ölkənin sosial-siyasi vəziyyəti kəskinləşdi. 1981-ci ilin 
parlament seçkilərində «Ümumyunan sosialist hərəkatı 
(PASOK)» partiyası qələbə çaldı və həmin partiyanın sədri 
P.Papandreunun başçılığı altında hökumət təşkil edildi. Bu 
dövrdə siyasi və ictimai həyat daha da demokratikləşdirildi. 
Sosial-iqtisadi yeniliklər, xarici siyasətdə pozitiv dəyişikliklər 
baş verdi. 1981-ci ildə Yunanıstan AİB-ə üzv oldu.1989-cu il 
parlament seçkilərindən sonra K.Mitsotakisin hökuməti təşkil 
edildi. Bu hökumət 1993-cü ilə qədər hakimiyyətdə oldu. Bu 
hökumətin dövründə ABŞ-la əməkdaşlıq, Yunanıstanın 
Avropanın siyasi və iqtisadi qurumlarına inteqrasiya olunmaq 
cəhdləri artdı. 1993 və 1996-cı ilin parlament seçkilərində 
PASOK partiyası dalbadal qələbə çaldı. Hökumətə K.Smitis 
başçılıq etdi. Türkiyə ilə mübahisəli olan Egey dənizi, Kipr və 
Makedoniya məsələsində K.Smitis hökuməti sərt mövqe tutdu. 
Bu məsələlər ABŞ-ın vasitəçiliyi nəticəsində 1999-cu ilin 
noyabrında ATƏT-in İstanbul sammitində müzakirə edildi. 
Türkiyə və Yunanıstan rəhbərləri görüşdülər və münasibətlər 
qismən nizama salındı. 
Yunanıstanın hazırda baş naziri PASOK-un lideri 
(Ümumyunanıstan Sosialist Hərəkatı) Kostas Smitesdir. 
Yunanıstanın prezidenti Konstantineskodur. Ölkədə əsas 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin