Microsoft Word s?may?kitab?sas doc


partiyalarla ilə blokda çoxluq qazandı. Onlar Mərkəz partiyası



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə58/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalarla ilə blokda çoxluq qazandı. Onlar Mərkəz partiyası 
ilə birlikdə hökumət təşkil etdilər (1965-ci ildən Mərkəz 
partiyası Aqrar ittifaqı adlanmağa başladı). Yeni hökumətə 
FSDP-nin lideri Paassio başçılıq etdi. 1968-ci ilin martında 
hökumətə yenə o partiyadan olan M.Koyvisto başçılıq etməyə 
başladı. Bu partiyalar 1971-ci ilin martına qədər hakimiyyətdə 
oldu. 
Bu hökumət bir sıra iqitsadi çətinliklərlə toqquşdu. 1968-
ci ildə parlament vergi siyasəti haqqında qanunu bəyəndi. 
Əmək qanunvericiliyi yaxşılaşdırıldı, pensiyaların həcmi, 
əhalinin bir sıra təbəqələrinə verilən müavinat artırıldı, mənzil 
tiikntisi genişləndirildi. Lakin inhisarı məhdudlaşdırmaq 
mümkün olmadı. 50-60-cı illərdə fəhlə sinfinin çəkisi xeyli 
artmış oldu. 1951-ci ildə həmkarlar ittiffaqları sahibkarla saziş 
bağladılar. 1969-cu ildə bütün həmkralar ititfaqları Finlandiya 
həmkarlar ittifaqında birləşdilər.
1950-ci ildə SSRİ ilə Finlandiya arasında ticarət sazişi 
bağlandı. 1955-ci ildə SSRİ təcili Porkalla – Udd ərazisindən əl 
çəkdi, oradakı hərbi-dəniz bazasını ləğv etdi. 1962-ci ilin 
sentyabrında SSRİ Finlandiyaya 50 illiyə Saymen kanalının 
sovet hissəsini icarəyə verdi. 
1961-ci ildə Finlandiya AATA (Avropa Azad Ticarət
Asosiasiyası) ilə sərbəst ticarət haqqında saziş bağladı. 1969-
cu ildə o, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatına daxil oldu. 
1955-də Finlandiya BMT-yə və Şimali Şurasına daxil 
oldu. 1963-cü ildə Kekkonen təklif etdi ki, Şimali Avropa 
nüvəsiz zona elan edilsin. 1968-ci ildə Finlandiya atom 
silahının yayılmaması haqqında müqaviləni imzaladı və seym 
onu ratifikasiya etdi. 
Finlandiya XX əsrin 70-ci illərində. Dünya iqtisadi 
rəqabətinin zəifləməsi ilə əlaqədar 1971-ci ildə Finlandiyada 
iqtisadi inkişaf ləngiməyə başladı. Ancaq 1975-ci ildə 


339
canlanma baş verdi. 1976-1977-ci ildə yenidən durğunluq baş 
verdi. Canlanma bir də70-ci illərin sonunda müşahidə edildi.
1970-ci ilin martın 15-16-da parlament seçkilərində 
koalisiyon hökumət təşkil edildi. O, əvvəlkilərin siyasətini 
davam etdirəcəyinə söz verdi. Burjua partiyaları prezidenti 
dəyişməyə çalışsalar da, xalqın əksəriyyəti Kekkoneni müdafiə 
etdi.
Zəhmətkeşlərin vəziyyəti iqtisadi çətinliklərlə əlaqədar 
çətinləşdi. Tətilçilər əmək haqqının 10% artırılmasına nail 
oldular. 
Sol qüvvələr höküməti xarici siyasətdə SSRİ ilə 
əməkdaşlığa xüsusi əhəmiyyət verirdilər. 1974-cü ildə SSRİ-
dən Finlandiyaya təbii qaz verilməyə başladı. SSRİ-nin köməyi 
ilə orada AES, Faax şəhərində metallurgiya zavodu tikildi. 
1974-cü ildən SSRİ Finlandiyanın birinci partnyoru oldu.
1971-ci ilin aprelində iqtisadi, elmi-texniki əməkdaşlığa, 
1974-cü ildə dənizdə əməkdaşlığa aid SSRİ-Finlandiya sazişi 
bağlandı. 1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə 35
dövlətin iştirakı ilə müşavirə keçirildi. ATƏT yaradıldı. 
Finlandiya da onun üzvü oldu.
Finlandiya XX əsrin 80-90-cı illərində.Qərbi Avropa 
ölkələrində iqtisadi böhran təzahürləri Finlandiyada da özünü 
göstərməyə başladı. 1982-ci ildə sənaye məhsulları istehsalı 
5%, kənd təsərrüfat məhsulları istehsalı 8 % azaldı. 1983-cü 
ildə yenidən canlanma baş verdi. Yaşının keçməsi ilə əlaqədar 
Kekkonen istefaya getdi. 1982-ci ilin yanvarın 20-də FSDP-
nin sədri M.Koyvisto prezident seçildi. 1982-ci ilin fevralında 
K.Sorsa yeni hökumət təşkil etdi. Pensiya artırıldı. Sosial 
qanunvericilik aktı qəbul edildi. 1982-ci ilin payızında 
qiymətlər donduruldu. 1982-ci ilin dekabrında kommunist 
nazirlər büdcə məsələsində fikir ayrılığı ilə əlaqədar 
hökumətdən getdilər. 


340
1983-cü ilin martında növbəti parlament seçkilərindən 
sonra da hökumətə K.Sorsa başçılıq etdi. İnflyasiya və 
işsizliklə mübarizə proqramı irəli sürüldü. 
80-ci illərin əvvəllərində beynəlxalq gərginliyini artması 
ilə əlaqədar olaraq Finlandiya Avropa təhlükəsizliyi məsələsinə 
xüsusi diqqət yetirməyə başladı. 1982-ci ildə BMT-nin 20-ci 
sessiyasında Finlandiya nüvə silahını ləğv etmək haqqında 
müqavilə bağlamaq təklifi ilə çıxış etdi. 
SSRİ ilə Finlandiya arasında mehriban münasibətlər bu 
dövrdə də davam edirdi. 
1994-cü ildən 2000-ci ilədək isə Finlandiyanın prezidenti 
M.Axtisaari oldu. Onun dövründə Avropada inteqrasiya 
proseslərində Finlandiya da fəal iştirak etdi. 
90-cı illərdə Finlandiya BMT-nin sülhməramlı 
tədbirlərində, insan hüquqları və ətraf mühitin qorunması və 
tərksilah məsələləri üzrə ümumavropa əməkdaşlığında fəal 
iştirak edirdi. 1995-ci ildə Finlandiya Avropa İttifaqına üzv 
oldu.
DANİMARKA KRALLIĞI 
İkinci dünya müharibəsindən sonrakı ilk illərdə 
Danimarkanın iqtisadi və siyasi vəziyyəti. 1945-ci ilin mayın 
5-də Danimarkadakı faşist orduları təslim oldular. Müharibə 
nəticəsinə Danimarka 5 min insan itirdi. Ona dəyən zərər 8 
mlrd.kron idi. 
Londonda yerləşən mühacir hökumətinə başçılıq edən 
mühafizəkarlar və radikallar partiyası ölkənin siyasi həyatında 
möhkəmlənməyə çalışırdılar. İşğal dövründə ölkədə azacıq da 
olsa, fəaliyyət göstərən sosial-demokrat hökuməti və kral 
hakimiyyətdə qalmağa daha çox iddialı idilər. Vəziyyətin 
mürəkkəbliyi onda idi ki, müharibə illərində ölkənin ən nüfuzlu 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin