331
əvvəllərində hərbi xərclər artırıldı. Şimal rayonunda və Baltik
dənizində hərbi təlimlər keçirildi.
1952-ci İsveç Şimal Şurasına daxil oldu. Atom silahı
əleyhinə çıxdı, 1956-cı ildə Misirdə təcavüzü pislədi. 1953-cü
ilin yazından sovet-İsveç münasibətləri
yenidən normaya
düşdü. 1961-ci ilin oktyabrında İsveçin xarici işlər naziri
E.Unden «atomsuz dövlətlər klubu» («Unden planı») təklifi ilə
çıxış etdi. İsveç ABŞ-ın Hind-Çində təcavüzünə qarşı çıxdı.
Vyetnamda sülh uğrunda mübarizəyə həsr edilmiş Stoklholmda
beynəlxalq konfrans keçirildi. 1969-da o Vyetnamla diplomatik
münasibətlər yaratdı. İngilisdilli olan ölkələrə 500
milyon kron
kömək etdi.
İsveç XX əsrin 70-ci illərində. 70-ci illərin əvvəllərində
İsveç iqtisadiyyatında böhran öz təzahürlərini göstərməyə
başladı. 1975-1977-ci illərdə sənaye istehsalı 8,5% azaldı.
Böhran daxili bazar üçün işləyən sənaye sahələrinə daha çox
toxundu, istehsal aşağı düşdü, xüsusi metallar istehsalı azaldı.
Ancaq 70-ci illərin sonunda canlanma baş verdi. İqtisadi
vəziyyəti yaxşılaşdırmaq üçün hökümət bir sıra sosial tədbirlər
gördü. 1971-ci ildə 40 saatlıq iş həftəsi haqqında,
əməyin
mühafizəsi və məşğulluq təminatı haqqında qanun verildi.
Sənayenin inkişafı üçün 1962-ci ildə 60 mlrd kron pensiya
fondundan vəsait ayrıldı.
İqtisadi çətinliklər siyasi sabitliyə də təsir göstərdi.
Ölkəyə rəhbərlik üstündə burjua partiyaları ilə sosial-
demokratlar arasında mübarizə kəskinləşdi. 1973-cü il riksdaq
seçkilərində burjua partiyaları səslərin yarısını aldılar. Sosial-
demokratlar hakimiyyətdə qalsalar da, bu və ya digər islahatın
fəal həyata keçirilməsini təmin edə bilmədilər. İsveçin sol
dairələri bu şəraitdə yeni mütərəqqi islahatlar təklifi ilə çıxış
etdilər.
1975-ci ildə İsveçdə yeni Konstitusiya qəbul edildi.
Riqsdaqın rolu artırıldı. Riqsdaqa əhali
tərəfindən üç ildən bir
349 deputat seçilirdi. Ölkə əhalisinin 18 yaşdan yuxarı hamısı
332
seçə və seçilə bilərdi. Siyasi partiyalar riksdağa öz
nümayəndələrini göndərmək üçün ölkə seçicilərinin 4%-nin,
seçki dairələrinin isə 12%-nin səsini almalı idlər. Riksdaq baş
naziri təyin edir və azad edirdi. Dövlətin başçısı olan kral əməli
olaraq heç bir siyasi hakimiyyətə malik deyil. 1973-cü ildən
İsveç kralı XVI Karl Qustavdır.
Bütövlükdə Konstitusiya
burjua-demokrat xarakteri daşıyırdı.
70-ci illərin II yarısında ölkədə şərait dəyişildi. 1976-cı
ilin sentyabrın 19-da burjua partiyaları riksdaqda əksəriyyət yer
tutdular (180 yer). Sosial-demokratlar müxalifətə keçdilər.
1976-cı ilin oktyabrın 8-də Mərkəz partiyasının sədri T.Feldin
üç burjua partiyadarının nümayəndələrindən ibarət hökumət
təşkil etdi.
Sosial-demokratların məğlubiyyətinin səbəbi onların
vergi siyasətləri və xalqın AES tikintisindən narazılığı idi. 18-
20 yaşlı seçki hüququ olan gənclər də burjua partiyalarının
təsirinə düşərək sosial-demokratları «xüsusi təşəbbüsü
sıxışdırmaqda» təqsirləndirdilər. Lakin burjua hökumətinin də
mövqeyi möhkəm deyildi. 1977-də
ildə hökumət antiböhran
təklifi irəli sürdü, vergilər artdı, kronun 2 dəfə bərpası getdi.
Sahibkarlardan alınan vergi isə azaldıldı. Bu əslində «kəmərləri
bərkitmək» siyasəti idi. Bu siyasət sol qüvvələrin narazılığına
səbəb oldu. 70-ci illərdən ölkədə fikir müxtəlifliyi gücləndi.
70-ci illərdə İsveç beynəlxalq gərginliyinin zəifləməsini
müdafiə etdi. 1972-ci ildə o, ADR-lə, 1973-də SSRİ ilə
diplomatik münasibətlər yaratdı. NATO-ya girmədi, lakin ona
daxil olan ölkələrlə əməkdaşlıq etdi. 1977-ci ildə İsveç BMT-
nin atom silahlarının bütün sferada sınaqdan keçirilməsinə
qarşı çıxan müqayilə layihəsini bəyəndi. 1978-ci ildə İsveç
ABŞ-ın neytron bombasını Avropada
yerləşdirmək təklifinin
qəti əleyhinə çıxdı.
İsveç XX əsrin 80-90-cı illərində. 80-ci illərin
əvvəllərində ölkədə vəziyyət yenidən pisləşdi. Xarici borclar
artdı, inflyasiya, məşğulluq problemi kəskinləşdi. Burjua