Microsoft Word s?may?kitab?sas doc


partiyalarının hakimiyyəti dövründə qiymətlər 80% qalxdı, real



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə57/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalarının hakimiyyəti dövründə qiymətlər 80% qalxdı, real 
əək haqqı 10 % aşağı düşdü. Ölkədə işsizlik artdı. Sənaye 
istehsalı 4,5% aşağı düşdü. Bütün sənaye sahələrində gerilik 
müşahidə olundu. 1982-ci ilin sonunda əmək qabiliyyətli 
əhalinin 4%-i, yəni 180 min adam işsiz idi.
Siyasi mübarizə də kəskinləşdi. Tətil hərəkatı artdı. 
İstehsal obyektlərinin 85%-i iflic vəziyyətində idi. 1909-cu 
ildən sonra birinci belə ciddi əmək konflikti yarandı. Lakin 
tezliklə kompromis əldə edildi. Vəziyyətin mürəkkəbliyi 
riksdağı 1980-ci ilin avqustunda sessiya çağırmağa məcbur 
etdi. Feldin hökuməti «sərt qənaət» proqramını irəli sürdü. 
1982-ci il sentyabrın 17-də parlament seçkilərində 
burjua partiyaları məğlubbiyyətə uğradılar. 1982-ci ilin 
oktyabrında U.Palma sosial-demokratlar və bitərəflərdən ibarət 
hökumət təşkil etdi. Birinci vəzifə ölkəni iqitsadi böhrandan 
çıxartmaq idi. «Əməkçilərin fondu»nun təşkil edilməsi 
haqqında qanun layihəsi təklif edildi. Burjua partiyaları bu 
qanun layihəsini rədd etdilər. Onların fikrincə, bu İsveçin 
«sosialisləşdirilməsi» demək idi. Əslində bu vəsait yığmaq 
məqsədini daşıyırdı. Həqiqətdə isə hökumət «sərt qənaət» 
siyasətini davam etdirirdi. 1983-cü ildən tədricən 
iqtisadiyyatda canlanma baş verdi. 
1985-ci ilin sentyabrında keçirilən parlament seçkilərində 
yenə də sosial-demokratlar qələbə qazandılar. Seçkilər göstərdi 
ki, xalq hakimiyyəti burjua partiyalarına vermək istəmir. 
U.Palmenin 1986-cı ildə öldürülməsindən sonra partiya və 
hökumətin lideri İ.Karlsson oldu. 
80-ci illərdə antimüharibə hərəkatı gücləndi. 1982-ci ilin 
mayın 15-də Höterberqdə sülh tərəfdarlarının iri etiraz 
nümayişləri oldu. 100 min adam iştirak etdi. Stokholmda 
«Sülh-marşı 1982» başladı, Helsinki-Moskva – Minskə qədər 
davam etdi. 1985-ci U.Palme beynəlxalq Lenin mükafatına 
layiq görüldü. O bu mükafatı xalqlar arasında sülhü 
möhkəmlətməkdəki xidmətlərinə görə aldı. 


334
Beynəlxalq məsələlərdə İsveç təcavüzkar dairələri 
müdafiə etmədi. İsveç Mərkəzi Avropada nüvəsiz zona 
yaratmaq təşəbbüsü ilə çıxış etdi. 1984-1986-cı illərdə 
Stokholmda etibarın, təhlükəsizliyin və tərkisilahın 
möhkəmləndirilməsi tədbirləri ilə əlaqədar konfrans keçirildi. 
İsveç 1982-ci ildə İsrailin Livana, 1983-cü ildə ABŞ-ın 
Qrendaya təcavüzünü, Çilidə Xuntalın hakimiyyətini pislədi. 
İsveçin xarici siyasətinin mərkəzində ölkənin təhlükəsizliyi 
məsələsi dururdu. 1981-ci ilin iyunun 3-də İsveç Şimali 
Avropa ölkələrinə məsləhət gördü ki, Şimali Avropada nüvəsiz 
zona təşkil etsinlər və gələcəkdə bütün Avropa qitəsini atom 
silahından azad zona etsinlər. Polşa və Əfqanıstan məsələsində 
İsveç SSRi-nin yox, Qərbin mövqeyini müdafiə etdi. Bundan 
başqa 1981-ci ilin oktyabrında Sovet sualtı qayıqlarının İsveçin 
su ərazisində görünməsi ilə əlaqədar İsveçdə bəzi dairələr 
Sovet hərbi təhlükəsini uydurdular. SSRİ ilə İsveç arasında 
ancaq 80-ci illərin ortalarında münasibətlər normallaşdı. 1985-
ci ildə Rıjkov İsveçə getdi. 1986-da baş nazir Karlsson SSRİ-
yə gəldi. İsveç 1995-ci ildən Avropa Şurasının üzvü oldu. 
1998-ci ildə keçirilən parlament seçkilərində Sosial-
demokratlar yenə də qələbə qazandılar. U.Personun başçılığı 
altında sosial-demokrat hökuməti təşkil edildi. İsveçdə əhalinin 
həyat səviyyəsi yüksəkdir. Ölkədə yaxşı təşkil edilmiş sosial 
müdafiə sistemi vardır. O, Avropada işsizlik səviyyəsi ən aşağı 
olan ölkələrdən biridir. İsveçlilərin hamısının azad mənzilləri, 
şəxsi avtomobilləri, məzuniyyətlərini xaricdə keçirmək 
imkanları var. Sosial-demokratlar parlamentdə və siyasi 
meydanda əhəmiyyətli mövqelərini qoruyub saxlayır, onun 
liderləri isə «İsveç modeli»nin gələcəyinə inanırlar.


335
FİNLANDİYA 
Finlandiya İkinci dünya müharibəsindən sonrakı ilk 
illərdə.İkinci dünya müharibəsi dövründə Finlandiya Hitler 
koalisiyasının tərəfində idi. 1944-cü ilin sentyabrın 19-da SSRİ 
və Böyük Britaniya ilə saziş bağladı və müharibədən çıxdı. 
Müharibə nəticəsində ölkənin kənd təsərrüfatı 30% azaldı.
Müharibədən sonra ölkədə siyasi dəyişiklik baş verdi. 
Faşist təşkilatları, müharibə dövrünün fövqaladə qanunları ləğv 
edildi. FKP açıq fəaliyyətə başladı. Mütərəqqi qüvvələrin 
birləşməsində 1944-cü ilin oktyabrın 24-də yaradılmış Fin 
demokratik ititfaqı mühüm rol oynadı. Bu dövrdə təşkil edilmiş 
Gənclərin və qadınların Federasiyası da onun tərkibinə daxil 
oldu. Ölkədə Finlandiya Həmkarlar ittifaqının Mərkəzi 
birliyinin rolu da artdı. 
Bu dövrdə ölkədə ən nüfuzlu partiyalardan biri olan 
Finlandiya sosial-demokrat partiyasının nüfuzu xeyli gücləndi. 
1945-ci ilin əvvəllərində onun sıralarında 30 min adam var idi. 
Barışıq əldə edilidkdən sonra Finlandiyada U.Kastrenin 
başçılığı ilə hökumət təşkil edildi. 1945-ci ilin noyabrının 12-
də onu Paasikivi əvəz etdi. O, Aqrarilər İttifaqı partiyasının 
üzvü idi (o cümlədən Kekkonen də bu partiyanın üzvü idi). 
1945-ci ilin fevralında başlıca müharibə canilərinin 
müəyyən edilməsi üzrə Təhqiqat komissiyası yaradıldı. 
1945-ci ilin martında keçirilən parlament seçkilərində 
Mütərəqqi qüvvələr qələbə çaldılar. Aprelin 17-də Paasikivinin 
başçılığı ilə yeni hökumət təşkil edildi. 1945-ci ildə parlament 
torpaq qanununu bəyəndi. 1953-cü ildə kəndlilər 2054 min ha 
torpaq aldılar. 
Xarici siyasətdə böyük dəyişiklik baş verdi. 1945-ci ilin 
avqustun 6-da SSRİ ilə Finlandiya arasında diplomatik 
münasibətlər bərpa edildi. 
1946-cı il martın 4-də Mannerheym prezident 
vəzifəsindən istefa verdi. Martın 9-da bu kürsüyə Paasikivi 
əyləşdi. Yeni hökumətə FSDP-nin sədri Mauno Pekkala 


336
başçılıq etdi. Qısa müddətdə hökumət sosial vəziyyətə aid 20 
qanun qəbul etdi. 1947-ci ilin yazında hökumət gizli silah 
anbarlarının təşkilatçıları üzərində məhkəmə prosesinə başladı. 
İrticaya məxsus 1300 anbar aşkar edildi.
1947-ci ilin fevralın 10-da antifaşist ititfaqın 10 ölkəsi 
Finlandiya ilə sülh müqaviləsi bağladı. 1946-da Sovet 
hökuməti Finlandiyanın təzminat ödəməsi müddətini 2 il 
uzatdı. Hər il onun miqdarı 1,5 dəfə azaldıldı. 1948-ci ildə isə 
onun miqdarı 50% azaldıldı. 1948-ci ilin aprelin 6-da SSRi ilə 
Finlandiya arasında dostluq əməkdaşlıq və qarşılıqlı yardım 
haqqında müqavilə bağlandı. 
Sağ qüvvələr Pekkala hökumətinin daxili və xarici 
siyasətinə qarışmağa başladılar. Onlar hökuməti iqtisadi 
çətinlikləri aradan qaldırmamaqda günahlandırır, antikom-
munist əhval-ruhiyyəni qızışdırır, belə bir şayə yayırdılar ki, 
güya kommunistlər çevriliş etmək istəyirlər. 1948-ci ilin 
mayında sosial-demokratlar və aqrarilər hökumətdə qalmaqdan 
imtina etdilər. 1948-ci il mayında keçirilən parlament 
seçiklərində FSDP 11 mandat itirdi. Aqrarilər 56 yer, sosial-
demokratlar 54 yer aldılar. Finlandiyada birpartiyalı sosial-
demokrat hökuməti təşkil edildi. Baş nazir Faqerholm oldu. 
Yeni hökumət «üçüncü yol» platformasını irəli sürdü. SSRİ ilə 
ticarət azaldı, ABŞ-la isə genişləndi. Mütərəqqi təşkilatların 
fəaliyyəti məhdudlaşdırıldı. Müharibənin günahkarları həbsdən 
buraxıldı. Mühafizəedici polisiya təşkil edildi. O, burjuaziyanın 
mənafeyini müdafiə edirdi. Faşist təşkilatçıları yenidən 
dirçəlməyə başladılar. Kommunistər və digər mütərəqqi şəxslər 
dövlət müəssisələrindən qovuldular.
40-cı illərin sonunda iqtisadi vəziyyət 1941-ci illə 
müqayisədə 2 dəfə pisləşdi. 1949-cu ilin yayında meşə sənaye-
sinin 5 min fəhləsi tətil etdi. 
Finlandiya XX əsrin 50-60-cı illərində. 1950-ci ilin 
əvvəllərində keçirilən prezident seçkiləri ilə əlaqədar siyasi 
mübarizə kəskinləşdi. 1950-ci ilin fevralın 1-də Paasikivi 


337
yenidən prezident seçildi. Baş nazir isə Aqrarilər ittifaqının 
sədri Kekkonen oldu. 1951-ci ilin yanvarında aqrarilərdən və 
sosial-demokratlardan ibarət hökumət təşkil edildi. 50-ci illərdə 
Finlandiyada 19 hökumət böhranı olmuşdu. 1956-cı ilin 
əvvəllərində keçirilən prezident seçkilərində yenidən mübarizə 
başlandı. Paasikivi yaşına görə namizədliyini irəli sürmədi. 
Kekkonen prezident seçildi. O, da Paasikivi kimi SSRi ilə 
dostluq siyasətini davam etdirirdi ki, bu da tarixdə «Paasikivi-
Kekkonen xətti» adlanır. 
1958-ci ilin iyulunda parlament seçkiləri ilə əlaqədar 
mübarizə kəskinləşdi. 1958-ci ilin avqustunda sol sosial-
demokrat Faqerholm başda olmaqla hökumət təşkil olundu. 
Onun tərkibinə İsveç və Fin xalq partiyalarının nümayəndələri 
daxil oldular. Yeni hökumət demokratiya və sülhsevər 
siyasətdən əl çəkmək xəttini götürdü. Lakin bu mütərəqqi 
qüvvələrin böyük narazılığına səbəb olduğu üçün 1959-cu ilin 
aprelin 13-də Faqerholm istefaya getdi. FSDP-də parçalanma 
baş verdi. Onun mövqeyi zəiflədi.
50-ci illərin sonu 60-cı illərin əvvəllərində iqtisadi 
canlanma başladı. İxrac sahələrinin sənaye məhsuları artdı. 
Kağız və ağac emalı sənayesinin məhsulları çoxaldı. 
Maşınqayırma və gəmiqayırma sahəsində modernizasiya baş 
verdi. 60-cı illərdə iqtisadiyyat daha sürətlə inkişaf etdi. Milli 
ərzaq məhsulları istehsalı orta hesabla ildə 5%, sənaye 
məhsulları istehsalı isə 7% artdı. İstehsalının mərkəzləşməsi və 
təmərküzləşməsi başlandı. Ölkədə 75% sənaye kapitalına 
sahiblik edən 20 varlı ailə 50 iri firmaya rəhbərlik edirdi. Fəhlə 
sinfinin və muzdlu işçilərin sayı artdı. 
1962-ci ilin martında prezident seçkilərində sağ quvvələr 
məğlub oldular. Ölkə prezidenti yenə də Y.K.Kekkonen 
seçildi. Sağların siyasəti nəticəsində 1963-cü ildə FSDP-nin 
sədri V.Tanner istefaya getdi Partiyanın yeni sədri Paassio 
oldu, o mötədil qanada məxsus idi.


338
1966-cı ilin martında parlament seçiklərində FSDP digər 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin