Microsoft Word s?may?kitab?sas doc


partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə50/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyasının nəzdində 1948-ci ilin fevralında Macarıstan Xalq 
Cəbhəsi təşkil edildi. 1949-cu il mayın 15-də Dövlət Məclisinə 
keçirilən seçkilərdə Xalq Milli Cəbhəsi 95% səs aldı. 1949-cu 
il avqustun 18-də Macarıstan Xalq Respublikasının 
Konstitusiyası qəbul edildi. 
1948-ci il fevralın 18-də Macarıstanla SSRİ arasında 
qarşılıqlı yardım və dostluq sazişi bağlandı. Macarıstan 1947-ci 
ildə Yuqoslaviya, 1948-ci ildə Rumıniya, Polşa, Bolqarıstan, 
1949-cu ildə Çexoslovakiya ilə də müqavilələr bağladı. 
1953-cü ilə qədər Macarıstanda Zəhmətkeşlər Partiya-
sının lideri olan Rakoşinin şəxsiyyətinə pərəstiş hökm sürürdü. 
1953-cü ildə Macarıstanda hökumətə başçılıq edən İmre Nad 
azad fikirlilik tərəfdarı olduğuna görə 1955-ci ildə vəzifəsindən 
azad edildi. Stalinin ölümündən sonra demokratiyanın SSRİ-də 
nisbətən genişlənməsi 1956-cı ilin oktyabrında Macarıstanda 
da sosializmə qarşı hərəkatın baş verməsinə səbəb oldu. İmre 
Nad 1956-cı il oktyabrın 23-də hökumətə qayıtdı. O, ölkədə 
çoxpartiyalılığa yol verildiyi, Macarıstan Zəhmətkeşlər 
partiyasının buraxılması, birpartiyalı sistemin ləğv edilməsi 
barədə qərar qəbul edildi. Lakin bu, SSRİ rəhbərliyi tərəfindən 


295
oktyabrın 30-da «əks-inqilabi qiyam» kimi qeyd olundu. 
Macarıstan Varşava müqaviləsindən çıxdığını bildirdi. 
Noyabrın 1-də İmre Nad tələb etdi ki, Sovet qoşunları 
Macarıstandan çıxarılsın. SSRİ bununla razılaşmadı. Noyabrın 
4-də Macarıstana sovet tankları yeridildi və Macarıstanda azad 
fikirliliyə son qoyuldu. İmre Nad edam edildi. 1956-cı ildən 
1988-ci ilə qədər Macarıstanda hakimiyyətə Y.Kadar başçılıq 
etdi. Onun şüarı belə idi: «Kim bizimlədirsə, biz onunlayıq!» 
Macarıstanda 70-ci illərdə aqrar sənaye kompleksləri 
inkişaf etdi. Əhalinin təchiz olunmasının və xidmət sahəsinin 
yaxşılaşması, sənaye kooperasiyalarının inkişafı xırda ticarət 
məntəqələrinin, ictimai iaşə müəssisələrinin xüsusi şəxslərə 
verilməsinə səbəb oldu. Lakin Macarıstan iqtisadiyyatı 80-ci 
illərin ortalarında bütövlükdə çətin vəziyyətə düşdü. Xarici 
borclar vəziyyəti daha da çətinləşdirirdi. Ölkə rəhbərliyi 80-ci 
illərin sonunadək radikal dəyişikliklərə girişməyə cəsarət 
etmədi. 1988-ci ildə Y.Kadar vəzifəsindən uzaqlaşdırıldı. Onu 
Karoy Qros əvəz etdi. Lakin o da bu vəzifədə çox qala bilmədi. 
1987-ci ilin sonunda meydana gəlmiş Macarıstan Demokratik 
Forumu 1990-cı ilin yazında parlament seçkilərində birinci yeri 
tutdu. O, hüquqi dövlət yaradılması, demokratik özünüidarə, 
zərərlə işləyən dövlət müəssisələrinin özəlləşdirilməsi, bazar 
iqtisadiyyatına keçmək uğrunda çıxış edirdi. Jozef Antall xırda 
sahibkarlar partiyası və başqa partiyalarla birlikdə koalision 
hökumət yaratdı. MSP-nin deputatları parlamentdə müxalifətdə 
qaldılar. MSFP isə parlamentdə heç bir yer tuta bilmədi.
80-ci illərin ikinci yarısında dünyada və Avropada baş 
verən sosial-siyasi proseslər Macarıstandan da yan keçmədi. 
1989-cu ildə 1956-cı il hadisələrinə haqq qazandırıldı. İmre 
Nad bəraət aldı. Oktyabrın 23-ünün macar xalqının milli 
bayramı kimi qeyd edilməsi qərara alındı. 1990-cu ildə 
prezident vəzifəsi təsis edildi. Macarıstanın ilk prezidenti 
Arpad Gents oldu. Yeni konstitusiya qəbul edildi. Konstitu-
siyaya əsasən o, Macar Respublikası adlandı. Macarıstan 


296
investisiya qoyuluşuna görə sosialist ölkələri arasında birinci 
yeri tutdu. Ona 18 milyard dollar investisiya qoyulmuşdu. 
Macarıstan ATƏT, Avropa Şurası, Aİ, 1999-cu ildən isə
NATO-nun üzvüdür. 
RUMINİYA: İkinci Dünya müharibəsində Rumıniya 
Almaniyanın satilleti idi və ölkədə Antonesko diktaturası hökm 
sürürdü. Ölkə 1944-cü ilin avqustunda faşistlərdən azad edildi. 
Birinci hökumətin başçısı kral Mixay oldu. Müharibə 
nəticəsində Rumıniyadan 170 min nəfər öldü, itkin düşdü və 
yaralandı. Faşist diktaturası devrildikdən sonra demokratik 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin