Microsoft Word s?may?kitab?sas doc


partiyalar, həmkarlar ittifaqları açıq fəaliyyət göstərməyə



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə47/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyalar, həmkarlar ittifaqları açıq fəaliyyət göstərməyə 
başladılar. 1982-ci ildə 9 milyon adam tətil etdi. Xalq küçələrə 
çıxaraq hakimiyyətin konstitusiyalı hökumətə verilməsini tələb 
etdi. Nəticədə 1982-ci il oktyabrın 30-da ölkədə prezident 
seçkiləri keçirildi. Vətəndaş radikal ittifaqı partiyasından olan 
Alfonsi prezident seçildi. Xalqa zidd qanunların fəaliyyəti 
dayandırıldı. Xunta üzvləri həbs edildi və məhkəməyə verildi. 
Hərbi komandanlıq yenidən quruldu. Terrorçu təşkilatların 
istintaqı başlandı. 
1985-ci ildə antiinflyasiya planı tərtib edildi. İdxal kəskin 
ixtisar edildi, qiymətlər və əmək haqqı donduruldu. Mənzil 
tinkintisi üçün lazımi tədbirlər görüldü. 
ABŞ-la münasibətlər ziddiyyətli xarakter daşıyırdı. ABŞ-
la ticarət ölkənin iqtisadi həyatında mühüm yer tuturdu. 
Bununla belə, ABŞ Argentinaya siyasi təzyiq göstərmək 
siyasətindən də əl çəkmirdi. Lakin ABŞ Argentinanın 1980-ci 
ildə SSRİ-yə taxıl göndərməsinə mane ola bilmədi. ABŞ-ın 
Argentinanın iştirakı ilə Cənubi Atlantika bloku yaratmaq 
istəyi də baş tutmadı. Çilidən başqa Latın Amerikası 
ölkələrinin hamısı ilə münasibətlər normal inkişaf edirdi. 
Sürətlə silahlanmaya qarşı altı dövlətin təşkil etdiyi kantador 
qrupunun Argentina da fəal üzvlərindən idi. 
Argentina ABŞ-ın kosmosda silahlanma proqramını 
tənqid etdi, 1983-cü ildə onun Qrenadaya təcavüzünü pislədi. 
Prezident Alfonsi dinc əməkdaşlıq tərəfdarı idi. 


285
80-ci illərdə Argentinanın xarici işlər naziri D.Kaputo bu 
ölkənin bütü hesab edilirdi. 
Bloklara qoşulmamaq və Latın Amerikası ölkələri ilə 
həmrəylik bu dövrdə Argentinanın xarici siyasətinin əsas 
prinsipləri elan edilmişdi. 
1989-cu ilin prezident seçkilərində xustisialist 
K.S.Menem qələbə çaldı. Siyasi məhbuslar əfv olundu. Böyük 
Britaniya ilə münasibətlər bərpa olundu «İqtisadiyyatın 
sağlamlaşdırılması» siyasəti yeridildi. Dövlət müəssisələrinin 
özəlləşdirilməsi xətti götürüldü. Yeni vergi qaydası tətbiq 
edildi. 1991-ci ilin martında Argentina, Braziliya, Paraqvay və 
Uruqvay tərəfindən Latın Amerikası regionunda ümumi 
bazarın yaradılması haqqında saziş bağlandı. 
90-cı illərdə Argentinanın əsas problemi onun xarici 
borclarının olması idi. 90-cı illərdə bazar mexanizminin 
liberallaşdırılması xəttinin yeridilməsi iqtisadiyyatda bir sıra 
uğurlara səbəb oldu. 
Menem hökuməti (1989-1999) «anasteziyasız cərrahiyyə 
əməliyyatı» aparmağı təklif etdi. Monetarizm və neoliberalizm 
siyasəti yeridildi. Özəlləşdirmədən 30 milyard dollar gəlir əldə 
edildi. İnflyasiya 3,6%-ə endi. 1991-94-cü illərdə ümumi 
məhsul buraxılışı 6-9% artdı. 
Lakin xarici borclarda artaraq 118 milyard dollara çatdı.
1999-cu ilin oktyabr ayında keçirilən seçkilərdə vətəndaş 
radikal ittifaqı partiyasından olan Fernando de Rua qalib gəldi.


286
X. MƏRKƏZİ, ŞƏRQİ VƏ CƏNUB-ŞƏRQİ 
AVROPA DÖVLƏTLƏRİ 
Mərkəzi, Şərqi və Cənub-şərqi Avropa dövlətləri 
ikinci dünya müharibəsindən sonrakı ilk illərdə 
1944-cü ilin aprelində SSRİ Silahlı Qüvvələri Mərkəzi, 
Şərqi və Cənub-Şərqi Avropa dövlətlərinin alman faşizmindən 
xilas edilməsi uğrunda həmin ölkələrin xalqları ilə birgə 
mübarizəyə başladı. 1944-cü ilin avqustunda Rumıniya, 
sentyabrında Bolqarıstan, oktyabrında Yuqoslaviya, 
noyabrında Albaniya, 1945-ci ilin fevralında Macarıstan, 
aprelində Avstriya və Polşa, mayında isə Çexoslovakiya azad 
edildi. Bu ölkələrdən Macarıstan, Bolqarıstan və Rumıniya 
Almaniyanın satilleti olduğuna görə onlarda SSRİ və onun 
müttəfiqlərinin qoşunları yerləşdirildi. Oradakı idarə orqanları 
müttəfiqlərin nəzarəti altında fəaliyyət göstərməyə başladı.
1944-1946-cı illər bü ölkələrin tarixində xalq demokra-
tiyası dövrü kimi səciyyələndirilir. Bu ölkələrdə geniş milliləş-
dirmə həyata keçirildi. İlk növbədə kollabrosionistlərin, yəni 
müharibə dövründə faşistlərlə əməkdaşlıq edənlərin mülkləri 
müsadirə edildi. Rumıniya, Çexoslovakiya və Albaniyada 
mərhələ-mərhələ, yerdə qalan dövlətlərdə isə birbaşa keçirilən 
aqrar islahat nəticəsində kəndlilərin əksəriyyəti torpaqla təmin 
edildi. 1944-1946-cı illərdə SSRİ bu ölkələrə texniki yardım və 
taxılla kömək etdi. 1948-1949-cu illərdə isə sosializm 
qurmağın sovet modeli bu ölkələrə tətbiq edilməyə başladı. O 
zamankı SSRİ rəhbərlərindən olan Jdanov, Malenkov həmin 
ölkələrdə «Sovet modeli»ni tətbiq etmək üçün obyektiv şəraitin 
varlığı haqqında tezis irəli sürdülər. 1948-1949-cu illərdən 
sonra həmin ölkələrdə qurulan sosialzm cəmiyyətini ancaq 
“totalitar sosializm” adlandırmaq olardı. SSRİ bu ölkələri öz 
nəzarəti altında saxlamaq üçün 1947-ci ildə Məlumat bürosu 
adlı təşkilat yaratdı. 1949-cu ildə həmin ölkələrin «Marşall 
planı»na qoşulmasının qarşısını almaq üçün isə Qarşlııqlı 


287
İqtisadi Yardım Şurası (QİYŞ) təşkil etdi. Buraya ancaq 
Yuqoslaviya daxil olmadı. SSRİ NATO-ya qarşı 1955-ci ilin 
mayında bu ölkələrin iştirakı ilə Varşava müqaviləsi təşkilatını
təşkil etdi. Bu hərbi təşkilata da Yuqoslaviya daxil olmadı. 
Avstriya isə başqa yolla getməli oldu. 
POLŞA: Mərkəzi və Cənub-Şərqi Avropa dövlətləri 
içərisində SSRİ ilə birinci müxalifətdə olan ölkə Polşa oldu. 
Hələ 1944-cü ilin avqust ayında sovet qoşunlarına qarşı 
Varşavada böyük üsyan oldu. Elə SSRİ ilə ABŞ arasında da ilk 
ixtilaflar bu məsələ ilə əlaqədar başladı. 1943-cü ilin Tehran, 
1945-ci ilin Krım və Potsdam konfransında Polşa məsələsi 
xüsusi müzakirə obyektlərindən biri oldu. Nəticədə Polşanın 
1938-ci il sərhədləri özünə qaytarıldı. Oder və Neysi çaylarının 
qərb sahilləri Polşaya verildi. 1944-1945-ci illərdə ölkədə 
milliləşmə həyata keçiridi.
Müharibə nəticəsində Polşada 6 milyon insan həlak oldu, 
sənaye müəssisələrinin 70%-i, kəndli təsərrüfatlarının isə 20%-
i dağıldı.
1945-ci ilin iyununda Polşada təşkil edilmiş hökumətə 
Usubka Moravski başçılıq edirdi. Bu hökumətin tərkibinə 
Polşanın azad edilməsində xüsusi rolu olan Krayevo Rada 
Naradova və Polşa Milli azadlıq komitəsinin üzvlərindən də 
daxil edildi. 1948-ci ildə Polşa Fəhlə və Polşa Sosialist
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin