Microsoft Word s?may?kitab?sas doc


partiyası yaradıldı. Müxalifət irticaçı qanunların ləğv edil-



Yüklə 1,29 Mb.
Pdf görüntüsü
səhifə44/76
tarix19.05.2023
ölçüsü1,29 Mb.
#116780
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   76
avropa-v-amerika-lklrinin-n-yeni-tarixi-mustafayeva-smay-mmmd-qz-2023-05-16


partiyası yaradıldı. Müxalifət irticaçı qanunların ləğv edil-
məsini tələb edirdi. 
1974-cü il yanvarın 15-də keçirilən prezident seçkilərində 
APENA partiyası qələbə qazandı. Ernest Qeyzel prezident 
seçildi. Yeni prezident Braziliya iqtisadiyyatını intensiv inkişaf 
etdirmək xəttini götürdü. 1975-1979-cu illəri əhatə edən 
iqitsadi inkişaf planı qəbul edildi. Lakin bu plan müvəffəqiyyət 
qazanmadı. 
70-ci illərin sonunda yenidən narazılıq gücləndi. 1978-ci 
ilin iyununda Demokratiyanı bərpa etmək uğrunda Milli cəbhə 
təşkil edildi. Bu hökuməti manevr etməyə məcbur etdi. 1978-
ci ilin sentyabrında konstitusiyadan 5 saylı antidemokratik 
İnstitut aktı ləğv edildi. 1978-ci ildə yeni prezident APENA 
partiyasından istefada olan general Fiqeyredu seçildi. 
Parlamentdə də çoxluğu APENA partiyası qazandı. 
Sola doğru keçid baş verdi. 1979-cu ilin aprelində 
minimum əmək haqqının 44-45% artırılması haqqında dekret 
imzalandı. 1979-cu ilin sentyabrında siyasi amnistiya haqqında 
qanun verildi. 1977-ci ildə ABŞ-la bağlanmış hərbi saziş ləğv 
edildi. Siyasi və icitmai qüvvələrin qruplaşması başladı. 
APENA ilə MDP buraxıldı. 1979-cu ilin mayında Tələbə milli 
ititfaqı, dekabrında Braziliya trabalist partiyası təşkil edildi (bu 
partiya APENA ilə, MDP-nin üzvlərindən təşkil edilmişdi).
Braziliya XX əsrin 80-90-ci illərində. 80-ci illərin 
əvvəllərində ölkədə 18 mln. ton polad istehsal edilirdi. İldə 1 
milyon avtomobil buraxılırdı. Ölkədə 115 mln. baş iri buynuzlu 
mal-qara var idi. İxracın 40%-ni kənd təsərrüfatı verirdi 
(qəhvə, soya, tütün, qənd, sitrus bitkiləri, pambıq, mal əti, ev 
quşları). Qəhvə istehsalına görə Braziliya birinci yerini 
saxlayırdı. Hər il biri 60 kq-dan 20 milyon kisə qəhvə ixrac 
edilirdi. Bu təxminən bütün dünya ölkələrinin ixrac etdiyi 
qəhvəyə bərabər idi. Daxili topdansatış məhsul istehsalına görə 


278
Braziliya (1984-də 228 mlrd dollar) kontinentdə digər 
dövlətləri qabaqlayırdı. Həmçinin qızıl valyuta ehtiyatlarına 
görə də o birinci yeri tutrudu (8,2 mlrd. dollar). Amazonka 
yanındakı raoynların inkişafına xüsusi diqqət verilirdi. 
Transamazon magistral yolu çəkildi ki, uzunluğu 800 km. idi. 
Karajezdə dəmir filizi yataqlarında 18 milyon ton dəmir 
çıxarıldı ki, bu da ölkədə çıxarılan dəmir filizinin 60% demək 
idi.
80-ci illərin əvvəllərində istehsal aşağı düşdü. Kənd 
təsərrüfatında durğunluq başlandı.Ölkədə işləyən əhalinin 44 
%-i, yəni 21,3 milyonu işsiz idi. 
Xarici borclar 1980-ci ildə 53,8 mlrd. dollardan, 1983-ci 
ildə 100 mlrd. dollara çatdı. 1981-ci ildə Braziliyaya 13 
milyard dollar həcmində xarici kapital daxil oldu. Gəlirlərdən 
tutulan vergilər artırıldı. 1979-cu ildə liberllaşdırma prosesi 
başlandı. Buna qarşı ultrasol qüvvələr çıxış edərək terror təşkil 
etdilər. Senzura zəiflədi. 1980-ci idə Sosial-demokrat partiyası 
əsasında Braziliya zəhmətkeşlər partiyası yaradıldı. 1983-cü 
ilin avqustunda Zəhmətkeşlərin vahid həmkarlar mərkəzi 
yaradıldı. Bütün bunlar mübarizədə birləşmək məqsədini 
güdürdü. 
1984-cü ildə Braziliya demokratik hərəkat (BDH) 
Yüklə 1,29 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin