Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
İctimai psixologiyanın strukturu mürəkkəb və çoxcəhətlidir. Böyük qrupların
xarakteristikası baxımından onun strukturunda iki cəhəti xüsusilə ayırd etmək lazımdır.
Psixi sima adlanan birinci cəhət nisbətən sabit xarakter daşıyır, sosial və ya milli
xarakter, adət, ənənə, zövq kimi sosial-psixoloji fenomenləri əhatə edir. Ikinci cəhət
isə nisbətən dinamik xarakter daşıyan emosional sahədən ibarətdir. Həmin sahə
böyük qrupun tələbatları, mənafeyi ilə bilavasitə bağlıdır və mahiyyət etibarilə onları
əks etdirir. Böyük qruplar sosial-psixoloji baxımdan bir-birindən nəinki özlərinin psixi
siması, həm də emosional sahəsi, xüsusilə, tələbatları və mənafeləri ilə fərqlənirlər.
Böyük qrupları xarakterizə etmək üçün hər iki cəhəti qarşılıqlı əlaqədə təhlil etmək
zəruridir.
Böyük qruplar kiçik qruplardan təkcə üzvlərinin sayına görə deyil, həm də