Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
2. Real qruplara - gəldikdə bunlar müəyyən zaman və məkan daxilində real
münasibətlərlə birləşmiş insan birliyini aid edirlər. Məsələn, ailə, bir sinifin şagirdləri,
məktəbin pedoqoji kollektivi və s. Real qrupların üzvləri daima bir-birilə təmasda
olurlar.
II. məqsəd və xarakterinə görə: rəsmi (formal) və qeyri-rəsmi 1. Rəsmi qruplar (formal) - rəsmi sənədlər əsasında yaradılmış qruplardır. Bu
cür qruplarda münasibətlər inzibati-hüquqi yolla müəyyən olunur və tənzim edilir. Bu
cür qruplar daima mütəşəkkil olub, onun üzvlərinin hüquq və vəzifələri müvafiq təlimat
və sənədlərdə öz əksini tapır.