2. Qeyri-rəsmi (qeyri-formal) qruplara gəldikdə, adından göründüyü kimi,
rəsmi sənədlər əsasında yaradılmayan insan birliyidir. Bu cür qrupun üzvlərinin dəqiq
qeyd edilmiş məqsədi olmur. Bu cür qruplar ünsiyyət prosesində təbii yolla yaranır.
Burada qrup üzvlərinin bir-birinə qarşı emosional-psixoloji münasibətləri qrupun
yaranması üçün əsas rol oynayır.
Referent qruplar. Psixoloji ədəbiyyatlarda kiçik qrupların bir növü kimi referent
qrupları da qeyd edirlər. Özünün normaları, fikirləri, qiymətləri ilə fərdin davranış