Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 76
Qrupda şəxsiyyətlərarası münasibətlər, liderlik (rəhbərlik) üslubu, qrup sərvətləri
və normaları, rəğbətləndirmə və cəzalandırma sistemi və s. isə qrupun sosial-psixoloji
həyatını məzmun cəhətədn xarakterizə etmək imkanı verir. Hər bir adam, adətən,
müxtəlif qrupların üzvü olur. Lakin bu qrupların hamısında eyni statusa malik olmur və
buna müvafiq olaraq müxtəlif qruplarda müxtəlif rollar ifadə edir. Məsələn, bir qrupda
lider olan şəxs başqa qrupda icraçı ola bilər. Bundan başqa, hər bir adam qohumları
və ya dostları vasitəsilə başqa qruplarla – qohumların və ya dostların daxil olduğu
qruplarla bağlı olur. Bu halda ümumi xarakter daşıyan iki cəhətə diqqət yetirək. Insan,
adətən, belə hallarda öz qrupunu başqa qrupla müqayisə edir, onun müsbət və mənfi
hesab etdiyi xüsusiyyətləri öz qupunun normalarını və sərvətlərini qiymətləndirir. Bir
sıra hallarda isə dünən qonaq gəldiyi qrupun bu gün fəal üzvünə, hətta bəzən liderinə
çevrilir.
Insanların həyatında qrup mühüm rol oynayır. Lakin bu müddəanı düzgün başa
düşmək üçün prinsipial əhəmiyyəti olan iki cəhəti xüsusi qeyd etmək lazımdır:
a) Şəxsiyyət nəinki, kiçik qrupun, həm də cəmiyyətin üzvüdür. Cəmiyyət
şəxsiyyətə təkcə kiçik qrup vasitəsilə deyil, həm də başqa yollarla, kütləvi informasiya
və təbliğat vasitələrindən istifadə etməklə bilavasitə təsir göstərir. Deməli, kiçik sosial
qrup şəxsiyyətin formalaşmasının və sosial hərəkətlərinin yeganə mənbəyi deyildir;
b) Şəxsiyyət fəaldır, o özünün mövqe və roluna görə sosial qrup daxilində
ictimai rəyin təşəkkülünə müxtəlif formalarda təsir göstərir. Bu o deməkdir ki, qrupun
şəxsiyyətə təsirini mexaniki təsir kimi başa düşmək səhv olardı.