Microsoft Word Sosial Psixologiya docx



Yüklə 1,94 Mb.
Pdf görüntüsü
səhifə209/283
tarix02.01.2022
ölçüsü1,94 Mb.
#46574
növüMühazirə
1   ...   205   206   207   208   209   210   211   212   ...   283
Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1

Dr.Musa’s Library
Facebook/Psixologiya Kitabları
107
əmələ gəlir. Əgər resipient informasiya ilə maraqlanırsa, informasiya onun üçün şəxsi 
məna kəsb edirsə fonetik maneənin təsir sahəsi şübhəsiz ki, zəifləyir.  
2. Semantik maneə. Ünsiyyət partnyorlarının mənalar sistemində köklü fərqlər 
olduqda  informasiya  mübadiləsində  semantik  maneələr  yaranır.  Bu  maneələrin 
əmələ  gəlməsi  görəsən  nə  ilə  şərtlənir?  Eyni  bir  mədəniyyətin  çərçivəsində  çoxlu 
mikromədəniyyətlər  var.  Bu  mədəniyyətlərdən  hər  biri  müxtəlif  hadisələri  özünə-
məxsus  ölçülərlə  dəyərləndirir.  Müxtəlif  mikromədəniyyətlərdə  “gözəllik”,  “vəzifə”, 
“ləyaqət” və s.-in mənası eyni ölçülərlə başa düşülmür. Bundan başqa hər bir mühitin 
öz ünsiyyət dili, öz sevimli ifadələri, öz sevimli zarafatları var. Ünsiyyət məkanına bu 
faktorlar nüfuz etdikdə informasiya mübadiləsində semantik maneələr meydana çıxır, 
onlar da ünsiyyət prosesini çətinləşdirir və qarşılıqlı anlaşmaya öz təsirini göstərir. 
3.  Stilistik  maneə.  Şəxsiyyətlərarası  kommunikasiya  prosesində  stilistik 
maneələrə  də  az  təsadüf  olunmur.  Kommunikatorun  nitq  üslubu  resipientin  nitq 
üslubu  və  aktual  psixoloji  vəziyyəti  ilə  səsləşməyəndə,  ünsiyyət  prosesində  stilistik 
maneələr  meydana  çıxır.  Yaşlıların  uşaqlarla  ünsiyyəti  prosesində  belə  stilistik 
maneələr daha çox təsadüf olunur. Yaşlılar maraqlı hekayəni elmi dildə, quru üslubda 
nağıl  edəndə  (yəni,  uşaqların  dilinə  tərcümə  etməyəndə)  uşaqlar  onu  yaxşı 
qavramırlar. Dərslərdə “quru intellektualizm” şəraitində stilistik maneələr asanlıqla 
yaranır.  
4.  Məntiqi  maneə.  Kommunikatorun  mühakimə  məntiqi  resipientin  qavraması 
üçün  ya  həddindən  artıq  çətin  olanda,  ya  da  onun  sübut  tərzi  ilə  səsləşməyəndə 
məntiqi  maneələr  əmələ  gəlməyə  başlayır.  Kişi  və  qadın  məntiqi,  uşaq  və  yaşlı 
məntiqi, dövlətli və kasıb məntiqi, sağlam adam və xəstə məntiqi - onların hər birinin 
öz ölçüsü, öz meyarı var. Bu meyarlar bilavasitə ünsiyyət prosesində əks olunur və 
özlərinin bənzərsiz naxışları ilə informasiya mübadiləsi prosesini şərtləndirirlər. 
Kommunikasiya prosesinin sosial-psixoloji effektləri var. Informasiya mübadiləsi 
prosesində  kommunikativ  maneələr  aradan  qalxdıqca,  qarşılıqlı  anlama  yaratdıqca 
insanlar arasında özünəməxsus münasibət əmələ gəlir. Istər kommunikator, istərsə 
də resipient üçün informasiyanın əhəmiyyəti önəmlidir. Bundan başqa kommunikator 
və  resipient  informasiya  mübadiləsi  prosesində  bir-birlərinə  təsir  göstərirlər. 

Yüklə 1,94 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   283




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin