Sosial Psixologiya - Mühazirələr (az) 100521161548 051021211057-1
Dr.Musa’s Library Facebook/Psixologiya Kitabları 146
4. Liderliyin situasiya nəzəriyyəsi. Bu yanaşmaya görə liderlik qrup hadisələrinin
məhsuludur, qrupda yaranmış vəziyyətdən, şəraitdən və baş verən sosial-psixoloji
hadisələrdən, qarşılıqı münasibətlərdən asılıdır.
Əlamətlər nəzəriyyəsinin müddəaları situasiya nəzəriyyələrində tamamilə inkar olunmur,
ancaq liderliyin situasiyanın məhsulu və funksiyası əsas götürülür. Qrup həyatının və
fəaliyyətinin müxtəlif situasiyalarında qrupun üzvlərindən biri hər hansı bir keyfiyyətinə görə
digərlərini üstələyir. Yaranmış şəraitdə məhz bu keyfiyyətin həlledici olması fərdin lider
olmasını şərtləndirir. Situativ nəzəriyyəyə görə liderin olması üçün hələ müvafiq keyfiyyətlərin
olması kifayət deyildir, daha vacibi bu keyfiyyətlərdən konkret şəraitdə necə istifadə edə
bilmək bacarığının və çevikliyin olmasıdır.
Situasiya nəzəriyyəsinin müəlliflərindən olan F.Fidler qeyd etmişdir ki, liderliyin
səmərəliliyi, liderin şəxsiyyəti və ya onun motivasiyası ilə, əlverişli və ya əlverişsiz qarşılıqlı
təsiri ilə müəyyən olunur. Əlverişli şərait o vaxt yaranır ki, lider işçilər tərəfindın müdafiə
olunur, dəstəklənir və o yaranmış vəziyyəti düzgün qiymətləndirir və yaranmış vəziyyətdən
maksimum faydalana bilər. Qeyd etmək lazımdır ki, situativ yanaşma populyarlıq qazansa da
liderlik hadisəsinin mahiyyətini tam əks etdirmədi. Görkəmli psixoloq J.Piaje situativ
yanaşmada şəxsiyyətin yaradıcı, fəal iştirakının nəzərə alınmadığını qeyd etmişdir və
şəxsiyyətin ancaq situasiyanın diktəsinə, tələblərinə tabe olduğunu qeyd etmişdir.