Microsoft Word T?bi?td?n istifad?nin huquqi ?saslar?doc



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə18/82
tarix11.04.2023
ölçüsü1,9 Mb.
#96100
1   ...   14   15   16   17   18   19   20   21   ...   82
T bi td n-istifad nin-huquqi- saslar

Obyektiv şərtlilik. Əgər o, təbiətə, tarixə və cəmiyyətə uyğun gələrsə, yalnız 
o zaman düzgün olduğunu qəbul etmək olar; 
2)
Tarixi şərtlilik. Dövlətin quruluşu və siyasətinin dəyişməsi ilə ilk növbədə 
hüquqi tənzimləmənin prinsipləri də dəyişir. Belə ki, əgər 1978-ci il Azərbaycan SSR 
Konstitusiyasına görə torpaq və təbii obyektlər yalnız dövlət mülkiyyətində idisə
Azərbaycan Respublikasımn 1995-ci il (12 noyabr) Konstitusiyasına görə onlar 
vətəndaşlarm xüsusi mülkiyyətində də ola bilər, yəni təbii obyektlərin müstəsna 


olaraq yalnız dövlət inhisannda olması prinsipi doyişmişdir; 
3)
Sistcmlik. Ekologiya hüququnun bütün prinsiplərini ümumhüquq, ümumi və 
xüsusi prinsip hissələri kimi təsnifləşdirmək olar. 
Ekologiya hüququnun ümumhüquqi (konstitusiya) prinsipləri əsasən 
respublikamızın Konstitusiyasında təsbit edilmişdir və bu səbəbdən də ən yüksək 
hüquqi qüvvəyə malik olan göstərişləri təmsil edir. Onlara aşağıdakılar aiddir: 
1. Xalq hakimiyyəti prinsipi ekoloji münasibətlərdə birbaşa qüvvədədir, yəni 
dövlət hakimiyyəti və yerli özünüidarə orqanları vasitəsi ilə öz məqsədlərini həyata 
keçirmək üçün Azərbaycan xalqının imkanlarını ifadə edir. 
Konstitusiyaya görə ölkəmizdə hakimiyyətin mənbəyi xalqdır. 
Xalqın seçdiyi hakimiyyət orqanları yerlərdə hər hansı obyektin tikintisi altına 
torpaq sahəsini ayıran və götürən zaman əhalini torpağın qarşıdakı verilməsi və 
vətəndaşların yerli referendumlar, toplantılar, yığıncaqlar, demokratiyanın digər 
birbaşa formaları vasitəsi ilə fıkirlərinin ortaya çıxarılması haqqında 
məlumatlandırmalıdırlar. 
İ
ctimai ekoloji nəzarət ekoloji nəzarətin bir forması olub, dövlət və istehsalat 
ekoloji nəzarəti ilə yanaşı fəaliyyət göstərir. 
2.
Huınanizm prinsipi onunla ifadə olunur ki, ölkədə və beynəlxalq 
münasibətlər sahəsində təbiətdən istifadə münasibətləri hər şeydən əvvəl adamların 
nəinki indiki, həm də gələcək nəsillərinin maraqlarını nəzərə almaqla qurulur. Bu 
səbəbdən adı çəkilən prinsipin iki tərəfı var: 
a)
insanların sağlamlığına zərər vura biləcək təbii obyektlərin istifadə 
qaydasmm yolverilməzliyi. Belə ki, müəssisələrə maqnit sahəsinin, çirkələnmənin, 
səs səviyyəsinin, atmosferə buraxılan zərərli maddələrin, mümkün yol verilən 
qatılığının normativlərinin artınlmasına icazə verilmir (Ətraf mühitin mühafızəsi 
haqqmda AR-nın Qanunu). 
b)
hər bir ekoloji hüquq münasibəti subyektinin borcudur ki, öz fəaliyyətini 
həmin davranışm ekoloji təhlükəsizliyinə ekoloji münasibətdə daha yaxşı uyğun 
gəlməni təmin edən üsulla həyata keçirsin. Belə ki, həyata keçirilməsi ətraf təbii 
mühitə zərərli təsir göstərə bilən təsərrüfat fəaliyyəti ilə bağlı qərarın qəbul 
edilməsindən qabaq dövlət ekoloji ekspertizası keçirilməlidir (Ətraf mühitin 
mühafızəsi haqqmda AR-nın Qanunu). 
Bu prinsipə əsasən, qanımvericilikdə bitkilər və heyvanlar aləminə ziyan 
vurulmasının qarşısını almağa yönəldilən tədbirlər nəzərdə tutulur. 
3.

Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin