Əl-Küveyt ölkənin paytaxtıdır. Küveyt körfəzi sahilində
yerləşmiş şəhərin bünövrəsi 1680-ci ildə qoyulmuşdur. Ətrafı ilə
birlikdə əl-Küveytdə 1,5 mln nəfər (2005) əhali yaşayır. Müasir əl-
Küveyt ənənəvi ərəb-müsəlman şəhərlərinə bənzəmir. Xarici görü-
nüşünə görə o, Avropa şəhərlərinə daha çox oxşayır. Yeni tikililər
hesabına şəhər sürətlə böyüyür.
Paytaxtın ən böyük sənaye müəssisələrində neft-kimya, yeyinti
məhsulları, sement istehsal olunur, avtomobil, televizor və soyuducu-
122
lar quraşdırılır. Əl-Küveytin Şüveyx adlanan rayonunda gəmiqayırma
və gəmi təmiri müəssisələri, istilik-elektrik stansiyası yerləşir.
Şəhərdə dəniz suyunu içməli suya çevirən müəssisə var.
Əl-Küveyt mühüm dəniz limanı, ölkənin böyük nəqliyyat
qovşağıdır. Şəhərdə beynəlxalq əhəmiyyətli təyyarə meydanı yerləşir.
Əl-Küveytdə universitet, milli muzey fəaliyyət göstərir. Paytaxtda
onlarca qəzet, jurnal nəşr edilir. Milli televiziya və radio mərkəzi,
KUNA adlanan hökumət informasiya agentliyi fəaliyyət göstərir.