Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə90/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   86   87   88   89   90   91   92   93   ...   229
Səth quruluşu və faydalı qazıntıları.  Səth quruluşuna görə 
Qətərdə  şərti olaraq üç təbii-coğrafi bölgə (sahil, keçid və  mərkəz) 
ayırmaq olar. 
Qətər yarımadasının sahil xətti olduqca girintili-çıxıntılıdır. 
Sahil bölgəsinin  dəniz səviyyəsindən hündürlüyü 1 m-dən 10-15 
metrə qədərdir. Bu bölgədə şoranlıqlar (səbhlər), əhəngdaşlı qayalar, 
qum təpələri, narın qumlu çimərliklər vardır. Yarımadanın cənub-
qərb qurtaracağında yerləşən  şoranlıq (Səbh  əs-Səlva) cənub və 
cənub-şərq istiqamətində 10-12 km məsafədə uzanır. Qərbdə bu 
şoranlıq Ukayr-Səlva yüksəkliyinin yamaclarına,  şərqdə isə Duhan 
yüksəkliyinə  qədər davam edir. Səbh  əs-Səlvadan  şimala  əs-Səlva 
körfəzinin sahili boyunca Ubeynat burnuna qədər (85-90 km 
məsafədə) çimərliklər uzanır. Çimərlik quruda Duhan yüksəkliyinin 
yamacları ilə əhatələnir. Sahil bölgədə buxtalar çoxdur (Şakik, Doha, 
əs-Səlva və b.). Sahil zona mərcan rifləri ilə əhatə olunmuşdur. 
Sahil xəttindən təqribən 30-35 km aralı yerləşən keçid bölgədə 
hündürlük tədricən 20-40 metrə qədər yüksəlir. Bölgənin eni şimalda 
5-10, bəzi yerlərdə isə 30 km-ə çatır. Mərkəzi bölgədə hündürlük 
40-60, Duhan, əl-Kərrar,  əs-Səvab yaxınlığında isə 60-80 metrə 
qədər artır. 
Qətər dünya əhəmiyyətli təbii qaz ehtiyatları ilə zəngindir. Bu 
ərazidə təbii qazla bərabər neft də çıxarırlar. Neftin başlıca yataqları 
qurudadır. Ölkədə  çıxarılan neftin demək olar ki, 50 faizi Duhan 
şəhərinin yaxınlığında yerləşmiş yataqların payına düşür. Neft 
yataqları əsasən 1300-3500 metr dərinliklərdə yerləşir. Ötən əsrin 90-
cı illərindən etibarən ölkənin gələcək iqtisadi inki-şafında böyük rol 
oynayacaq təbii qaz ehtiyatlarının  əhəmiyyəti getdikcə artır.  Şelf 
sularında kəşf edilmiş və istismara verilmiş Port-Fild dünyanın ən iri 
təbii qaz yataqlarından biridir (ehtiyatı 10 trilliyon kub metr). Bu 
zəngin yatağın kəşfindən sonra təbii qaz ehtiyatına görə  Qətər 
Rusiya, ABŞ və İrandan sonra dördüncü yerə çıxmışdır. Dünya üzrə 
təbii qaz ehtiyatının təqribən 8 faizi Qətərdə cəmləşmişdir. Təsadüfi 


 
133 
deyil ki, təyyarə ilə Doha şəhərinə enən sərnişinin gözünə ilk 
növbədə  dəyən obyekt nəhəng təbii qaz çənləri olur. Təbii qaz 
Qətərin yeni iqtisadi rəmzidir və  gələcəkdə ölkənin gerbindəki  əyri 
yelkənli qayığı dəyişdirməyə qadirdir. 
Qətərdə bu vaxta kimi digər faydalı qazıntı yataqlarının kəşfi 
üzrə geniş  işlər aparılmamışdır. Lakin bununla belə neft kəşfiyyatı 
zamanı fosfor, kükürd, asbest və manqan filizi yataqları  aşkar 
edilmişdir. Kəşf edilmiş bu yataqların ehtiyatları  hələlik dəqiq 
qiymətləndirilməmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin