129
fəaliyyətinin genişlənməsi, iqtisadiyyatın inkişafı təcili olaraq müasir
nəqliyyat və rabitə sisteminin yaradılmasını tələb etmişdir.
Əgər əvvəllər xarici şirkətlər yalnız neft hasilatına xidmət edən
nəqliyyat şəbəkəsinin yaradılması ilə məşğul olurdularsa, artıq 50-60-
cı illərdə Küveyt hökuməti milli təsərrüfat
mexanizminin tərkib
hissəsini təşkil edən nəqliyyat şəbəkəsinin yaradılmasına başlamışdır.
Nəqliyyatın ayrı-ayrı növlərinə, xüsusilə avtomobil və dəniz
nəqliyyatının inkişafına daha çox fikir verilmişdir. Bu dövr ərzində
bir çox atomobil magistralları çəkilmiş, dəniz və hava limanları
təkmilləşdirilmiş və yenidən tikilmişdir. Demək olar ki, dəniz ticarət
və mülki hava donanması yenidən yaranmışdır.
Küveytdə dəmir yolu olmadığından avtomobil nəqliyyatı
mühüm əhəmiyyətə malikdir. Bərk örtüklü avtomobil yollarının
ümumi uzunluğu 3600 km-dir. Beynəlxalq əhəmiyyətli ən mühüm
şosse yolları: əl-Küveyt – Cəhra – Səfvan – Bəsrə (uz. 118 km), Mina
əl-Əhmədi- Əş-Şüeyib – Əş-Şüveyx – Mina-Abdulla –
Mina-Səud
(uz. 107 km), Əl-Küveyt – Əs-Səlmi (uz. 95 km) istiqamətindədir.
Bu yollar ölkənin yaşayış məntəqələrini birləşdirməklə yanaşı qonşu
ölkələrlə də (İraq, Səudiyyə Ərəbistanı) əlaqə yaradır. Əl-Küveyt –
Bəsrə yolu vasitəsilə Bağdad, Dəməşq və Beyrut arasında olan
magistrala çıxmaq mümkündür. Neft mədənləri rayonlarına xidmət
edən Əl-Küveyt – Əl-Əhmədi – Burkan – Mina-Abdulla – Vəfra
yollarının əhəmiyyəti böyükdür.
Dəniz nəqliyyatı əsasən xarici ticarətə xidmət edir. İdxalın 90,
neft ixracatının 100%-i dəniz nəqliyyatının payına düşür. Küveyt
qüvvətli milli dəniz donanması yaratmışdır. Ən
mühüm dəniz ticarət
limanları Əş-Şüveyx (paytaxt rayonunda), Əş-Şüeyb Umm-Qəsrdir.
İran – İraq və İraq – Küveyt münaqişələri ölkənin dəniz limanlarının
yük dövriyyəsinin azalmasına səbəb olmuşdur. Buna baxmayaraq
Küveyt hökuməti dəniz limanlarının (xüsusilə, Əş-Şüveyx, Əş-
Şüeyb) inkişafına xüsusi fikir verir. Ölkənin iqtisadi həyatında Mina-
Abdulla, Mina əl-Əhmədi, Mina Səud limanlarının
da əhəmiyyəti
böyükdür. Küveyt region ölkələri arasında ən iri dəniz ticarət
donanmasına malikdir (ümumi su tutumu 3,4 mln. ton olan 100
gəmi).
Boru nəqliyyatı şəbəkəsi neft istehsalının inkişafı ilə əlaqədar
sürətlə genişləndirilmişdir. Boru kəmərləri ölkənin neft və qaz
yataqlarını limanlarla əlaqələndirir. Boru yollarının
ümumi uzunluğu
130
880 km-dir. Raudateyn-əl-Əhmədi, Umm-Qudeyr – Əş-Şüeyb, Vəfra
– Mina-Abdulla mühüm neft və qaz kəmərləridir. Münaqiş – Əl-
Əhmədi, Burkan – Əl- Əhmədi, Məqva – əl-Əhmədi
istiqamətində də
boru kəmərləri vardır. Boru nəqliyyatı «Küveyt oyl kompani»
şirkətinə məxsusdur.
Hava nəqliyyatı 1953-cü ildən müntəzəm fəaliyyət göstərir.
1962-ci ildə Küveyt hökuməti hava nəqliyyatı üzərində nəzarəti öz
əlinə alır. 1980-cı ildə paytaxtda yeni təyyarə limanı istifadəyə
verilmişdir. Yaxın Şərqdə ən mühüm hava nəqliyyatı mərkəzlərindən
biri sayılır. Ölkədə 8 təyyarə meydanı var.
Dostları ilə paylaş: