Coğrafi mövqe. Qətər əmirliyi Ərəbistan yarımadasının şimal-
şərqində, İran körfəzinin sahilində eyniadlı yarımadada yerləşir.
Yarımadanın şimaldan cənuba uzunluğu 145 km, qərbdən şərqə 85
km, sahil xəttinin uzunluğu isə 410 km-dir. Yarımadanın
yaxınlığındakı məskunlaşan və məskunlaşmayan bəzi adalar və
adacıqlar (Aneybar, Xəlul, əl-Mərakkat, əl-Cəzirət əl-Əliyə, əl-
Cəzirət əs-Sufliya, İbruk) və b. Qətər əmirliyinin tərkibinə daxildir.
Qətərin qərbində yerləşən Davaxil arxipelaqının Havar adası və onun
qonşuluğundakı bir sıra kiçik adacıqların hansı dövlətə məxsus
*
Ərəbcə adı Daulət əl-Qətərdir.
132
olması hələlik həll olunmamışdır. Ölkənin hakim dairələri bu
ərazilərin Qətərə məxsus olduğunu iddia edirlər. Son rəsmi mə-
lumatlara görə Qətərin sahəsi 11,3 min kv. km-dir. O, yalnız
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə quru
sərhədlərə malikdir. Qətərin quru sərhədlərinin ümumi uzunluğu 80
km-dir.