Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə97/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   93   94   95   96   97   98   99   100   ...   229
4. İqtisadiyyatı 
 
Qətər inkişaf etməkdə olan ölkələr arasında ötən  əsrin 70-ci 
illərinin «neft erasından» bəhrələnən dövlətlərdən biridir. Neft və 
təbii qaz bu ölkənin «taleyini» əsaslı surətdə dəyişdirmiş, onun sosial 
iqtisadi simasında dərin iz buraxmışdır. Qətərin olduqca zəif milli 
təsərrüfatı neftin hesabına qısa müddətə yüksək inkişaf səviyyəsinə 
çatmışdır. XXI əsrin  əvvəlləri üçün ÜDM həcmi 19 mlrd. dollara 
yaxınlaşmış, adambaşına düşən milli gəlir isə 20 mln. dolları 
ötmüşdür. Son 30 ildə (1975 – 2005) bu ölkədə  ən yeni texnika və 
avadanlıqlarla təchiz olunan neft-qaz mədənləri, yataqlardan onların 
çıxarılması  və emalı, neft-kimya, qaz mayeləşdirici müəssisələr, 
metallurgiya zavodları, su təmizləyici və suvarma qurğuları, limanlar, 
müasir memarlıq üslubunda binalar, yollar və s. tikilmişdir. Yaxın 
vaxtlara qədər kasıb ölkə sayılan Qətərin sosial-iqtisadi nailiyyətləri 
iqtisadiyyatın daxili inkişafı hesabına deyil, əsasən neft və təbii qaz 
ixracatından banklara yığılan gəlir hesabına olmuşdur. «Neft dolları» 
adlanan bu vəsait ilk növbədə  sənaye obyektlərinin tikintisinə  və 
dövlətin digər ehtiyaclarına istiqamətləndirilir. 
Sosial-iqtisadi inkişafının indiki mərhələsinə çatmaq üçün 
Qətər uzun bir yol keçmişdir. 1929–1933-cü illərin dünya iqtisadi 
böhranına qədər  əmirlik Paris və Bombey bazarlarında yüksək 
qiymətləndirilən mirvari hesabına dolanırdı. Dünya iqtisadi böhranı 
və yapon sahibkarı Mikimoto tərəfindən süni yolla mirvari əldə 
edilməsi ölkəni dolanacaq mənbəyindən məhrum etdi. Məhz həmin 
vaxtlarda  İngiltərə–İran neft şirkəti yarımada və onun şelf sularının 
sərvətləri ilə maraqlanmağa başlamışdır. 
1935-ci ilin mayında, Qətərin o vaxtkı hakimi Şeyx Abdulla 
ben-Kasim ilə uzun və çətin sürən danışıqlardan sonra İngiltərə–İran 
neft  şirkəti 75 il müddətinə  Qətərin 10 min kv. km ərazisində neft 
yataqlarının kəşfi və istismarı hüququnu «Petroleum development 
kompani of Katar» şirkətinə vermiş və 1938-ci ilin oktyabr ayından 
həmin  şirkət Qətərin cənub-qərbində indiki Duhan şəhəri 
yaxınlığında ilk neft buruğunu qazmışdır. Artıq 1940-cı ilin 


 
143 
yanvarında Qətərdə maye yanacaq əldə edilmişdir.  İkinci Dünya 
müharibəsinin başlanması ilə  əlaqədar bütün işlər dayandırılmış  və 
yalnız 1947-ci ildə neftçıxarma işləri bərpa olunmuşdur. 1949-cu ilin 
yanvarında isə 15 min ton neftlə yüklənmiş ilk tanker Qətər 
sahillərindən Avropaya yola salınmışdır. 
1952-ci ildə «Petroleum development kompani of Katar» 
şirkətinin neft-qaz kəşfiyyatı və istismarı hüququnu «Katar petroleum 
kompani» (KPK) şirkəti ələ keçirmiş və həmin ilin dekabrında ingilis 
şirkəti «Şell» yarımadanın  şərq sahilindən  şelf bölgəsinin 75 il 
müddətilə ona konsessiya verilməsi barədə  Qətərin  şeyxi ilə 
müqavilə imzalamışdır. 1953-cü ildə  «Şell-Katar» neft şirkəti fəal 
axtarış  işlərinə başladı. Yeddi ildən sonra isə  sənaye  əhəmiyyətli 
zəngin yataqlar kəşf edilmiş və neft çıxarılmasına başlanılmışdır. 
1935-ci ildə bağlanan ilk müqaviləyə  əsasən xarici şirkətlər 
ölkədən çıxarılan hər ton neftə görə Qətər şeyxinə bir dollar verməli 
idilər. 1951-ci ildə bu rəqəm 3 dollara çatdırılmış, bir ildən sonra isə 
qonşu  İranda neft sənayesinin milliləşdirilməsindən qorxuya düşən 
KPK «gəlirin bərabər bölüşdürülməsi» Prinsipi ilə razılaşmağa 
məcbur olmuşdur. 
1973-cü ilin oktyabr hadisələri ilə bağlı maye yanacağın 
qiyməti nəinki bir neçə dəfə qaldırılmış, həm də neft hasil edən Ərəb 
ölkələrinin sərvətləri üzərində xarici kapitalın bilavasitə  nəzarəti 
azalmış, regionun bir sıra ölkələrində isə xarici şirkətlərə  məxsus 
olan müəssisələrin milliləşdirilməsi prosesi başlanmışdı. Qətər də bu 
prosesdən kənarda qalmamışdır.  
 Xarici  neft  şirkətləri ilə münasibətlərin dəyişdirilməsi barədə 
işgüzar danışıqlara başlayan Qətər bölgü nisbətini öz xeyrinə  də-
yişdirməyə nail olur. 1974-cü ilin iyulunda Qətər  əmiri ölkədə baş 
Neft Korporasiyasının (Katar Ceneral Petroleum Korporeyşn) 
yaradılmasına icazə verir. Bu təşkilata neft sənayesinin bütün 
sahələrində fəaliyyət göstərmək, yerli və xarici şirkətlərin səhmlərini 
almaq, yeni şirkətlər yaratmaq hüquqları verilir. 
1976-cı ildə KPK, 1977-ci ildə isə «Şell of Katar» şirkətlərinin 
bütün kapitalı dövlətin  əlinə keçir. 70-ci illərin axırlarında neft 
siyasəti sahəsində bütün məsuliyyət Qətər Baş Neft Korporasiyasına 
tapşırılır. 80-cı illərin  əvvəllərində neftin hasilatı, nəql olunması, 
saxlanılması, təmizlənməsi, təbii qazın çıxarılması, emalı, satışı, neft-
qaz sənaye müəssisələrinin tikintisinə tam nəzarət bu təşkilata 
 
144
tapşırılmışdır. 70-ci illərin ortalarından başlayaraq Qətərin neft 
ixracatında  əldə etdiyi gəlir bir neçə  dəfə artmışdır. 1974-1975-ci 
maliyyə ilindən başlayaraq Qətər tarixində ilk dəfə olaraq «neft 
dollarlarının» böyük bir hissəsi sənaye istehsalının inkişafına və kənd 
təsərrüfatının yüksəldilməsinə ayrılır.  Ölkənin ÜDM-da sənayenin 
payı 49 faiz, xidmət sahələrinin payı 50 faiz, kənd təsərrüfatınin payı 
isə 1 faizə bərabərdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin