141
qalası etnoqrafiya muzeyinə çevrilmişdir.
Dəniz sahilindən başlayan Doha İran körfəzi boyunca 7 km
məsafədə uzanır. Bura şəhərin ən cazibəli yeridir. Palmalar və güllər
sahilə xüsusi yaraşıq verir. Dəniz sahili boyunca gözəl memarlıq
üslubu ilə yeni-yeni binalar tikilmişdir. Binalar hündür deyil və hiss
olunur ki, şəhərin memarları «göydələnlərlə» şəhəri doldurmaq və
onun formalaşmış memarlığını dəyişdirmək fikrində deyillər. Burada
12 mərtəbəli bina sanki göydələni xatırladır.
Parlamentin iqamətgahı – Doha qəsri özünün böyüklüyü və
möhkəmliyi ilə fərqlənir, Milli bank zərif İslam memarlıq ənənələrini
xatırladır, arı şanına bənzədilən universitet binası insanı
heyrətləndirir. Şəhər yalnız bəzi məhəllələrində sırf ərəb memarlıq
üslubunu saxlamışdır. Lakin onun irili-xırdalı yüzlərcə məscidi
Dohanın şərtsiz müsəlman şəhəri olduğunu daim yada salır. Hər bir
məscid yerləşdiyi məhəlləyə yaraşıq verir. Şəhərin son dərəcə
təmizliyi və səliqə-səhmanı həm turistləri heyrətləndirir, həm də
«yaşıllar partiyasının» hər bir üzvünün arzusuna müvafiq gəlir.
Şəhər əhalisi sürətlə artdığından XXI əsrin əvvəlləri üçün şəhər
əhalisinin sayı 400 min nəfərə çatmışdır. Bu da ölkə əhalisinin 50
faizini təşkil edir. Doha ölkənin siyasi, iqtisadi və mədəniyyət
mərkəzidir. İran körfəzi regionunda mühüm tranzit-ticarət
mərkəzlərindən biri olan Dohada metal emalı müəssisələri, sement za-
vodları, istilik elektrik stansiyaları fəaliyyət göstərir. Şəhərdə əsasən
qədim əlyazmaları ilə zəngin olan milli kitabxana, milli və etnoqrafik
muzeylər fəaliyyət göstərir. Paytaxtda ölkənin və regionun ən böyük
və müasir avadanlıqlarla təchiz olunmuş «Əl-Cəzirə» informasiya
agentliyi və televiziya kanalı fəaliyyət göstərir.
Son onilliklərdə Qətərdə neft hasilatı ilə sıx bağlı olan iki yeni
müasir şəhər salınmışdır. Bunlardan biri paytaxtdan 96 km şimal-
qərbdə əs-Salva körfəzinin sahilində neft-kimya sənayesinin mərkəzi
olan Duhan şəhəridir. Şəhərdə neft məhsulları istehsalı üzrə müxtəlif
müəssisələr vardır. Duhan müasir avtomobil magistralı və boru
kəməri vasitəsilə Doha şəhəri ilə birləşdirilmişdir. Duhandan gələn
təbii qaz ilə paytaxtın su təmizləyici qurğuları və elektrik stansiyaları
işləyir.
Dohadan 35 km cənubda, körfəz sahilində Umm-Səid şəhəri
yerləşir. Bu şəhər ilk növbədə sənaye bölgəsi və ölkənin qapısı kimi
inkişaf etmişdir. Umm-Səid limanı ölkədəki poladəritmə, neft-kimya
142
və mayeləşdirilmiş təbii qaz müəssisələrinə xidmət edir. Bu limandan
müxtəlif adda idxal və ixracat məhsulları daşınır. Avtomobil yolları
Umm-Səid şəhərini paytaxt və Duhanla birləşdirir.
Dostları ilə paylaş: