Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə93/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   89   90   91   92   93   94   95   96   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi 
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Qətərin ərazisi qədim dövrlərdən məskunlaşmışdır. Eramızdan 
əvvəl III minillikdə bu ərazi  İran körfəzi bölgəsində hakim olan və 
paytaxtı  Bəhreyndə yerləşən  əfsanəvi Dilmun dövlətinin tərkibinə 
daxil idi. VII yüzillikdə  Qətər  Ərəb xilafətinin tərkibinə qatılır. 
Xilafət dağıldıqdan sonra IX yüzilliyin axırlarından XII yüzilliyin 
sonlarınadək Qətər  Ğərmətilər dövlətinin tərkibində olur. XIII-XIV 
yüzilliklərdə Bəhreyn əmirliyinin hakimiyyəti altına düşür. 


 
135 
XVI yüzilliyin əvvəllərində  Bəhreynlə birlikdə  Qətəri portu-
qaliyalılar, sonra isə türklər işğal edir. XVIII yüzillikdə  Qətər 
ərazisində başda Tani feodal şeyx sülaləsi olmaqla kiçik əmirlik 
yaradılır. Sonrakı yüzillikdə  əmirlik bütün Qətər yarımadasını öz 
təsiri altına salır. Qətər  əmiri ilə  Bəhreyn  əmiri  əl-Xəlifə arasında 
hakimiyyət uğrunda mübarizə başlayır. Bundan istifadə edən 
İngiltərə 1868-ci ildə  Qətərlə «müttəfiqlik» barədə müqavilə 
bağlayır. 
Ölkənin formal hakimi türk qubernatoru olsa da, əslində 1878-
ci ildən Qətəri  ət-Tani qəbiləsinin başçısı olan şeyx Kasim ben-
Məhəmməd  ət-Tani idarə etməyə başlayır.  Şeyx bir-biri ilə 
düşmənçilik edən tayfaları barışdırmış  və nisbətən müstəqil siyasət 
apara bilmişdir.  İngilislərin dəfələrlə  Şeyx Kasimi İran körfəzində 
İngiltərə  və Hindistan gəmilərinin qarət edilməsində  təqsirləndiril-
məsinə baxmayaraq o, ömrünün axırınadək (1913) İngiltərənin pro-
tektoratlığını  qəbul etməmişdir. Qətərin belə müstəqil siyasət 
yeritməsi ilə İngiltərə heç cür razı ola bilmirdi. 
İngilislər yaxşı başa düşürdülər ki, Qətərin nisbətən müstəqil 
siyasət yeritməsi  İran körfəzinin digər  əmirliklərinə  də «pis təsir» 
göstərə bilər. Birinci dünya müharibəsi  ərəfəsində Türkiyənin 
mövqeyinin zəifləməsindən istifadə edən  İngiltərə onu bir sıra 
mübahisəli məsələlərin nizamlaşdırılması üzrə danışıqlar keçirməyə 
məcbur etdi. 1913-cü il iyulun 29-da İngiltərə–Türkiyə arasında 
bağlanmış müqaviləyə  əsasən, Türkiyə  Qətər  ərazisinə iddiadan 
imtina etmiş, yarımadanın  əmir və onun varisləri tərəfindən idarə 
edilməsinə etiraz etmədiyini bildirmişdi. 
Lakin Qətərin müstəqil inkişafı çox çəkmədi. 1916-cı il 
noyabrın 3-də Böyük Britaniya Qətər hakimini ingilis 
protektoratlığını qəbul etmək barədə müqaviləni imzalamağa məcbur 
idi. 
Böyük Britaniya İran körfəzi  əmirliklərinin hamısını siyasi 
cəhətdən özünə tabe etdirməklə  qısa müddətdə bu regionda iqtisadi 
mövqeyini gücləndirdi. XX əsrin birinci rübünün axırlarında  İran 
körfəzi bir növ «Britaniya malikanəsinə» çevrildi. Artıq bu dövrdə 
İngiltərə körfəzin məhəlli sularında mirvari ovu, neft kəşfiyyatı  və 
hasilatı üzrə  əmirliklərlə konsessiya müqavilələri imzalamışdır. 
1930-cu ildə  Qətərdə neft ehtiyatı  aşkar olunmuş  və  İkinci Dünya 
müharibəsindən sonra onun çıxarılmasına başlanıldı. 
 
136
İran körfəzi sahili əmirliklərin  ərazisindən çıxmağa hazırlışan 
Böyük Britaniya gələcəkdə  də bu regionda öz nüfuz dairəsini 
saxlamaq üçün əmirliklərdə hakimiyyəti ona sadiq olan sülalələrə 
verməyə  təşəbbüs göstərirdi. Vəziyyəti sabit saxlamaq məqsədi ilə 
rəsmi London əmirliklərin rəhbərlərinə  İran körfəzində federal 
dövlətin yaradılmasını məsləhət gördü. Federasiyaya 9 əmirlik daxil 
olmalı idi. 
İran körfəzi sahili əmirlikləri başçılarının 1969-ci ilin 
fevralında keçirilən birgə konfransında keçmiş müqaviləli Omanın 7 
əmirliyi, Bəhreyn və Qətər də daxil olmaqla martın 30-da federasiya 
yaradılmasını rəsmiləşdirdi. Lakin federasiyanın Ali Şurasının həmin 
ilin mayında keçirilən birinci sessiyasında Abu-Dabi və  Qətər 
əmirlikləri arasında ziddiyyət yarandığından bu məsələ öz müsbət 
həllini tapa bilmədi. Yaranmış  vəziyyət Böyük Britaniyanın özünün 
federasiyaya qarşı münasibətini dəyişdirir. O, Bəhreyn və  Qətərdə 
müstəqil dövlət yaratmağa razı olur. Federasiyanın yaradılması 
cəhdlərinin baş tutmadığını görən şeyxlər müstəqil dövlət yaratmağa 
hazır olduqlarını bildirirlər. 1971-ci ilin sentyabrın 1-də  Qətər 
müstəqil dövlət elan edilir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin