123
əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Bərpa işlərinin həyata
keçirilməsi üçün 8,5-10 mlrd. dollar vəsait və iki-üç il vaxt lazım ol-
muşdur. Artıq 1992-ci ilin axırında ölkədə neft hasilatı 1989-cu ilin
səviyyəsinə çatmışdır. Dağıdılmış iqtisadiyyatın bərpası üçün Küveyt
xarici kredit almağa məcbur olmuşdur. Bu krediti Küveyt İran körfəzi
dövlətlərinin əməkdaşlıq Şurasının üzvləri olan ölkələrdən, xüsusilə
Səudiyyə Ərəbistanı və BƏƏ-dən almışdır.
Küveytin milli təsərrüfatının inkişaf xüsusiyyətləri neft ixrac
edən digər ölkələrin əlamətlərinə oxşardır. Bu ölkədə də başlıca kapi-
tal iqtisadiyyatın daxili inkişafı hesabına deyil, neft ixracatı
nəticəsində əldə edilən vəsait hesabına formalaşır. Müstəqillik əldə
etdikdən sonra dövlət bu vəsaitlərdən müştərək müəssisələrinin
yaradılması üçün fəal istifadə edir. İran körfəzinin başqa
əmirliklərində olduğu kimi Küveyt də sürətlə sənayeləşdirməyə və
iqtisadi strukturunun mürəkkəbləşdirilməsinə daha çox fikir verir.
Belə təsərrüfat mexanizminin yaradılmasında məqsəd «neft erasının»
başa çatmasından sonra ölkənin tələbatını təmin edə bilən milli
iqtisadiyyatı formalaşdırmaqdadır.
Öz planlarını həyata keçirmək üçün, yəni əsaslı sənaye
sahələrinin tikintisi, infrastrukturun yaradılması, ixtisaslı milli kadr-
ların hazırlanması və s. üçün Küveyt Qərb şirkətlərinin köməyindən
geniş istifadə edir və onlar ilə birlikdə müştərək müəssisələr yaradır.
Xarici sahibkarlara bu və yaxud başqa müəssisə səhmlərinin yalnız
49%-nə şərik olmaq imkanı verilir. Bununla yanaşı Küveyt neft ixra-
catından əldə etdiyi olduqca böyük vəsaitin hamısını ölkənin daxili
iqtisadiyyatında istifadə etmək imkanına qadir deyil. Buna görə də
əldə etdiyi kapitalın getdikcə böyük hissəsini faydalı şəraitdə Qərb
ölkələrinin iqtisadiyyatına və banklarına yönəldir.
Ölkənin milli sərvəti olan neftdən gələn gəlirin yerli
küveytlilər arasında eyni miqdarda paylaşdırılması prinsipi qəbul ol-
unmuşdur. İqtisadiyyatın dövlət tərəfindən tənzim olunması ön plana
çəkilir. Ümumdaxili Məhsulun təqribən 75%-i dövlət bölməsində
əldə edilir.
Xaricə yönəldilən kapitaldan və oradakı avuarlarından ölkə
əhəmiyyətli dərəcədə valyuta əldə edir və neft ixracatından «asılılığı»
keçdikcə zəifləyir. Ümumi daxili məhsulun formalaşmasında neft
sənayesinin əvvəlki kimi başlıca rol oynamasına baxmayaraq, son on
ildə onun payı bir qədər azalmışdır. Emaledici sənaye, tikinti, ticarət
124
və bank əməliyyatının isə payı xeyli dərəcədə artmışdır. Küveyt
iqtisadiyyatının başlıca xüsusiyyəti ölkədə bol və ucuz enerjinin,
böyük investisiya imkanlarının olması, həmçinin yerli əmək ehtiyat-
larının çatışmamasıdır.
Küveytdə ÜDM-un 54 faizi sənayenin, 45 faizi xidmət
sahələrinin, 1 faizə yaxını isə kənd təsərrüfatının payına düşür.
Dostları ilə paylaş: