157
azğınlıqlar nəticəsində (əsasən 1975-76, 1982-83-cü illər) Beyrutun
xeyli hissəsi dağıdılmışdır. Finikiya, Roma, Bizans tikililərinin qa-
lıqları,
XIII-XVI əsr məscidləri, kilsələr, XX yüzilliyin sonlarındakı
dağıntılara qarışaraq Beyrutun xarici görkəmini bir qədər
dəyişmişdir.
Ölkənin sənaye müəssisələrinin 70 faizi Beyrut və onun ət-
rafında cəmlənmişdir. Şəhərdə toxuculuq, yeyinti, gön-dəri, neft
emalı, sement, əlvan metallurgiya, metal emalı müəssisələri var.
Beyrut ölkənin mühüm nəqliyyat qovşağı,
ticarət-maliyyə, mədəni-
maarif və turizm mərkəzidir. Şəhərin yaxınlığında beynəlxalq
əhəmiyyətli təyyarə limanı fəaliyyət göstərir. Beyrut müasir şəhərdir.
Şəhərdə Avropa memarlıq üslubunda tikilmiş çoxmərtəbəli evlər,
mehmanxanalar, inzibati binalar köhnə tikililərlə təzad təşkil edir.
Dostları ilə paylaş: