153
imperiyasının tərkibinə daxil olur. Romalılar Finikiya şəhərləri və
qalalarının yerində Roma üslubunda məbədlər, saraylar tikir,
körpülər salır, yollar çəkir. Livanda bu günədək saxlanılan
orijinal
memarlıq nümunələrinin xarabalıqları Roma işğalı dövrünə aiddir.
Eramızın ilk yüzilliklərindən Livanda xristianlıq yayılmağa başlayır.
Yeddinci yüzillikdə Livan Yaxın Şərqdə get-gedə qüvvətlənən Ərəb
xilafətinin tərkibinə qatılır. Yerli xalqların danışdığı aramey dili ərəb
dili ilə əvəz olunur, əhalinin bir hissəsi İslam dinini qəbul edir,
digərləri xüsusilə dağlıq bölgələrdə yaşayanlar isə İslama qədərki
etiqadlarını (maronizmi)
*
saxlayırlar.
XIII-XVI yüzilliklərdə Livan Misir məmlüklərinin, 1516-cı
ildə isə Osmanlı türklərinin əsarəti altına düşür. Türklər təqribən 400
il əvvəl Livanı öz təsiri altında saxlaya bilmişlər. 1860-cı ildə
müsəlman-xristian münaqişəsindən bəhanə kimi istifadə edən Fransa,
xristianları müdafiə etmək məqsədilə Livanı işğal edir. Bir ildən
sonra İngiltərə və Türkiyənin təzyiqi ilə Fransa öz qoşunlarını
Livandan çıxarır. Fransa, İngiltərə,
Avstriya, Prussiya, Rusiya və
Türkiyə nümayəndələrindən ibarət Beynəlxalq Komissiya ölkəyə
muxtariyyət verir və ölkə rəsmi olaraq Livan adlanır.
1918-ci ilin payızında ingilis-fransız qoşunları Livanı yenidən
işğal edir. 1920-ci ildə İngiltərə ilə Fransa arasında gizli sövdə-
ləşməyə əsasən Livan Fransanın mandatlığı altında idarə olunan
dövlətə çevrilir. 1926-cı ilin mayında Livan
respublika şəklində idarə
olunan dövlət kimi tanınmağa başlasa da konstitusiyaya görə ölkənin
xarici siyasəti, milli ordu və müdafiə məsələləri Fransa tərəfindən
tənzim olunurdu. Ölkənin müstəqilliyini məhdudlaşdıran konstitusiya
maddəsi ləğv olunduqdan sonra 1943-cü il noyabrın 22-də Livan
rəsmi olaraq müstəqil respublika elan olunur. O vaxtdan 22 noyabr
günü – ölkənin milli bayramı kimi qeyd olunur.
Lakin Fransa öz
qoşunlarını ölkədən 1946-cı il dekabrın 31-də çıxarır.
XX yüzilliyin ikinci yarısından başlayaraq müstəqil Livanın
siyasi həyatında ziddiyətlər daha da kəskinləşir. İstiqlaliyyət qa-
zandığı ilk illərdə Livan hökumətinin yeritdiyi siyasət 1958-ci ildə
*
Maronizm – dini icmaları V-VII yüzilliklərdə Suriyada və Livanda
Şərq xristian kilsəsinin parçalanması nəticəsində yaranmışdır. Dini təlimin
əsasını Maron adlı bir şəxs qoymuşdur. Maronitlər ərəb dilində ibadət
edirdilər.
154
xalq üsyanına səbəb olur. Üsyanı yatırmaq məqsədilə Livan
prezidenti ABŞ-dan kömək istəyir. Bu isə ABŞ-ın Livanın daxili
işlərinə qarışmasına və ölkəyə qarşı təcavüzünə səbəb olur. 1958-ci
ildə rəhbərliyə gələn yeni hökumət ölkənin daxili və xarici siya-
sətində müstəqil istiqamət seçir və İsrail
təcavüzünə məruz qalan
ərəb ölkələri ilə həmrəy olduğunu bildirir.
1968-ci ildən Livan ərazisində Fələstin müqavimət hərəkatının
(FMH) fəaliyyət göstərməsi İsrailin Livana basqını üçün bəhanə olur.
1969-cu ildən 1982-ci ilədək Livanda Fələstin Azadlıq Təşkilatının
(FAT) rəhbər orqanları və ordu hissələri yerləşmişdi. 1975-ci ilin
aprelində fələstinlilər ilə Livanın sağ xristian qüvvələri arasında baş
verən vətəndaş müharibəsi ölkədə kəskin siyasi böhrana səbəb olur.
Böyük insan təlafatı və iqtisadi dağıntılarla nəticələnən və 19 ay
davam edən hərbi əməliyyatlar, əsasını Suriya qoşunları təşkil edən
ərəb ölkələri birgə qüvvələrinin Livana daxil edilməsindən sonra
dayandırılır.
1978-ci ilin martında İsrail Livanın cənub rayonlarını işğal
edir. Dünya ictimaiyyətinin təzyiqi ilə İsrail qoşunları həmin ilin iyu-
lunda ölkədən çıxarılır və Livanın cənub bölgələrinə, yəni İsrail ilə
sərhəd bölgələrinə BMT qoşunu yeridilir. 1982-ci ilin yayında İsrail
yenidən Livana qoşun çıxarır və 1985-ci ilə qədər ordu hissələrini
Livanda saxlayır. Eni 10 km-ə qədər olan cənub bölgə İsrailin
təsiri
altında qalır. 1983-cü il mayın 17-də Qərb dövlətləri Livanı İsrail ilə
«sülh müqaviləsi» bağlamağa məcbur edir. Bir ildən sonra isə bu
müqavilə qüvvədən düşür.
2006-cı ilədək ölkənin cənub ərazilərində sabitlik yaratmaq müm-
kün olmamışdır. Həmin ərazilərə mərkəzi hökumət nəzarət edə bilmir.
Məhz Fələstin muxtariyyətində İsrailin və onun tərəfdarlarının terrorçu
təşkilat hesab etdikləri «Hizbulla»nın muxtariyyətinin parlament
seçkilərində qalib gəlməsi və Livanın cənubundakı hakim mövqeyi İs-
raili 2006-cı ilin iyul ayında yenidən Livana hücum etməyə sövq edir.
Təqribən 35 gün ərzində ölkənin böyük şəhərləri və «Hizbulla»
təşkilatının bütün məntəqələri dağıdılır. BMT-nin sülh məramlı
qüvvələrinin Livanın cənub bölgələrində yerləşdirilməsi ilə əlaqədar
İsrail – Livan münaqişəsinin qarşısı alınır.
Livan Respublikası 1992-ci ilin 18 sentyabrında
Azərbaycan
Respublikasının müstəqilliyini tanımışdır. Lakin əfsuslar olsun ki,
ölkələrimiz arasında iqtisadi münasibətlər geniş inkişaf edə