Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə117/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   113   114   115   116   117   118   119   120   ...   229
Səth quruluşu və faydalı qazıntıları. Atlantik okeanından 
Fars körfəzinə  qədər uzanmış Böyük Səhra – Ərəbistan geoloji 
plitəsinin üzərində yerləşmiş Misirin relyefi orta hündürlüyü 300-
1000 m arasında olan yaylalardan ibarətdir. Nisbətən hündür dağlar 
Sina yarımadasındadır. Ölkənin cənubundan şimalına Nil çayı uzanır. 
Nil çayından qərbdə  səthi  əsasən daşlı  və  çınqıllı olan Liviya 
səhrası yerləşir. Ölkə  ərazisinin təqribən 70 faizini təşkil edən bu 
səhranın qərb tərəfinin səthi qumlarla örtülüdür. «Qum dənizi» 
adlanan ən böyük qum yığımı ölkənin qərb sərhəddindən şimali-qərb 
və şərq sərhədlərinə qədər uzanır. 
                                      
*
 Ərəbcə adı Cumhuriyyət Misir əl-Arabiyyədir. 
**
 Süveyş kanalı şlüzü olmayan gəmiçilik kanalıdır. 1869-cu ilin 11 no-
yabrından fəaliyyət göstərir. Uzunluğu 161 km, eni 130-150 km-dir. 
Gəmilər kanaldan 11-12 saata keçir. Kanal dünyanın bütün ölkələri üçün 
açıqdır. Atlantik okeanından Hind okeanına  ən qısa su yolu Süveyş 
kanalından keçir. 
 
162
Nil çayından  şərqə doğru  Ərəbistan səhrası yerləşir. Bu 
səhranın Misir ərazisində orta hündürlüyü 300-700 m. arasındadır. 
Bu səhrada onlarca vadiyə rast gəlmək olar. 
Sina yarımadası  səthinin  əksər hissəsini  Ət-Təhrif yaylası 
tutur. Səthinin çox hissəsi daşlı olan yaylanın hündürlüyü Aralıq 
dənizinə  tərəf açılır. Yarımadanın cənub hissəsində  qədim kristallik 
çöküntülərdən ibarət orta hündürlüklü dağlar yerləşmişdir. Ölkənin 
ən hündür nöqtəsi olan Cəbəl-Katrin (2637 m.) dağı buradadır. 
Yarımadanın qərb hissəsindən Süveyş kanalı keçir. 
Misirin Aralıq dənizi sahili bölgəsi təbii buxtalarla, demək olar 
ki, parçalanmamışdır. Ölkənin böyük dəniz limanları olan 
İsgəndəriyyə  və Port-Səid süni yaradılmış buxtalar ətrafında 
salınmışdır. Qırmızı  dənizin Misir sahilləri, demək olar ki, başdan-
başa mərcan rifləri ilə örtülmüşdür. 
Nil vadisi və Nil deltasının Misirin təbiətində özünəməxsus 
yeri var. Nil vadisi uzunluğu 1500 km, orta eni 10 km və  ətrafı 
səhralardan ibarət olan böyük bir oazisdir. Ölkənin cənubunda dərə 
bir qədər ensiz, şimalında isə  əksinə bir qədər enlidir. Nil dərəsi 
şimalda Nil deltasına keçir. Səthi çay gətirmələrindən ibarət deltanın 
cənubdan  şimala uzunluğu 175 km, qərbdən-şərqə isə 220 km-dir. 
Sahəsinə görə (22 min kv.km) Nil deltası dünya deltaları içərisində 
böyüklərindən biridir. 
Misir müxtəlif faydalı qazıntılarla təmin olunmuş 
ölkələrdəndir. Sina yarımadasında,  əsasən onun cənub-qərb 
hissəsində və Qırmızı dənizin sahil bölgələrində polimetal filizlər və 
gips aşkar olunmuşdur. Süveyş kanalının qərb sahilində  və Liviya 
səhrasının şimal hissəsində neft yataqları var. Həm Ərəbistan, həm də 
Liviya səhralarında dəmir filizi və  məhdud halda qızıl yataqlarının 
olması  məlumdur. Sinanın dağlıq bölgəsində volfram, qızıl və mis 
yataqları var. Səhralarda qiymətli tikinti materiallarına da rast gəlmək 
olar. Bunlardan başqa ölkənin müxtəlif yerlərində fosforit, xörək 
duzu, kömür yataqları da aşkar edilmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin