Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə125/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   121   122   123   124   125   126   127   128   ...   229
 
 
4. İqtisadiyyatı 
 
Ötən  əsrin ortalarına qədər Misir, sənaye sahələri zəif inkişaf 
etmiş mo-nokultur (təkbitkiçilik) kənd təsərrüfat ölkəsi olmuşdur. 
Misir hökuməti 1952-ci ildən başlayaraq ölkədə əsaslı sosial-iqtisadi 
dəyişikliklər həyata keçirir. Bu müddətdə xarici mülklər 
milliləşdirilmiş, kənd təsərrüfatında yarımfeodal, mülkədar torpaq 
sahibliyini tədricən aradan çıxaran islahatlar keçirilmişdir. 
Ötən 
əsrin 50-60-cı illərində, dövlət sektorunun 
gücləndirilməsi siyasəti yeridilmiş, beşillik planlar həyata keçirilmiş, 
tutarlı kapital mülkiyyətçilik və iri torpaq sahibliyi 
məhdudlaşdırılmış, kəndlilərə torpaq paylanmışdır. 70-ci illərdən 
başlayaraq ölkəyə xarici kapitalın cəlb edilməsinə və Qərblə iqtisadi 
əlaqələrə üstünlük verilmişdir. Misirdə 90-cı illərin  əvvəllərindən 
sosial-iqtisadi inkişafın bazar iqtisadiyyatı modelinə keçidi 
başlanmışdır. Bu halda dövlət təsərrüfat subyekti qismində öz 
mövqelərini zəiflətmişdir. Turizm ,yüngül və yeyinti sənaye 
müəssisələri özəlləşdirilmiş, valyuta qanunvericiliyi 
liberallaşdırılmışdır. Hazırda ümum daxili məhsulun 70 faizi özəl 
sektorun payına düşür, bütün kapital qoyuluşunun 60 faizi də özəl 
sektora aiddir. 
2005-ci ildə Misirin ümumdaxili məhsulunun həcmi 70 mlrd. 
dollara yaxın olmuşdur. Milli gəlirin adambaşına düşən həcmi isə 3 
min dollardan artıq olmuşdur. 1990-2005-ci illərdə iqtisadi artım 
tempi hər il 4-5 faiz olmuşdur. 
Ölkə iqtisadiyyatının sahələr üzrə strukturuna görə: ümum 
daxili məhsul istehsalının 14 faizi kənd təsərrüfatı  və balıqçılığın 
(işçi qüvvəsinin təqribən 30 faizi bu sahə ilə  məşğuldur); 30 faizi 
 
174
sənaye və tikintinin (işçi qüvvəsinin 20 faizi); 56 faizi xidmət 
sahələrinin payına düşür. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin