Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə124/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   120   121   122   123   124   125   126   127   ...   229
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
Dünyada az ölkə tapılar ki,onun əhalisi  əsasən bir etnosdan 
ibarət olsun. Əhalinin etnik tərkibinə görə misirlilərin 98 faizi 
avropoid irqinə  mənsub olan bir etnosdur. Əhalinin 97 faizi 
ərəblərdən və qibtilərdən (koptlardan) ibarətdir. Əhalinin təqribən 2-3 
faiz – nubiya və bərbər tayfalarıdır. 
2005-ci ildə Misirdə 75,0 mln nəfərdən artıq adamın yaşaması 
qeydə alınmışdı. (1971-ci ildə 34 mln, 1992-ci ildə 68,0 mln nəfər). 
Proqnozlara görə 2015-ci ildə  əhalinin sayı 85 mln nəfərə 
yaxınlaşacaq. 
Əhalinin sayına görə Misir ərəb və region ölkələri arasında 1-
ci, Afrikada isə 2-ci (Nigeriyadan sonra ) yerdədir. Ölkədən xaricə, 


 
171 
əsasən ərəb ölkələrinə qazanc arxasınca gedən miqrantların sayı 3,0 
mln nəfərdən artıqdır. 
Misir  əhalinin təbii artımı yüksək olan ölkələr sırasındadır. 
Əhalinin təbii artımı orta hesabla 2 faizə yaxındır. Misir əhalisinin 
orta ömür müddəti kişilər üçün 65, qadınlar üçün 67 yaşdır. Hər min 
nəfərə 26 nəfər anadan olur, 8 nəfər isə ölür. Yaşlı əhalinin 60 faizə 
qədəri savadlıdır. Ölkədə 14 universitet fəaliyyət göstərir. Bunlar 
içərisində nəinki Misirdə, eləcə də regionda tanınmışlar – Qahirə və 
İsgəndəriyyə universitetləridir.  İslam ilahiyyətçiləri arasında 
Qahirədəki Əl-Əsxar universiteti böyük nüfuza malikdir. 
 Müasir  Misir  əhalisinin formalaşmasına VII yüzillikdə bu 
ərazini işğal edən  ərəblər təsir göstərmişlər. Yerli əhali tədricən 
ərəblərlə qarışmış, onların dillərini, dinlərini və adət-ənənələrini 
qəbul etmişlər. 
Ölkə əhalisi ərazi üzrə çox qeyri-bərabər paylanmışdır. Ərəblər 
əsasən Nil çayı vadisi və deltası, Aralıq və Qırmızı dənizin sahilləri, 
Süveyş kanalı zonasında, qibtilər böyük şəhərlərdə, bərbərlər Liviya 
ilə  sərhəd bölgələrində, nubiyalılar isə ölkənin cənubunda 
məskunlaşmışlar. 
Misirin dövlət dili ərəb dilidir. Bərbərlər, nubiyalılar həm ərəb, 
həm də öz dillərində danışırlar. Ölkənin dövlət dini İslamdır. 
Müsəlman dindarların  əksəriyyəti sünnilərdir. Qibtilər  ərəb dilində 
danışsalar da, dini etiqadlarına görə xristianlardır. Ölkə üçün orta 
sıxlıq hər kv.km-ə 75 nəfərdən artıqdır. Nil çayı vadisi və deltasında 
əhali çox sıx (hər kv.km-ə 1300-1600 nəfər) Liviya və  Ərəbistan 
səhralarında çox seyrəkdir (hər kv.km-ə 1-3 nəfər). Əhalinin təqribən 
yarısı şəhərlərdə yaşayır. 
Kənd  əhalisi yüksək sıxlığı ilə  səciyyələnir. Qahirə-İsgəndə-
riyyə  şosse yolu boyunca əhalisinin sayı 10-15 min nəfər olan iri 
kəndlərə rast gəlmək olar. Misirdə urbanizasiyanın sürəti yüksəkdir. 
Ən böyük şəhərləri Qahirə, İsgəndəriyyə, Port-Səid, Süveyş, Asuan, 
Məhəllə-əl Kubra , Əsyut və b.-dır. 
Qahirə Nil çayı deltasından cənubda,  əsasən Nilin sağ 
sahilindəki 2 kiçik adada (Cəzirə  və Rod) qərarlaşıb.  Əhalisinin 
sayına görə  nəinki Misirin və ya Afrikanın, eləcə  də bütün İslam 
dünyasının  ən böyük şəhəridir. Bu şəhərdə  ətrafı ilə birlikdə 13,0 
mln. nəfərdən artıq adam yaşayır. Qahirədə  sənaye sahələrinin və 
əhalinin sürətli artımının qarşısını almaq məqsədi ilə şəhərdən 30-35 
 
172
km məsafədə, səhrada yeni peyk-şəhərlər salınır. Bu şəhərlərin hər 
birində 400-500 min əhalinin yaşaması  və yeni iş yerlərinin 
yaradılmasi nəzərdə tutulmuşdur. 
Qahirənin yerində  hələ e.ə. XVII yüzillikdə Babilistan, bir 
qədər sonra Fustat (köhnə Qahirə) adlı yaşayış  məskəni olmuşdur. 
969-cu ildə Fustatın  şimalında Fatimilərin sərkərdəsi Cövhər  əl-
Saqali özünə iqamətgah tikdirərək onu «Əl-Qahirə» (ərəbcə «qalib» 
deməkdir) adlandırır. Qahirə 2 əsrə yaxın müddətdə Fatimilər 
xilafətinin paytaxtı olur (973-1171). Sonralar əyyubilər, məmlüklər, 
fransız və ingilislər tərəfindən işğal edilir. Müstəqil paytaxt olana 
qədər Qahirənin əhalisi sürətlə artır, şəhər siyasi və iqtisadi cəhətdən 
inkişaf edir, milli azadlıq uğrunda aparılan nümayiş  və üsyanların 
mühüm mərkəzinə çevrilir. 
Qahirə 1953-1958-ci illərdə Misir Respublikasının, 1958-
1971-ci illərdə Birləşmiş  Ərəb Respublikasının, 1971-ci ildən isə 
Misir  Ərəb Respublikasının paytaxtıdır. Ölkədə  sənaye istehsalının 
1/4 hissəsi Qahirənin payına düşür.  Şəhərdə  və onun ətrafında 
metallurgiya (Heluanda), metal emalı, maşınqayırma, toxuculuq, 
yeyinti, sement, kağız, dəri-ayaqqabı, kimya, poliqrafiya sənaye 
müəssisələri vardır. Ölkənin mühüm dəmir,  şosse və su yolları bu 
şəhərdən keçir. Paytaxtın təyyarə limanı Afrika qitəsinin  ən böyük 
təyyarə limanlarından biridir. Şəhər həm də iri ticarət-maliyyə 
mərkəzidir. 
Qahirə  nəinki Misirin, həm də bütün ərəb mədəniyyətinin, 
elminin və incəsənətinin mərkəzidir. Müasir şəhər köhnə (Fustat) və 
yeni hissədən ibarətdir. Yeni Qahirə Qərbi Avropanın və Amerikanın 
böyük  şəhərlərindən seçilmir. Burada enli prospektlər, geniş 
meydanlar, bulvarlar, çoxmərtəbəli hökumət idarələri, səfirliklər, 
mehmanxanalar, banklar və s. vardır. Qahirənin  şərq və  cənub 
rayonlarını  əhatə edən köhnə hissədə Roma və Bizans tikililəri, 
məscidlər, məqbərələr, qala divarlarının qalıqları  və  qədim  ərəb 
mədəniyyətini təmsil edən digər memarlıq abidələri qorunub 
saxlanılır. Qahirədə Misir Ərəb Respublikasının ali təhsil ocağı olan 
Qahirə Universiteti, digər ali təhsil müəssisələri yerləşir. 
Qahirədə metropoliten fəaliyyət göstərir. Qahirənin mərkəzi 
Ərəb Dövlətləri Liqası  təşkilatının mənzil iqamətgahının yerləşdiyi 
Ət-Təhrir meydanıdır.  Şəhərin işgüzar mərkəzi Qəsir-ən-nil və 
Təlaab-Xarb küçələri hesab olunur. Qahirə yaxınlığında qədim 


 
173 
Misirin yaşayış məntəqəsi olan Giza şəhəri yerləşir. Öz piramidaları 
ilə məhşur olan bu şəhər əslində Qahirə ilə birləşmişdir. 
Qahirədə milli kitabxana və onlarca məhşur muzeylər fəaliyyət 
göstərir. Bunlar içərisində 1858-ci ildə yaradılmış Misir muzeyi, 
1908-ci ildə yaradılmış Qahirə muzeyi, 1881-ci ildə yaradılmış İslam 
İncəsənəti muzeyi, 1891-ci ildə yaradılmış Geologiya muzeyi, 1939-
cu ildə yaradılmış Misir incəsənəti muzeyi şəhərə  gələn turistlərin 
diqqətindən yayınmır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin