Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Partiyası, Milli Mütərəqqi Partiya, Liberallar Partiyası  və başqa



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə123/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   119   120   121   122   123   124   125   126   ...   229

Partiyası, Milli Mütərəqqi Partiya, Liberallar Partiyası  və başqa 
təşkilatlar fəaliyyət göstərir. 1929-cu ildə yaradılmış Müstəqil 
Qardaşlar, dini-siyasi təşkilatı gizli fəaliyyət göstərir. 
Azərbaycan Respublikası ilə münasibətlər. Azərbaycan 
Respublikasının Yaxın və Orta Şərq ölkələri ilə  əlaqələrində Misir 
Ərəb Respublikası xüsusi yer tutur. Bu ölkə ilə Azərbaycan arasında 
diplomatik  əlaqələr 1992-ci il martın 27-də yaradılmış  və 1993-cü 
ilin martında Bakıda Misirin səfirliyi açılmışdır. Misirin region və 
İslam dünyasında rolunu və nüfuzunu nəzərə alan Azərbaycan 
 
170
Respublikası hökuməti 1994-cü ilin sentyabrında Misirdə öz 
səfirliyini açmışdır. 
İki ölkə  rəsmiləri arasında keçən müddətdə bir sıra qarşılıqlı 
səfərlər həyata keçirilmiş və çoxsaylı dövlətlərarası və hökumətlərarası 
müqavilələr bağlanmışdır.1992-2005-ci illərdə iki dövlət arasında 
ikitərəfli və çoxtərəfli əlaqələr kifayət qədər intensiv olmuşdur. 
1994-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının 
prezidenti H.Əliyev BMT-nin əhali və inkişaf üzrə Beynəlxalq 
Konfransında iştirak etmək üçün Qahirədə  işgüzar səfərdə olarkən 
Misir prezidenti H. Mübarəklə keçirilən görüş Azərbaycan-Misir 
münasibətlərinin möhkəmləndirilməsində  və  əməkdaşlığın yeni 
perspektivlərinin müəyyənləşdirilməsində böyük rol oynamışdır. 
2002-ci il oktyabrın 3-də Azərbaycan Respublikasının 
prezidenti H.Əliyev Azərbaycan Respublikası  və Misir Ərəb 
Respublikası arasında hökumətlərarası iqtisadi və elmi-texniki 
əməkdaşlıq üzrə müştərək komissiyaların yaradılması haqqında 
sərəncam imzalanmışdır. 
Müasir dövrdə informasiya mübadiləsinin mühüm əhəmiy-
yətini nəzərə alaraq Misir ilə Azərbaycan arasında mətbuat-in-
formasiya mübadiləsinin yaxşılaşdırılması barədə müqavilə 
imzalanmışdır. Misir-Azərbaycan əlaqələrinin mühüm formalarından 
biri də ticarətdir. Azərbaycandan Misirə yeyinti, elektrotexnika 
məhsulları ixrac edilir, idxalatın həcmi ixracatdan yüksəkdir. 
Misirdən respublikamıza çoxçeşidli məhsullar gətirilir. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin