175
maşınqayırma sənaye sahələri inkişaf etdirilir.
Metallurgiya müəssisələrində polad, çuqun, alüminium istehsal
olunur. Ölkənin mühüm qara metallurgiya kombinatı Heluanda,
əlvan metallurgiya müəssisələri isə Hər-həmmadi və İsmailliyədədir.
Misirdə ildə 2,5 mln.
ton polad, 170 min ton alüminium, 7,0 mln. ton
azot gübrələri, 1,6 mln. ton superfosfat, 22 mln.
ton sement istehsal
olunur.
Neft emalı sənayesi inkişaf etdirilir. Dövlət və xüsusi şirkətlərə
məxsus neftayırma müəssisələri İsgəndəriyyə, Süveyş, Qahirə və
Tantadadır. Neft emalı müəssisələri 1 ildə 45 mln. ton neft emal edə
bilirlər. Kimya sənayesi
azot və fosfor gübrələri, boyaq maddələri və
digər kimyəvi məhsullar istehsalı üzrə ixtisaslaşmışdır. Əsas
mərkəzləri Asuan, Süveyş, Heluan və digər şəhərlərdir. Tikinti mate-
rialları sənayesi zəif inkişaf etmişdir. Sement istehsalı tələbatın cəmi
50 faizini ödəyir.
Maşınqayırma minik və yük avtomobillərinin,
müxtəlif elek-
tromexaniki məmulatların (məişət təyinatlılar üstünlük təşkil edir)
yığılması ilə məşğuldur. Maşınqayırmanın mühüm mərkəzləri
Qahirə, İsgəndəriyyə, Heluan, Port-Səiddir. İsgəndəriyyədə gəmi
təmiri müəssisələri fəaliyyət göstərir.
Ən müasir avadanlıqlar ilə yaxşı təchiz olunmuş sahə
parfumeriya-kosmetika istehsalı sayılır. Bu sahə üçün zəruri nadir
xammal xüsusi ilə müxtəlif efir yağları mövcuddur. İstehsal
olunan
salon mebeli öz keyfiyyəti ilə məşhurlaşmışdır.
Dostları ilə paylaş: