Coğrafi mövqe. Misir iki qitədə Afrikanın şimal-şərqində və
Asiyanın cənub-qərbində Sina yarımadasında yerləşir. Ərazisinin
təqribən 3 faizi Asiyada, qalanı isə Afrikadadır. Bu hissələri bir-
birindən Süveyş kanalı
**
ilə kəsilmiş Süveyş bərzəxi birləşdirir.
Süveyş kanalı Afrika ilə Asiya arasında şərti coğrafi sərhəddir.
Misirin ərazisi 1,0 mln. kv.km-dir. Konfiqurasiyasına görə ərazi
düzbucaqlı kvadrata bənzəyir. Bu kvadratın hər hansı bir tərəfinin
uzunluğu 1000 km-ə yaxındır.
Misir qərbdən Liviya, cənubdan Sudan, şimali-şərqdən İsrail
və BMT-nin Fələstin ərəb dövləti üçün ayırdığı ərazi ilə
həmsərhəddir. Ölkə şimalda Aralıq, şərqdə Qırmızı dənizlərin suları
ilə əhatələnir. Misirin mühüm dəniz və hava yolları kəsilişində
yerləşməsi onun geosiyasi mövqeyinin üstünlüyüdür.