Maliyyə sistemi. Ölkədə cəmləşmiş birbaşa xarici investisi-
yaların həcmi 30 mlrd. dollardan artıqdır. Ölkə iqtisadiyyatına ən çox
sərmayə yönəldən dövlət ABŞ-dır. Bununla belə Səudiyyə Ərəbistanı
özü də çox güclü dünya investorları sırasındadır. Ölkə dünyanın
aparıcı maliyyə fondlarının və təşkilatların üzvüdür. Digər ölkələrə
maliyyə yardımının ümumi həcminə görə Səudiyyə Ərəbistanı ancaq
ABŞ-dan geri qalır.
Böyük həcmdə kapital ixracı onunla izah edilir ki, bolluca
yaradılan neft dollarları ölkənin daxili bazarında həzm edilmir, daxili
bazar dar çərçivədədir və yerli elita özünü daxili böhranlardan və
milliləşdirilmələrdən sığortalayır.
Səudiyyə Ərəbistanının maliyyə və iqtisadi siyasət orqanı
ölkənin valyuta agentliyidir. Bu agentlik Mərkəzi Bank rolunu oy-
nayır. Maliyyə Nazirliyinin tabeliyində 5 dövlət bankı və 9 sığorta
şirkəti fəaliyyət göstərir. Xarici kapitala malik bank yaradılması da
nəzərdə tutulur.
Ötən əsrin 90-cı illərində büdcədə kəsir sabit olmuşdur.
Dövlət borclarının həcmi 2004-cü ildə 200 mlrd. dollara yaxın ol-
muşdur. Hökumət həm ölkə daxilində, həm də xaricdə istiqraz
dövriyyəsinə əl atmağa məcbur olmuşdur.