225
Səudiyyə Ərəbistanı İslam dünyası ölkələri
içərisində iqtisadi
inkişaf xüsusiyyətlərinə görə seçilən dövlətlərdən biridir. İslam
dünyasının əksər ölkəri kimi Səudiyyə Ərəbistanı Məlikliyi də
təzadlı, İslam fundamentalizmi ilə ultramüasirliyin birgə addımladığı
bir yerdir. Dünyanın ən kamil mütəxəssislərinin inşa etdikləri geniş
və çox rahat avtomobil yolları, uca və yaraşıqlı ofis və
mehmanxanalar, ən mükəmməl kompyüter sistemi, fasadı keramika
ilə bəzədilmiş universitet binaları, heyrətamiz gözəlliya malik
məscidlər, milyon tonlarla çıxarılan qara qızıl, dənizdə ən mükəmməl
texnika ilə təchiz olunmuş neft körpüləri, səbrlə öz növbəsini
gözləyən supertankerlər… Bütün bunlarla yanaşı hər
gün müəzzinin
maqnitofon lentinə yazılmış beş rükət namaza çağıran məlahətli səsi,
qara çadralara və baş örtüklərinə bürünmüş qadınlar, şəhər
meydanlarında minlərlə adamın gözləri önündə yerinə yetirilən
qətllər, bütün bunlar ölkədə baş verən hadisələrdir, onun bu
günündür, çox güman ki, həm də sabahıdır.
Əlbəttə güclü iqtisadi dirçəlişə nail olmaq Səudiyyə Ərəbistanı
üçün heç də asan olmamışdır. Əsrimizin əvvəllərində bu ərazi türk
imperiyasının ən geridə qalmış əyalətlərindən biri idi. Avropada və
Amerikada Ərəbistan dəvələrdən, xurma agaclarından,
başdan-başa
qara örtüyə bürünmüş gözəl qadınlardan, sirli Məkkədən və min bir
gecə nağıllarından ibarət bir ölkə kimi tanınırdı. Bu ölkədə
dəyişikliklər İkinci Dünya müharibəsindən sonra başlandı və Qərb
ölkələrinin yardımı ilə Səudiyyə Ərəbistanı 20-30 il ərzində geri
qalmış aqrar-heyvandarlıq ölkəsindən, orta səviyyədə inkişaf etmiş
sənaye-aqrar ölkəyə çevrildi, başqa sözlə desək,
feodalizm
dövründən bir-başa kapitalizmə sıçradı.
Səudiyyə Ərəbistanının ümumdaxili məhsulunun (ÜDM)
həcmi 2004-cü ildə 200 mlrd. dollara bərabər olmuşdur.
İqtisadi artım tempi 1990-2000-ci illərdə heç də yüksək
olmamışdı. Orta hesabla hər il 2,1 faizi, yəni əhalinin artım
tempindən aşağı olmuşdur. Lakin bu rəqəm 2000-2005-ci illərdə 4-
4,5 faizə qədər yüksəlmişdir. Neftin satış qiymətlərindəki kəskin
dəyişiklər və vergi daxilolmalarının olmaması ilə əlaqədar hökumət
yeni gerçəkliyə uyğunlaşa bilməmiş, bu səbəbdən də ötən əsrin son
onilliyində dövlət xərclərinin səviyyəsi gəlirləri üstələmişdi. İranla
müharibə aparan İraqın müdafiəsinə xəzinədən 26 mlrd. dollar
xərclənmişdir.
226
İran körfəzində ABŞ-la birgə İraqa qarşı müharibə əməliy-
yatlarında iştirak Səudiyyə Ərəbistanına 55 mlrd.
dollara başa
gəlmişdir. Bura o xərclər də əlavə edilmişdir ki, İslam həyat tərzinin
nümunəvi olmasını nümayiş etdirilməsi məqsədi ilə çox baha başa
gələn və təkəbbürlü layihələrin icrasında həyata keçirilmişdir.
Milli özəl sektora dövlət öz köməyini əsirgəmir. O da nəzərə
alınmalıdır ki, son vaxtlaradək milli sahibkarlığın olmaması üzündən
iqtisadiyyatın bütün ağırlığı dövlətin çiyinlərinə düşürdü. Dövlət
sektoru indi də sənaye və nəqliyyatda əsas mülkiyyətçidir. XXI əsrin
əvvəllərində Ümumi Daxili Məhsulun 65 faizi dövlət sektorunun
payına düşürdü. Lakin son 5 ildə bu pay getdikcə azalmaqdadır.
Nəhəng dövlət şirkətlərinin özəlləşdirilməsi planı hazırlanır
(«Arabian Eyrlaynz» və öz kapitalının həcminə görə dünyanın ən iri
300 şirkəti arasında olan SABİK sənaye qrupu). Hökumət əcnəbi
investorları cəlb etməklə kifayətlənmir. Bu tədbirdə ölkənin xarici
banklarda olan 450 mlrd. dollar vəsaitinin də iştirakı nəzərdə tutulur.
İqtisadiyyatının sahə strukturuna gəldikdə ümumdaxili
məhsulun 51 faizi
sənaye və tikintinin, 44 faizi xidmət sahələrinin və
cəmi 5 faizi kənd təsərrüfatının və balıqçılığın payına düşür.
Sənayenin aparıcı sahələri. Hasilat sənayesi ölkənin ən
inkişaf etmiş sahələrindən biridir. Məliklik neftlə zəngindir. Neft
ehtiyatları bol olmaqla (təqribən 36,0 mlrd. ton – dünya neft
ehtiyatının 25 faizi) yanaşı onun keyfiyyəti də yüksəkdir. İllik hasilat
200 mln. tondur. İri neft yataqları Havar və Abkaykdır. Tərkibcə çox
yüngül olan neft Barri və Şüayba yataqlarından hasil edilir.
Yataqların istismarı şəraiti ideala yaxındır: yəni dərinlik o qədər də
çox deyil, daxili təzyiq və quyuların məhsuldarlığı yüksəkdir.
Məsələn, ABŞ-da olduğundan 400 dəfə çoxdur.
Neft
sektoru həm ÜDM-un, həm də ixracatın 62 faizini təşkil
edir. Bu sərvət eyni zamanda milli gəlirin təqribən 75 faizini yaradır.
Öz əhəmiyyətinə görə ölkədə ikinci dərəcəli sərvət təbii
qazdır. Artıq 5 yataqda kəşfiyyat işləri tamamlanmış, qaz ehtiyatının
6,4 trln m
3
(dünya qaz ehtiyatlarının təqribən 6 faizi) olması məlum
olmuşdur. İllik təbii qaz hasilatı 40 mlrd. m
3
həddindədir. Artıq
ölkənin enerji istehlakı strukturunda qazın payı 40 faizi ötmüşdür. Ən
iri istehlakçı sutkada ümumi istehlak gücü 122 mln. m
3
olan 5 ədəd
qaz emalı zavodlarıdır. Qaz emalında ayrılan kükürd ixracata və yerli
rezin istehsalı sənayesinə yönəldilir. Neft və qazdan savayı, kömür,
227
sink, boksit, mis, qızıl, gümüş, fosfat, uran, daş, duz və bariy kimi
maddələrlə zəngin sənaye əhəmiyyətli yataqlar aşkar edilmişdir.
Ölkədə illik qızıl hasilatı 3 tona çatdırılmışdır.
Tikinti sənayesi zəngin yerli xammal bazasına (gips, mərmər,
gil, əhəng və tikinti daşı və s.) arxalanır. Dağlıq ərazidə sənayedə
geniş istifadə olunan kitrənin
*
istehsal olunduğu bitki yetişdirilir.
Energetikanın əsasını istilik elektrik stansiyaları təşkil edir.
Hazırki vaxtda neftlə bağlı olmayan sənaye sektorunun ÜDM-da payı
38 faizə çatmışdır. Sənaye müəssisələri əsasən sahil bölgələrində
yerləşdirilmişdir.
Səudiyyə
Ərəbistanında olan sənaye
müəssisələrinin sayı 3 mini keçmişdir. Bu müəssisələrdə 10 min
addan çox məhsul istehsal olunur.
Ölkənin sənayeləşdirilməsində əsas cəhətlər bunlardır:
•
İşlərin yüksək sürət və keyfiyyətli icrası;
•
Texnoloji səviyyənin yüksək olması;
•
Planlaşdırılan layihələrin miqyasının nəhəngliyi.
Müəssisələr vahid uzunmüddətli plan üzrə bütöv sənaye kom-
pleksi şəklində, sosial və istehsal infrastruktur əvvəlcədən hazırlanır,
Səudiyyə Ərəbistanındakı bütün sənaye sahələri ARAMKO şirkəti
çərçivəsində formalaşır. Bu məhşur şirkət dünya neftinin 10 faizdən
çoxunu istehsal edir. 1976-cı ildə sənayenin əsas sahələri bazasında
Səudiyyə dövlətinə məxsus SABİK şirkəti yaradılmışdır. Onun
müəssisələrində polad, plastik kütlə, gübrə, məişət təyinatlı müxtəlif
məmulatlar istehsal olunur. SABİK 15 müəssisəni özündə birləşdirir.
Ciddə, Dəmmam və Cubaylda 3 metallurgiya müəssisəsi
fəaliyyət göstərir. Ümumi istehsal gücünə görə bu müəssisələr 2 mln.
ton polad, 1 mln. ton polad armatur
və böyük diametrli borular
istehsal edə bilir. Avstraliyadan gətirilən gil torpaqdan alüminium
istehsal edən müəssisə var.
Ölkədə yığma müəssisələri əsasən elektrotexniki məişət
cihazlarının istehsalı ilə məşğuldur. Belə müəssisələr böyük
şəhərlərdə cəmləşmişlər. Səudiyyə Ərəbistanında hətta «Mersedes»
yük maşınları da yığılır. Belə istehsal sahələri üçün bütün zəruri
*
Kitrə – müxtəlif akasiya növlərinin çəltilmiş növlərindən sızan və
havada qaladıqda bərkiyən şəffaf kütlə. Onu suda həll etdikdə keyfiyyətli
yapışdırıcı məhlul alınır.
228
maşın və avadanlıqlar idxal olunur.
Səudiyyə Ərəbistanı dünyada ən qabaqcıl şirinləşdirilmiş su
istehsalçısıdır. Quraq ölkəni iqtisadiyyatı üçün
bu xüsusi əhəmiyyət
kəsb edir. İstifadə edilən suşirinləşdirici qurğular ölkənin içməli suya
olan ehtiyacının 70 faizini ödəyir. Mövcud su kəmərlərinin ümumi
uzunluğu 30 min km-dən çoxdur.
Dostları ilə paylaş: