Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi , idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə175/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   171   172   173   174   175   176   177   178   ...   229
2. Ölkənin qısa tarixi , idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Türkiyə dövləti Kiçik Asiyada XIV yüzillikdə yaranmışdır. İş-
ğalçılıq müharibələri nəticəsində XIV-XVI yüzilliklərdə Osmanlı 
imperiyası yaranır. XIX yüzilliyin sonu XX yüzilliyin əvvəllərində 
imperiya zəifləyir və Avropa ölkələrinin yarımmüstəmləkəsinə 
çevrilir. 
1918-23-cü illərdə baş vermiş milli azadlıq hərəkatı İslam dün-
yasında Azərbaycandan sonra respublika şəklində idarə olunan ikinci 
dövlətin yaranmasına səbəb olur (1923.10.29). 
Respublikanın ilk prezidenti görkəmli dövlət xadimi general 
Mustafa Kamal Paşa olur. Mustafa Kamal Paşanın rəhbərliyi ilə isla-
hatların həyata keçirilməsi ilə ölkəni etatizmə (dövlət kapitalizmi) 
sövq edir. II Dünya müharibəsindən sonra ABŞ və NATO-nun digər 
üzvlərinin Türkiyəyə  təsiri artır. XX əsrin 70–80-ci illərində dövlət 
bölməsinə istinad edərək (ümummilli məhsulun 50 faiz) aparılan 
sənayeləşmə siyasəti ölkədə – energetika, dağ-mədən, qara və əlvan 
metallugiya, kimya, neft emalı, maşınqayırma və digər sahələrin 
 
236
yaranmasına səbəb oldu. Bununla yanaşı dövlət bölməsinin maddi 
yardımından geniş istifadə  təsərrüfatlar arası balansın pozulmasına, 
infilyasiyanın güclənməsi və valyuta çətinliklərinə  səbəb olur. 
İqtisadiyyatda struktur böhran ötən  əsrin 70-ci illərinin axırlarında 
kəskinləşir ki, bu da sosial narazılıqlar, tətil hərəkatları, siyasi həyatın 
qeyri-sabitliyi, irtica təşkilatlar tərəfindən terror azğınlığı ilə 
müşaiyyət olunurdu.  
 Dövlət quruluşu. Türkiyə unitar parlament respublikasıdır. 
1982-ci il Konstitusiyasına görə dövlət başçısı parlament tərəfindən 7 
il müddətinə bir dəfə seçilən prezidentdir. Prezidentin fəaliyyət 
qabiliyyəti olmadıqda və ya vəfat etdikdə onun səlahiyyətlərini 
TBMM-nin sədri icra edir. Qanunverici orqan birpalatalı parlament – 
Türkiyə Böyük Millət Məclisidir. TBMM-nın deputatları partiya 
səlahiyyətləri üzrə proporsional sistem ilə 5 il müddətinə seçilir. 
2007-ci ilin oktyabr ayında Türkiyə Respublikasının Böyük Millət 
Məclisi ölkə konstitusiyasına (Ana yazı) dəyişiklik edir. Keçirilmiş 
referenduma görə ölkə prezidenti bundan sonra parlament tərəfindən 
deyil, xalq tərəfindən 5 il müddətinə seçiləcək. Bir şəxs iki dəfə 
dövlət başçısı seçilə bilər.  İcraedici hakimiyyət Baş nazir başda ol-
maqla Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Baş nazir 
prezidentin təklifilə parlament tərəfindən 4 turdan ibarət səsvermə 
yolu ilə seçilir. İnzibati cəhətdən ölkə 80 ilə (vilayətə) bölünür. 
Mühüm partiyaları:  Ədalət və  İnkişaf partiyası, Cumhuriyyət 
Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyasıdır. Ana Vətən və Doğru 
Yol Partiyaları Demokratik Partiya adı altında birləşmişdir. Demok-
ratik Sol Partiyası sosial-demokratik təmayüllüdür. 
 2007-ci il avqust ayında prezident seçkilərində 3 partiyadan 
namizəd iştirak etmişdir: Ədalət və İnkişaf Partiyası, Demokratik Sol 
Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin