Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə174/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   170   171   172   173   174   175   176   177   ...   229
Torpaq-bitki örtüyü. Türkiyənin torpaqları  dağ torpaqları 


 
235 
olduğundan az məhsuldardır və  təbii halda əkinçiliyə az yararlıdır. 
Yer səthinin 80 faizini örtən bu torpaqlar dağ-çəmən, dağ-meşə, dağ-
çöl torpaqlarına bölünür. Ərazinin 20 faiz düzənlik torpaqlardır. 
Qərbi Anadolunun dağətəyi rayonları, Qara və Aralıq dənizinin bəzi 
sahillərində boz düzənlik torpaqları yayılmışdır. Qırmızı torpaqlar 
Qara dəniz zonasındadır. 
Mərkəzi Anadolunun geniş çölləri qoyun və keçilər üçün otlaq 
kimi istifadə olunur. Şərqi Anadolunun qara torpaqları olan çöl 
əyalətləri əkinçilik üçün əlverişlidir, bura ölkənin taxıl anbarı sayılır. 
Lakin  əsrlər boyu heyvanlar üçün örüş kimi istifadə olunduğundan 
ərazinin bəzi sahələrində torpaq-bitki məhv edilmişdir. 
Mülayim isti iqlim və bol yağıntı Qara və Egey dənizi 
sahillərində zəngin subtropik bitki örtüyünün yaranmasına səbəb ol-
muşdur. Dağların cənub yamacları enliyarpaqlı sıx meşələrlə (fıstıq, 
palıd, vələs, ağcaqayın, çinar) örtülüdür, bu meşələrdə şümşad, zoğal, 
fındıq ağacları da yayılmışdır. Dağ  ətəklərində bağlar, üzümlüklər, 
ondan yuxarıda isə iynəyarpaqlı meşələr, lap üstdə alp çəmənlikləri 
yayılmışdır. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   170   171   172   173   174   175   176   177   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin